4. Fizioloji fonetika, əslində, fonetikanın əsas tədqiqat obyekti olan səslərin yaranmasında fəaliyyət göstərən bədən üzvlərinin tələffüz prosesindəki vəziyyətinin tədqiqi ilə bağlı bir sahədir və həm təsviri, həm də tarixi fonetikada bu cəhətlər nəzərə alınır.
5. Müqayisəli fonetikadabir dilin şivələrindəki, bir ailəyə mənsub dillərdəki və hətta müxtəlif dillərdəki səs sistemi müqayisə yolu ilə tədqiq olunur. Buna görə də müqayisəli fonetikanın əsasını təşkil edən tədqiqat üsulu həm tarixi fonetikada, həm də təsviri fonetikada (daha ümumiləşmiş halda desək, həm ümumi, həm də xüsusi fonetikada) tətbiq olunur. Beləliklə də, təkcə bir dilin səsləri haqqında deyil, bir sıra qohum və ya yad dillərin fonetik sistemi haqqında ətraflı məlumat verilmiş olur.