Mövzu Qərar Qəbulu Qərar nə deməkdir və qərar qəbulunun menecerlərlə əlaqəsi necədir?


Qanuniliyi- həll variant qanunidirmi və daxili, beynəlxalq hüququ və ya hökumətin təınzimləyici qaydalarını pozmayacağına dair əminlik olmalı Etikliyi-



Yüklə 157,93 Kb.
səhifə6/13
tarix26.05.2022
ölçüsü157,93 Kb.
#59694
1   2   3   4   5   6   7   8   9   ...   13
Mövzu 6.Qərar Qəbulu

Qanuniliyi- həll variant qanunidirmi və daxili, beynəlxalq hüququ və ya hökumətin təınzimləyici qaydalarını pozmayacağına dair əminlik olmalı
Etikliyi- həll variantının etik olması və maraqlı tərəflərə zərər gətirməyəcəyinə dair əminlik olmalı
İqtisadi baxımdan mümkünlüyü-təşkilatın iqtisadi vəziyyəti bu həll variantını tətbiq etməyə imkan verirmi?
Praktikliyi- Menecerlərin bu alternativi həyata keçirməyə bacarıqları və ya digər resurları varmı?
Məhsul müdirinin maşın almaqla bağlı qərar qəbulu prosesinin bu mərhələsində qərarqəbuledici problemini həll edə biləcək alternativlərin siyahısını müəyyənləşdirir.
Cədvəl 2: Maşın Variantlarının Dəyərləndirilməsi

Variantlar



Qiymət

Rahatlıq

Dayanıqlıq

Təmir-bərpa keçmisi

Performans

İstifadə

Cəmi

Jeep Compass

2

10

8

7

5

5

37

Ford Focus

9

6

5

6

8

6

40

Hyundai Elantra

8

5

6

6

4

6

35

Ford Fiesta SES

9

5

6

7

6

5

38

Volswagen Golf

5

6

9

10

7

7

44

Toyota Prius

10

5

6

4

3

3

31

Mazda 3 MT

4

8

7

6

8

9

42

Kia Soul

7

6

8

6

5

6

38

BMW 335

9

7

5

4

4

7

37

Nissan Cube

5

8

5

4

10

10

42

Toyota Camry

6

5

10

10

6

6

43

Honda Fit Sport MT

8

6

6

5

7

8

40

Bu mərhələdə alternativlərin dəyərləndirilməsi üçün xüsusi səy göstərilmir, alternativlər sadəcə siyahılandırılır. Məhsul müdiri qəbul edək ki, meyarlara uyğun olaraq 12 maşın modeli müəyyənləşdirmişdir: Jeep Compass, Ford Focus, Hyundai Elantra, Ford Fiesta SES, Volswagen Golf, Toyota Prius, Mazda 3 MT, Kia Soul, BMW 335, Nissan Cube, Toyota Camry, Honda Fit Sport MT.


Variantlar müəyyənləşdirildikdə qərarverici hər birini diqqətlə qiymətləndirməlidir. Variantların hər biri meyarlara görə dəyərləndirilir. Alternativlər ikinci və üçüncü mərhələdə meyarlar və aldıqları ballar baxımından qarşılaşdırıldıqda hər bir alternativin güclü və zəif tərəfləri meydana çıxır. Cədvəl 4, müdir 12 maşının hər birini yoxlamaq üçün sürdükdən sonra müəyyənləşdirdiyi dəyərləri əks etdirir. Cədvəl 4-ün əks etdirdiyi dərəcələndirmələr təzə məhsul müdirinin özünün apardığı qiymətləndirmələrdir. Burda da 1-10 ölçülərini istifadə edirik. Bəzi qiymətləndirmələr nibətən daha obyektiv edilə bilər. Məsələn: məhsulun qiyməti müdirin dilerlərdən ala biləcəyi ən yaxşı qiymətdir, istehlakçı jurnalları da məhsul sahiblərinin maşınlarının təmir etdirmə sıxlığı ilə bağlı hesabat təqdim edir. Ancaq istifadəylə bağlı qiymətləndirməyə açıq formada fərdi mühakimə daxildir. Bizim yanaşmamız qərarların çoxunun fərdi mühakimə əsaslanan olmasıdır. Bu mühakimələr ikinci mərhələdə seçilən meyarlara, meyarlara verilən ballara və alternativlərin dəyərləndirilməsinə təsir göstərir. Fərdi mühakimə: eyni miqdarda pula malik olan iki maşın alıcısının nə üçün bir-birindən tamamilə fərqli alternativlərə baxdığını ya da nə üçün eyni variantlara baxdıqları halda fərqli qiymətləndirmələr apardıqlarını izah edir.
Cədvəl 4 ancaq 12 maşın variantının qərar meyarlarına görə qiymətləndirilməsini əks etdirib üçüncü mərhələdə edilən üstünlük verməni əks etdirmir. Əgər bir variant meyarların hamısı baxımından 10 balla qiymətləndirilibsə, bu amilləri üstünləşdirməyə çalışmayacaqsınız. Eyni formada əgər bütün amillər bərabərdirsə Cədvə 4-də qeyd edilən hər bir variantı aidiyyatı olan sütunları cəmləyərək də qiymətləndirəcəksiniz. Belə bir vəziyyətdə məsələn Ford Fiesta SES 38 bal aldığı halda, Toyota Camry 43 bal alacaq. Əgər hər bir varianta uyğun qiymətləndirmə ballarını əvvəlcədən müəyyənləşdirilmiş üstünlük ölçüsünə vursaq, Cədvəl 5-dəki vəziyyət yaranacaq. Məsələn Kia Soul dayanıqlılıq meyarı baxımından 40 bal balır. 40 bal məhsul müdirinin dayanıqlılıq meyarına verdiyi dəyərlər (5) Kia Soulu bu meyara görə qiymətləndirəndə verdiyi balın (8) hasili ilə əldə edilmişdir. Bu balların cəmi hər variantın əvvəldən müəyyən edilmiş meyarlar və üstünlüklərinə görə qiymətləndirilməsini ifadə edir. Bu nümunədə meyarların üstünlüklərinin müəyyənləşdirilməsi variantların qiymətləndirilməsinə təsir görtərir. Məsələn: Volswagen Golf birinci sıradan üçüncü sıraya düşüb. Təhlillərimizə görə qiymət və rahatlıq kriteriyaları Volswagen Golf-un əleyhinə olmuşdur.

Yüklə 157,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin