Şəkil 5.1. olduqda qiymətin zaman içində hərəkəti yaxınlaşan olur. Proses beləcə davam edir: tələb və təklifdəki dəyişikliklər ardıcıllığını əks etdirən əyri şəklil 5.1-in sol tərəfindəki diaqramdakı “hörümçək toru”nu əmələ gətirir. Həmin şəklin sağ tərəfindəki diaqramında isə qiymətin zaman içindəki hərəkəti əks olunub: hər növbəti dönəmdə “dalğa” uzunluğu getdikcə kiçilir və qiymət tarazlığa yaxınlaşır. Bu halda mal bazarı dinamik stabil olur. Beləliklə, deyə bilərik ki, mal bazarının dinamik sabitlik şərti 1 olmasıdır., yəni tələbin təklifdən daha elastik olmasıdır.
Təklif tələbdən daha elastiki olduqda, yəni təklif əyrisinin meylliyi tələb əyrisinin meylliyindəm böyük olması halında 1 olar. Bu halda qiymətin zaman içində hərəkəti tarazlıq qiymətindən (Pe) uzaqlaşan olur: dalğalar getdikcə böyüyür və tarazlıq nöqtəsindən uzaqlaşır (şəkil 5.2).
Şəkil 5.2. ˂ olduqda qiymətin zaman içində hərəkəti uzaqlaşan olur. Belə mal bazarlarında dinamik stabillik olmaz.
Əgər tələb və təklif əyriləri bərabər meylliyə malikdirsə, yəni olması halında 1 olar. Bu halda qiymətin zaman içində hərəkəti tarazlıq qiymətindən (Pe) bərabər aralıqda dəyişən olur: dalğaların uzunluğu zamanla nə böyüyür, nə də kiçilirlər: qiymət tarazlıq nöqtəsindən eyni qədər gah yüksək, gah da aşağı olur (şəkil 5.3).
Şəkil 5.3. = olduqda qiymətin zaman içində hərəkəti bərzbər aralıqlı dəyişən olur. Belə mal bazarları dinamik qeyri-stabil olur.
Ardıcıl gələn zaman dönəmlərində olan tələb və təklifin miqdarları məlum olduqda, prosesin zamanla yaxınlaşan yaxud uzaqlaşan olduğunu təyin etmək üçün Q1 və Q3-ü müqayisə etmək lazımdır (şəkil 5.4):