Mövzu --Yeniyetmənin psixoloji xüsusiyyətləri.
Plan;
1)Yeniyetmələrin orqanizmində baş verən anatomik-fizioloji dəyişmə və onun yeniyetmə psixikasında əks olunması.
2)Keçid dövrünün böhranı problemini şərh edən nəzəriyyələr.
3)Yeniyetmə yaşı dövründə aparıcı fəaliyyət prinsipi.
4)Məktəb nevrozlarının psixoloji xüsusiyyətləri.
Yeniyetməlik uşağın psixi inkişafının yüksək səviyyəli özünəməxsus xüsusi yətlərilə sciyyələnən mərhələsidir.Bu mərhələ 10-15yaşları əhatə edir.Psixologiya da yeniyetməlik dövrü şəxsiyyətin biososial-psixoloji varlıq kimi formalaşması, özündə yetkin şəxsiyyətin əsas xüs.rini əks etdirən inkişaf mərhələsi kimi əks olun ur.Tam müstəqil həyata hazırlıqla əlaqədar olaraq özlərində şəxsiyyət göstəriciləri ni möhkəmləndirir,özünü reallaşdırmaqdan ötrü ciddi səy göstərir.Yeniyetməlik dövrü anatomik-fizioloji,psixi və sosial keyfiyyətlər baxımından həyatın 1mərhələ sindən digərinə uşaqlıqdan yaşlılığa keçid dövrü kimi xarakterizə olunur.Onu orqa nizmin üm.inkişafı gedişindən və həyat şəraitindən kənarda qiymətləndirmək olm az.Uşaqlığın 3cü mərhəsində hipofiz və qalxanabənzər vəzilərin fəaliyyəti intensiv ləşir.Maddələr mübadiləsində keyfiyyət dəyişmələri gedir.Bədənin konfiqurasiyası, yuxarı və aşağı ətrafların ölçüsü,kütləsi dəyişir.
Yeniyetməlikdə baş verən fizioloji dəyişmələr nitq,tənəffüs aparatından da yan keçmir.Səsdə ,hərəkət sistemində,empatiya və refleksiyada yeni ton,qüvvə, emosional-iradi elementlər müşahidə olunur.Onların rəftar və münasibətlərində əsə bilik,hövsələsizlik,səbirsizlik,emosional təzahürlər diqqəti cəlb edir.Bəzən yeniyet mələr arasında yaşla bağlı olaraq hipertoniya,ürək çatışmamazlığı,o cümlədən asso sial davranış tərzi,çətin tərbiyə olunmaq əlamətləri meydana gəlir.Bütün bunlar yen iyetməlik dövrünün psixoloji problemlərinin həllinə özünəməxsus tərzdə yanaşma tələb edir.Bunun üçün həm müəl.r,həmdə valideynlər yeniyetməlik yaşının xüsusiy yətlərinə bələd olmalıdırlar.
Yeniyetmə yaşı dövründə fiziki inkişafın mühüm amillərindən 1i cinsi yetiş mə,cinsi vəzilərin fəaliyyətə başlamasıdır.Cinsi vəzilərin fəaliyyətə başlaması müəy.dərəcədə iqlim,milli-etnoqrafik amillərdən,habelə fərdi həyat tərzindən( sağ lamlığın vəziyyəti,qidalanma,əmək və istirahət rejimi,mikromühit vəs)asılıdır.Akse lerasiya hadisəsi uş.rda cinsi yetişmənin sürətlənməsinə təsir göstərir.
Sübut edilmişdirki,yeniyetməlik dövrü fiziki keyfiyyətlərin inkişafı və formalaşması üçün senzitiv dövrdür.Bu dövrdə uşağın müstəqilliyə artan tələbatı ilə onu həyata keçirmək imkanları arasındakı ziddiyyət inkişafın hərəkətverici qüvvəsi rolunda çıxış edir.Bu ziddiyyətdən törəyən yaş böhranı yeniyetmənin yaşlı lığa keçidini şərtləndirir.Romantik coşğunluq və.....kobud hərəkətlər,əxlaqi cahillik gözəlliyə valehlik və gözəlliyə kinayəli münasibət—yeniyetməlik yaşının bu ziddi yətləri müəl.r və valideynlər üçün çoxlu xoşagəlməz hallar törədir.
4)—Psixoloqların fikrincə məktəb nevrozlarına daha çox məhz yeniyetməlik dövrü ndə təsadüf edilir.Bəzən bu hallar illərlə uzanır.Yeniyetmənin məktəb,pis qiymətlər üçün qorxusu,imtahanlar ərəfəsində dərin həyəcan və küyə düşməsi,müəl.r validey nlər ümumiyyətlə yaşlılarla kobudluğu məktəb nevrozlarının təzahürləridir.Müasir məktəblilər arasında çox geniş yayılmaqda olan emosional stress halları uş.rın ümidsizliyə qapılması,uğursuz ailədə böyümə,həyat səviyyəsinin aşağı olması,vali deynlərin cəmiyyətdə mövqeyini itirməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ,uşağın yaşıdlar və yaşlılar arasında istehza obyektinə çevrilməsi,fiziki cə hətdən şikəstlik və ya zahiri eybəcərlik,ən əziz olan adamı itirmə,böyüklərin cəzası ndan qorxu 1sözlə taleyin qəfil zərbəsi kimi törəyir.
Emosional stress gərgin psixoloji halətdir.O xeyli müddət,bəzən aylarla davam edir. Ruhi sarsıntı,psixoloji üzüntü şəklində özünü büruzə verir.Müasir dövrdə zəlzələ, daşqın,epidemiyalar,yanğın,müharibə vəs kimi fövqəladə vəziyyətlərdə stressin yar anmasına gətirib çıxaran səbəblərdirki,bunlara da stressorlar deyilir.Bütün bunlar şübhəsiz ən başlıca 1amildən –qorxu hissindən törəyir.Tez-tez təkrarlanan stresslər məktəblilərdə xroniki emosional gərginliklərə,son nəticədə vegetativ sinir sistemin in və hormonal sistemlərin xstəliklərinə gətirib çıxarır.Emosional stress keçirmiş uş.rın psixikasında müşahidə olunan pataloji hallar psixi enerji patensialının tükən məsi ilə bağlı olaraq ümidsizlik,qəmginlik,küskünlük,emosional kasıblıq,qaş-qaba qlılıq,ünsiyyətsizlik,arzu və istəklərin yoxluğu,tənhalığa çəkilmə,laqeydlik,kobud luqdur.Bütün bu hallar ünsiyyət deffekti,yəni ünsiyyət tələbatının təmin edilməmə si,uşağa qarşı nəvaziş,qayğı və mehribanlığın olmaması ilə bağlı olaraq meydana çıxır.Belə uş.r donuq görkəmdə olur,ətrafda hər şey onlara solğun görünür.Uşağın psixi həyatında həm verbal həm də ekspressiv-emosional əlaqələrin zəid olması sosial əhatədə qeyri-formal psixoloji iqlim onların normal psixi inkişafına mənfi təsir göstərir.
3)—Amerikan etnoqrafı Marqaret Mid (1901—1978) əvvəlcə Samoa adasında (1928) sonra isə yeni Qvineyada(1930) uş.rın böyüməsi,yaşlaşması məsələlərini öyrənərək belə qərara gəlmişdirki, bu adaların sakinlərinin yaş dövrlərinin dəyişmə sində heç1böhran vəya münaqişələrə təsadüf olunmur.Əvvəlki cəmiyyətin nizamlı həyat ritminin axırında yeniyetmələr yaşlıların həyatına tədricən və çox asanlıqla qoşulurlar.Samoalı yeniyetmə qızlar amerikalı həmyaşıdları ilə müqayisədə ciddi seksual əlaqələr hqqında təsəvvürlər baxımından çox bəsit məlumatlara malikdirlər.
Yeniyetməlik yaşı dövründə böhran problemi və onu izah edən nəzəriyyələr—Psixoloqların əksəriyyəti yeniyetməlik yaşı dövrünü böhranlı,münaqişəli yaş dövrü kimi qiymələndirirlər.Bu yaş dövründə böhran özün ü sürətli inkişafında,mənlik şüurunda baş verən dəyşikliklərdə,müstəqilliyə olan meyillərin artmasında.münas.r sisteminin dəyişməsində vəs.büruzə verir.Böhran problemini araşdıran nəzəriyyələr Biogenetik Universializmdir.Bu nəzəriyyənin nü mayəndələri belə hesab edirlər ki,bu dövrdə böhran və münaqişələr mütləqdir və yeniyetmənin harada yaşamasından asılı olmayaraq öhran mütləq əm.gəlir.Onlar böhran və münaqişələrin əm.gəlməsini bioloji amillərlə yəni cinsi yetkinliyin başla nması ilə əlaqələndirirlər.
2ci nəzəriyyə--sosiogenetik nəzəriyyədir.Bu nəzəriyyənin müəllifləri Amerika etno qrafları M.Mid və Benediktdir.Onlar uşaqlıq dövründən yaşlılığa keçidin 2forması nı ayırd edirlər.
1—Birbaşa vasitəsiz keçid—bu primitiv mədəniyyətli yeniyetmələrin xalqlarına xasdır.
2—Vasitəli keçid—bu isə sivil cəmiyyətdə yaşayan yeniyetmələrə xasdır.
L.S.Vıqotski nəzəriyyəsi—o böhran problemini tədqiq etmək üçün 2anlayış irəli sürür.1—İnkişafın sosial şəraiti.2—Psixi yeni törəmədir.Yeniyetməlik yaşı dövründə psixi yeni törəmə kimi yaşlılıq hissi özünü büruzə verir.Yaşlılıq hissi uş.r da müstəqillik meyillərini artırır.Bu müstəqillik meyillərinin hansı sosial inkişaf şə raitində büruzə verməsi mühüm əhəmiyət kəsb edir.
Alman psixoloqu Kurt.Levin nəzəriyyəsi-belə hesab edir ki,cəmiyyətdə yaşlı larla = yeniyetmə qruplarıda mövcuddur.Bu yeniyetmələrin bütün vasitələrdən istif adə edərək yaşlılar qrupuna daxil olmaq və onlara verolən üstünlüklərə can atırlar. Yaşlılar buna imkan vermir.Bu səbəbdən yeniyetmələrlə yaşlılar arasında münaqiş ə əm.gəlir və yeniyetməlik böhranlı yaşanır.
Yeniyetməlik yaşı dövründə aparıcı fəaliyyət prinsipi—bu dövrdə hansı fəali yət növünün aparıcı mövqedə çıxış etməsi uzun müddət mübahisəli xarakter daşımı şdır.Beləki,yeniyetmə psixologiyası üzrə tədqiqatçı D.İ.Feldşteyn belə hesab edirdiki, ictimai faydalı fəaliyyət aparıcı fəaliyyət növüdür.O bunu apardığı eksperi mental tədqiqatlarla sübut etmişdir.Bu problemi araşdıran digər psixoloq D.V.Elko nin və Draqunova belə hesab edirlərki,yeniyetməlik yaşı dövründə aparıcı fəaliy yət onların həmyaşıdları ilə ünsiyyət fəaliyyətidir.yəni yeniyetmələrin aparıcı fəaliyyəti ictimai faydalı ünsiyyət çərçivəsində həmyaşıdları ilə ünsiyyət fəaliyyəti dir.Bu gün bu mövqe bütün psixoloqlar tərəfindən qəbul olunmuşdur.Həm ictimai fəaliyyət,həmdə həmyaşıdları ilə ünsiyyət fəaliyyəti yeniyetmələrdə yeni psixi və şəxsi keyfiyətlərin motiv tələbat sferasını,münasibətlər sisteminin eləcədə şəxsi keyfiyyətlərin formalaşmasına əlverişli şərait yaradır.Yeniyetmə özünü 1şəxsiyyət kimi hər2 fəaliyyət növündə reallaşdıra bilir.Yeniyetmələrin müstəqilliyə olan meylləri yaşlılıq hissi fonunda əm.gəlir.və bu aparıcı fəaliyyət kontekstində ödəni lir.