Mövzu Qərar Qəbulu Qərar nə deməkdir və qərar qəbulunun menecerlərlə əlaqəsi necədir?


Qərar meyarlarının müəyyənləşdirilməsi



Yüklə 157,93 Kb.
səhifə4/13
tarix26.05.2022
ölçüsü157,93 Kb.
#59694
1   2   3   4   5   6   7   8   9   ...   13
Mövzu 6.Qərar Qəbulu

3. Qərar meyarlarının müəyyənləşdirilməsi
Menecer diqqət etməli olduğu səbəbi diaqnoz etdikdən, problemi təyin etdikdən etdikdən sonra problemin həllində effektiv olacaq qərar meyarlarını da müəyyənləşdirməlidir.
Maşın almaqla bağlı nümunədə məhsul müdiri öz qərarıyla bağlı meyarları dəyərləndirir. Bu meyarlar; qiymət, model (iki qapılı və ya 4 qapılı), böyüklüyü (kiçik və ya orta genişlikdə), istehsalçı (Fransa, Yaponiya, Cənubi Koreya, Almaniya, Amerika), istənilən xüsusiyyətlər (naviqasiya sistemi, xarici zərbələrdən müdafiə, dərisi) və təmir-bərpa qeydləri ola bilər. Məhsul müdiri bu meyarların qərar qəbul etmə prosesində əhəmiyyətli olduğunu düşünür. Qərar vericilərin açıq ifadə etsə və ya etməsə belə qərarlarına istiqamət verəcək meyarları vardır. Qərar qəbulu prosesinin bu mərhələsində təyin edilməyən meyarların təyin edilənlər qədər önəmli olduğu da müəyyənləşdirilmişdir. Əgər məhsul müdiri benzin sərfiyyatını bir meyar olaraq dəyərləndirmirsə, bu meyar onun maşın seçiminə təsir etməyəcəkdir. Əgər qərarverici ikinci mərhələdə hər hansı meyarı xüsusilə müəyyənləşdirmirsə bu meyarların qərar prosesində əhəmiyyətsiz olduğu düşünülür.
4. Meyarların əhəmiyyətliliyinin müəyyənləşdirilməsi
Bir çox qərar qəbulu vəziyyətində meyarların hamısı eyni əhəmiyyətə malik olmur. Buna görə də ikinci mərhələdə sıralanan meyarlara bal (qiymət) verərək qərarda meyarların ehtiyaca görə əhəmiyyətini müəyyənləşdirmək lazımdır (3 mərhələ). Bu məsələylə bağlı sadə bir yanaşma ən əhəmiyyətli meyarlar dəyər olaraq 10 bal vermək və qalanlarını bu standarta görə qiymətləndirməkdir. Beləliklə 5 bal verdiyiniz meyarla qarşılaşdırdıqda ən çox bal verdiyiniz meyar iki qat əhəmiyyətli olacaqdır. Burdakı əsas ideya; qərarınızla bağlı olan meyarların prioritetlərinin müəyyənləşdirilməsində şəxsi seçimlərimizi istifadə etmək və hər bir meyara bal verərək onların əhəmiyyət dərəcələrini göstərməkdir. Cədvəl 4-də məhsul müdirinin maşınını dəyişdirmək qərarıyla bağlı meyarlarının siyahısı və bu kriteriyalara verdiyi ballar göstərilir. Qiymət qərarını müəyyənləşdirən ən əhəmiyyətli amil olduğu halda, performans və istifadəsi ən aşağı balla qiymətləndirilmişdir.

Yüklə 157,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin