Mövzunun planı: “Hörümçək toru” modelinin mahiyyəti


“Hörümçək toru” modlinin üstünlükləri və çatışmazlıqları



Yüklə 0,53 Mb.
səhifə6/9
tarix18.04.2023
ölçüsü0,53 Mb.
#99913
1   2   3   4   5   6   7   8   9
4. “Hörümçək toru” modlinin üstünlükləri və çatışmazlıqları

Hər bir iqtisadi modeldə olduğu kimi, “Hörümçək toru” modeli də müəyyən üstünlüklərə və çatışmazlıqlara malikdir. Modelin üstünlüklərinə aşağıdakıları aid etmək olar:



  • Bu, rəqabətli bazarların dinamikası haqqında mühüm məsələləri gündəmə gətirən və tədqiq edən ilk modeldir;

  • Modelin vasitəsilə həm qısamüddətli tsikllərin yeni izahı meydana çıxdı, həm də bazarın “görünməz əli”nin heç də hər zaman səmərəli işləmədiyi məlum oldu. Model göstərdi ki, iqtisadi sistem uzun müddət tarazlıqda olmaya bilər.

Bu modelə qarşı olan iradlar (modelin çatışmazlıqları) əsasən aşağıdakılardır:

  • Model sanki iqtisadi proqnozlaşdırmanın bütün mexanizmlərini inkar edir. İstehsalçı firma növbəti dönəm buraxılış miqdarını cari dönəm qiyməti əsasında təyin edir. Bu halda elə ola bilər ki, cari qiymətlər çox aşağı olduqda, hətta səmərəli firmaların belə bazarı tərk etməsi baş verə bilir. Halbuki belə firmalar düşünə bilərlər ki, səmərəsiz firmalar tezliklə müflisləşib bazarı tərk etdiyində qiymət səviyyəsi bərpa oluna bilər. Buna görə də səmərəli firmaların bir qədər gözləmə mövqeyində durması mümkündür. Yaxud hansısa davamlı olmayan səbəbdən tələbin birdən artımı firmaları növbəti dönəmdə istehsal miqdarını kəskin artırmağa stimullaşdırır ki, bu da qiymətin kəskin düşməsi ilə nəticələnə bilər;

  • Model ilkin proqnozlaşdırmada buraxılan səhvlərin sonradan düzəldilə bilmə imkanını nəzərə almır;

  • Model qiymətin buraxılış miqdarına dərhal (anında) və dəqiq uyğunlaşmasını nəzərdə tutur. Halbuki ən azı informasiya asimmetriyası qiymətin yeni buraxılış miqdarına uyğunlaşması üçün mütləq müəyyən zaman lagının olmasını zəruri edir;

  • Modeldə qiymətin uyğunlaşma tsikli üçün çox qısa müddət nəzərdə tutur, halbuki alıcıların loyallığı və sair kimi amillər qısamüddətli dövrdə qiymətlərin uyğunlaşmasını mümkünsüz edə bilər.

Bununla belə, bu model kənd təsərrüfatı məhsulları bazarlarının tədqiq olunmaında, iqtisadi tsikllər nəzəriyyəsində, hüquqşünaslıq, həkimlik və mühəndislik sahələri üzrə əmək bazarlarının tədqiqində geniş və uğurla istifadə edilmişdir.
Bu modelin daha təkmilləşdirilmiş tətbiq mexanizmləri ilə növbəti mövzularda tanış olacayıq.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin