Qrup fikirləşməsidir. Qrup fikirləşmə üzvlərinin bir-birilə sıx əlaqədə olduğu qruplarda olur ki, burda qrup üzvlərinə təklif edilən həll variantını təsdiqləmək üçün bir-birlərilə razılaşmağa təzyiq edilir. Çünki qrupfikirləşmə bir çox həll variantlarının və nəzərdə tutulan həll variantlarının müzakirəsini məhdudlaşdırır ki, bu da qərarın effektivliyinə mənfi təsir edir. Qrufikirləşmə aşağıdakı şərtlər altında baş verir:
Qrup başqa qruplardan müxtəlif perspektivlərlə təcrid olunur.
Qrup lideri spesifik qərar üçün öz seçimini açıqcasına izah etməyə və digərlərini onunla razılaşmasına başlayır.
Qrupun sistematik olaraq problemləri müəyyən etmək və alternativlər araşdırmaq üçün müəyyən edilmiş prosedur qaydaları yoxdur.
Qrup üzvlərinın oxşar təcrübəlari olur ki. Bu da yeniliklərlə çıxış etmə imkanını məhdudlaşdırır.
Qrup qərar qəbulunun ikinci potensial problem budur ki, o kifayət qədər vaxt alır.
Qrup iclaslarında məqsədin aydın olmaması, iştirakçıların hazır olmaması, tənqidçi insanların iştirak etməməsi və beləliklə heç kim qəbul edilən qərarların ardınca getmir.
Qrupda bir ya iki nəfər üzv və ya rəhbər qrup müzakirələrinə rəhbərlik edir və qərar qəbulu iştirakçılığında məhdudiyyətlər yaradır.
-XAOS (İKİBAŞLILIQ) Xaos ən çətin qərar vermə vəziyyətidir. Bu o deməkdir ki, çatılası hədəflər və ya həll ediləsi problem aydın deyil, alternativləri müəyyən etmək çətindir və nəticələr haqda məlumat mövcud deyil. Xaos, heç bir mövzu, istiqamət və göstəriş vermədən müəllimin tələbələrdən qrup yaradıb, hər bir qrupa bir tapşırığı tamamlamağı tapşırması kimi bir şeydir. Xaos məkirli(pis) qərar problemi kimi xarakterizə edilir. Məkirli problemlər menecerlərin arasında hədəflər, qərar alternativləri, tez-tez dəyişən vəziyyətlər, qeyri-səlis məlumat və qərar elementləri arasında əlaqəsizlik və s. kimi amillərə görə yaranan konfliktlərlə əlaqədardır.
Xoşbəxtlikdən əksər qərarlar xaos(ikibaşlılıq)-la xarakterizə olunmur, olunduğu halda isə menecerlər hədəflər fikirləşməli və əldə heç bir məlumat olmadığı halda qərar alternativləri üçün qəanətbəxş ssenarilər hazırlamalıdırlar.
Pepsi Cola bankalarında iynə və şpris tapıldığına dair xəbərlər yayılanda rəhbərlik xaosla üzləşdi. Pepsi Cola icraatçıları ölkə boyu Pepsi bankalarında iynə və şprislərin tapıldığına dair məlumatlar yayılanda məkirli (pis) qərarvermə problemiylə üzləşdilər.Qərarvermə alternativlərini müəyyən etməzdən öncə icraatçılar problemi müəyyənləşdirməliydilər –qablaşdırma zavodlarında həqiqətənmi pepsi bankalarının içərisinə iynə qoyula bilər yoxsa bu sadəcə mistifikasiyadır? Məlumat qeyri-səlis və tez-tez dəyişən olsa da icraatçılar tez müddətdə qərar verməli idilər.
Pepsi dilemmayla üzləşdi: Təhlükəyə dair açıq sübut olsaydı məhsulun dərhal geri qaytarılmasını tələb etməli idi. Məhsulun geri qaytarılması şirkət üçün həddən artıq maddi ziyana səbəb olsa da, istehlakçının inamını itimək uzun bir müddət ərzində maddi itkidən də baha başa gələrdi. Vəziyyəti diqqətli analiz etdikdən sonra, Pepsi menecerləri əmin oldular ki, açılmamış pepsi bankalarında spris və ya iynə mövcud ola bilməz. Onlar qərar verdilər ki, məhsulları geri qaytarmayıb kütləvi İctimaiyyətlə əlaqələr və təhsil kampaniyaları vasitəsilə istehlakçı qorxularını tez və açıq şəkildə dəf etsinlər. Pepsinin Baş İcraaçı direktoru Craig Wealtherup birbaşa televizya vasitəsilə şprislərin fabrikdə pepsi bankalarına qoyulması iddiasının inandırıcı olmadığını izah etdi. Diqqətli və ətraflı daxili araşdırma etməklə və bunun nəticələrini açıqca ictimaiyyətlə paylaşmaqla Pepsi rəhbərliyi düzgün qərar verdi və məkirli qərar vəziyyətini dəf etdi.
Qərar qəbulunun menecmentdə əhəmiyyəti:
Qərarvermə prosesinin mərhələlərini sadalayaraq izah edin.