2.Əməyin ödənilməsi üzrə hesablaşmaların audit yoxlanılması
Əməyin ödənişi üzrə fəhlə və qulluqçularla hesablaşmaların yoxlanmasına başlayarkən əmək haqqı üzrə analitik uçot göstəricilərinin 533 (70) saylı hesab üzrə sintetik uçotun. Baş kitabın, eləcə də eyni tarixə mühasibat balansının məlumatlarına uyğunluğu müəyyən edilməlidir. Bunun üçün Baş kitabda ayın 1-nə 533 (70)sayh hesab üzrə qalıq və müəssisənin balansmdakı məbləğ hesablaşma-ödəmə cədvəlinin yekun məbləği ilə (ödəniləcək məbləğ) üzləşdirilir. Bu zaman auditor aşağıdakı köməkçi cədvəli tərtib etməlidir (cədvəl 6.8).
Cədvəl 6.8 533 (70) saylı "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar"
hesabı üzrə qalığın dürüstlüyünün yoxlanılması
Analitik və sintetik uçot məlumatları arasında kənarlaşma aşkar edilərsə, onların səbəbləri aydınlaşdırılmalıdır. Belə kənarlaşmalar əsasən məlumatların təhrif olunması (istehlak fondundan müxtəlifödəmə və tutulmaları çıxarmaqla pul vəsaitlərinin xərclənməsini), avansların tam tutulmaması, pul sənədlərinin təkrar silinməsi və həmin məbləğin 533(70) saylı hesabın debetinə köçürülməsi, məbləğin bir hesablaşma cədvəlindən digər cədvələ köçürməklə debitor borclarının azaldılması və ya kreditor borclarının artırılması, 533(70) saylı hesab üzrə uçotun tələb olunan səviyyədə aparılmaması səbəblərindən yaranır. Bir işçinin bir neçə hesablaşma-ödəmə cədvəlinə daxil edilməsi əvvəllər ödənilmiş ilkin sənəd üzrə təkrar ödəmə hallarının olması faktına da diqqət yetirilməlidir. İlkin sənədləri və hesablaşma cədvəllərinin yoxlanılması zamanı hesablanmış məbləğlərin düzgünlüyünə də əmin olmaq lazımdır.
Yoxlamanın növbəti mərhələsində seçmə qaydasında əmək haqqının hesablanmasının düzgünlüyü yoxlanılır. İş vaxtının uçotu tabeli üzrə vaxtamuzd işçilərə hesablanmış əmək haqqının dürüstlüyü müəyyən edilir, onun fəhlələrin tarif dərəcələrinə və saatlıq tarif qiymətinə uyğunluğu yoxlanılır.
Sonra işəmuzd fəhlələrə hesablanmış əmək haqqı yoxlanılır. Bu zaman işlərin faktiki həcminin müvafiq ilkin sənədlərdə-naryadlarda və s. göstərilən həcmə uyğunluğu yoxlanılır. Əlavə əmək haqqının hesablanmasının, o cümlədən onun əsas növlərindən biri olan məzuniyyətin hesablanması və ödənilməsinin düzgünlüyü yoxlanılmalıdır. Yoxlama prosesində orta əmək haqqının müəyyən edilməsizamanıbütünödəmələrinhesablamayadaxiledilməsi,ortaaylıq və orta günlük əmək haqqının müəyyən olunmasının, məzuniyyət müddəti üçün ödənilən məbləğin düzgünlüyü müəyyən edilir.
Məzuniyyətə görə əmək haqqı cari ayda 533(70) saylı hesabın kreditinə və həmin aya düşən məzuniyyət günlərinə görə məbləğ istehsal xərcləri hesabının debetinə yazılır. Məzuniyyətin sonrakı aya düşən günləri üzrə məbləğ növbəti ayda istehsal xərcləri hesabında əks etdirilməlidir. Hesabat ayında yalnız kassadan məzuniyyət məbləğinin kassadan ödənilməsi üzrə 533 (70) saylı hesabın debetinə, 221 (50) "Kassa" hesabının kreditinə yazılış edilir.