Mövzu Məntiq elminin predmeti


Ixtisari və mürəkkəb ixtisari sillogizimlər



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə43/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   39   40   41   42   43   44   45   46   ...   53
mühazirə-hamısı

          Ixtisari və mürəkkəb ixtisari sillogizimlər 

Çox vaxt niqt prosesində, praktikada müqəddimələrdən bəzisi buraxılır, buraxılan hissələr isə 

öz özünə düşünülür. Bu cür sillogizmlərə entimema deyilir. Entimema 3 cür olur. Böyük 

müqəddiməsi buraxılan, kiçik müqəddiməsi buraxılan və nəticəsi buraxılan. Entimemanın 

əhəmiyyəti odur ki, fikirdə yığcamlıq yaradır  və insanı düşünməyə vadar edir. Qəti 

sillogizmlərdən başqa təqsimi, şərti əqli nəticələrdə də entimema ola bilər. Məsələn: "Bu iş 

üzrə bəraətverici hökm çıxarmaq olmaz, o müqəssirləndirici olmalıdır" təqsimi-qəti 

sillogizmində böyük müqəddimə -bu iş üzrə ya bəraətverici, ya da müqəssiredici hökm çıxarıla 

bilər- ixtisar oluna bilər. 

Mürəkkəb ixtisadi sillogizmlər  Polisillogizm adlanır,  bu bir neçə sadə qəti sillogizmin 

birləşməsindən əmələ gəlir və iki növü: yüksələn , enən növləri mövcuddur. Məsələn: Hüquq 

pozuntusu cinayət işidir  

Adam öldürmək hüquq pozuntusudur 

Balta ilə boyun vurmaq adam öldürməkdir 

Məcid balta ilə boyun vurmuşdur 

Məcidin hərəkəti cinayət işidir. 

Polisillogizmlərin xüsusi növlərindən biri də solitlərdir. Polisillogizmin aralıq nəticələri 

buraxdıqda yaranan bütöv əqli nəticələrə deyilir. 

 İxtisari sillogizmlərin mürəkkəb formalarından biri də Epixeyremadır. Burada hər iki 

müqəddimə entimemalardan əmələ gəlir. Məs: İctimai faydalı əmək hörmətə layiqdir, çünki o 

cəmiyyətin inkişafına kömək edir. 

Müəllim əməyi ictimai faydalı əməkdir, çünki o yetişməkdə olan nəslə təlim tərbiyə verir. 

Müəllim əməyi hörmətə layıqdir. 

                                              




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin