MüASİr azərbaycan əDƏBİ DİLİNİn fonetikasi (30 saat mühazirə) I mühaziRƏ fonetikanin ümumi MƏSƏLƏLƏRİ


Səsin fizioloji mənbələri və əlamətləri



Yüklə 0,66 Mb.
səhifə8/13
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#42075
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
Fonetika, I mühazirə

Səsin fizioloji mənbələri və əlamətləri. Nitq vahidləri olan səslərin formalaşması fizioloji mənbələrlə daha çox əlaqədardır. Səslərin fizioloji mənbələri dedikdə, səslərin əmələ gətirilmə pro­sesində iştirak edən bədən üzvləri, insanın bioloji və fizioloji orqa­nizminin ən mühüm hissələri nəzərdə tutulur. Bu hissələr isə ümu­miləşmiş halda danışıq üzvləri, yaxud nitq orqanizmi adlanır.

Qeyd etmək lazımdır ki, insan varlığını idarə edən əsəb sistemi danışıq üzvlərinin də idarəedicisidir və buna görə də əsəb sistemi danışıq üzvləri sırasında birinci yeri tutur. Digər üzvlər isə bədən­dəki mövqelərinə görə üç qrupa bölünür: 1) Aşağı üzvlər (aşağı hissə); 2) Orta üzvlər (orta hissə); 3) Yuxan üzvlər (üst hissə).

Aşağı üzvlər, əslində, tələffüz cihazım təşkil edən üzvlər­dən ibarətdir və bu üzvlərin vəzifəsi səsin əmələ gəlməsi üçün lazım olan qüvvəni hərəkətə gətirməkdir.

Orta üzvlər, əsasən, boğazda yerləşən üzvlərdən ibarətdir və bunların vəzifəsi rəqslənmə ilə səs törətməkdir.

Yuxarı üzvlər ağız və burun boşluqlarının ayrıldığı yerdən başlayaraq burun boşluğundan, ağız boşluğundan, ağız boşluğunda yerləşən üzvlərdən və dodaqlardan ibarətdir. Bu hissənin əsas vəzifəsi danışıq səslərini formalaşdırmaqdır.

Danışıq üzvləri haqqında nisbətən dəqiq və geniş təsəvvürə malik olmaq üçün 1-ci şəkli nəzərdən keçirmək və başlıca üzvlər haqqında az da olsa, bəhs etmək vacibdir.

Ümumən, səslərin yaranmasında və müxtəlif nitq səslərinin for­malaşmasında bu üzvlərdən hər birinin müəyyən və məxsusi vəzi­fəsi vardır.




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin