Mövzu Qərar Qəbulu Qərar nə deməkdir və qərar qəbulunun menecerlərlə əlaqəsi necədir?



Yüklə 157,93 Kb.
səhifə9/13
tarix26.05.2022
ölçüsü157,93 Kb.
#59694
1   ...   5   6   7   8   9   10   11   12   13
Mövzu 6.Qərar Qəbulu

Qərar növləri


Təşkilatlarda menecment və təşkilati fəaliyyətlərdə qəbul edilən qərarları müxtəlif amillərə görə qruplaşdırmaq və tiplərə bölmək mümkündür. Belə bir təsnifləşdirmənin ən vacib faydası həm müxtəlif qərar növlərinin problemlərini daha aydın görmək, həm də fərqli qərar növlərində fərqli texnika və yanaşmaların istifadə edilə biləcəyini görməkdir.
Qərar tipləri ilə bağlı ən çox istifadə edilən təsnifləşdirmə bunlardır:

  • Proqramlaşdırılan (təkrar) və proqramlaşdırılmayan (fərqli) qərarlar

  • Strateji və əməliyyat qərarları

  • Şəxs və qrup qərarları

  • Aşağı və orta səviyyələri üzrə qərarlar

  • Müəyyənlik və qeyri-müəyyənlik vəziyyətində qərarlar

Bu təsniflər arasında üst-üstə düşmələrlə yanaşı hər qərar tipinin vurğuladığı xüsusiyyətlər də mövcuddur. Məsələn: üst menecment səviyyəsində verilən qərarların çoxu strateji əhəmiyyətli, proqramlaşdırılmayan və qeyri-müəyyənlik şərtlərində verilən qərarlardır. Ancaq bu ortaq xüsusiyyətlərə baxmayaraq proqramlaşdırılma və proqramlaşdırılmamaq qərar qəbulunda izlənilən yol və prosedurlarla seçim kriteriyasını vurğulayır. Şəxs və ya qrup (komanda) qərarları isə qərar prosesində bir şəxsin istifadə etməsiylə çox insanın istifadə etməsi zamanı meydana gələn nəticələri vurğulayır.
Bu təsnifatların hamısı istifadə məqsədi baxımından vacib olmaqla yanaşı, xüsusilə proqramlaşdırılması bugünkü menecment fəaliyyətlərində inkişaf baxımından əhəmiyyət qazanan informasiya texnologiyalarındakı inkişaf, iş görmə texnologiyalarında əhəmiyyətli dəyişikliklər meydana gəlmiş və müxtəlif sektorlarda qərarlar əsasən komputerlər tərəfindən verilməyə başlamışdır.
Proqramlaşdırılmış qərarlar kifayət qədər tez –tez baş vermiş situasiyaları ehtiva etməklə qərar qaydalarının gələcəkdə inkişafı və tətbiqinə imkan verir. Bu tip qərarlar davamlı təkrarlanan təşkilati problemlərə cavab olaraq hazırlanan qərarlardır. Ofisdə vərəq və ya hansısa bir ləvazimatın qurtardığı vaxt yenidən sifariş edilməsi artıq proqramlaşdırılmış qərardır.

Müəyyənlik qərar qəbulediciyə lazım olan bütün məlumatın tamamilə əldə olması deməkdir. Menecerlər əməliyyat şərtləri, resurs qiymətləri, məhdudiyyətlər, hər bir fəaliyyət kursu və mümkün nəticələrə aid məlumata sahib olmalıdır. Məsələn, əgər şirkət yeni təchizata (texnologiya) 10000 dollar sərmaye yatırırısa və bununla növbəti 5 il ərzində qiymətdə illik 4000 dollar qənaətə səbəb olacağına dair aydın gözləntiləri varsa əldə edilən mənfəətin 40%-i üçün öncədən vergi həddini hesablaya bilər. Demək qərarda müəyyənlik varsa onun gələcəyə dair hesablamaları da rahatlıqla aparıla bilər.

Proqramlaşdırılmamış qərarlar isə unikal, tez-tez təkrarlanmayan, zəif müəyyən edilmiş, struktursuz situasiyalara cavab kimi hazırlanır və təşkilat üçün nəzərə alınacaq dərəcədə fəsadlarla müşayiət oluna bilir. Əksər proqramlaşdırılmamış qərarlar strateji planlaşdırmanı ehtiva edir, çünki qeyri-müəyyənlik böyük, qərarlar isə mürəkkəb olur. Məsələn, Exxon Mobil neft şirkəti İberiyada neft çıxarmaq üçün konsorsium yaratmaq istəyir. İlk barel nefti vurmazdan öncə şirkət 4.5 milyard ayırır və ümumi kaptal qiymətin 12 milyard üstü olacağını gözləyir. Öhdəlik isə gündəlik 250000 barel neft istehsal etmək idi, bu da EXXON Mobile –in qlobal istehalının 10% i demək idi. Amma əgər proseslər yaxşı getməsə, neft nəhəngi böyük itkiyə məruz qalardı. Yəni, burda müəyyən hesablama və proqnoz olsa belə nəticənin necə olacağı, proseslərin necə davam edəcəyi bəlli deyil. Digər bir misal: – Yeni fabrik tikmək, yeni məhsul istehsal edib yeni coğrafi bazara daxil olmaq və orda qərargah açmağa dair olan qərar proqramlaşdırılmamış qərardır. Bu qərarda da qeyri-müəyyənlik çoxdur. Çünki yeni fabrikin açılması, yeni məhsulun istehsal olunması və yeni coğrafi bazara daxil olmanın şirkət üçün nə dərəcədə sərfəli olacağı, nə qədər qazanc və ya itkiyə məruz qalacağı bəlli deyil.


Yüklə 157,93 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin