MüASİr azərbaycan əDƏBİ DİLİNİn fonetikasi (30 saat mühazirə) I mühaziRƏ fonetikanin ümumi MƏSƏLƏLƏRİ



Yüklə 0,66 Mb.
səhifə12/13
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#42075
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
Fonetika, I mühazirə

Səsin ictimai əlamətləri. Dünyada neçə cür səs var? – deyə hər kəs sual verə bilər. Lakin heç kəs bu suala qənaətbəxş cavab verə bilməz. Elə buna görə də hər hansı bir şəxs özündə neçə cür səs haqqında təsəvvür olduğunu hesaba almaq istəsə, bunu hesablaya bilməz və hətta hesablaya bildiyini adlandırmaq üçün dildə lazımi miqdarda söz də tapa bilməz. Axı biz rəngarəng musiqi səsləri eşi­dirik, həm də müxtəlif musiqi alətinə, ayrı-ayrı müğənniyə görə bu səslərin keyfiyyəti, kəmiyyəti, təsiri müxtəlif olur. Göy gurultusu, su şırıltısı, quş civiltisi, qab cingiltisi, vıyıltı, uğultu, qurultu, şaqqıltı, şappıltı, zıqqıltı, hıqqıltı, fisıltı, fışıltı, mələmə, ulama, xışıltı, qıjıltı, vızıltı və s. bunların hamısı səsdir. Danışıq da səsdir. Bir sözlə, biz səslər aləmində yaşayırıq və hər tərəfdən səslərlə əhatə olunmu­şuq. Əvvəlki bəhslərdən bizə məlum oldu ki, insanın qulağı bu səsləri dərk edir və təbiətdə insan qulağının dərk edə bilmədiyi səslər də mövcuddur. Eyni zamanda məlum oldu ki, hər cür səs fiziki hadisə­dir və beləliklə, səslərin hamısı fiziki səslər kimi tanına bilər. Lakin bu səslər öz mənbəyinə və mahiyyətinə görə müxtəlif ohır. Ahəng­dar səslər – avaz, ahəngdar olmayan səslər – küy, gurultu adlanır. İnsan fikirlərinin ifadəsinə xidmət edən səslər isə danışıq səsləridir. Səslərin fiziki mahiyyəti, ümumiyyətlə, fizikanın “akustika” bəh­sində tədqiq olunur; danışıq səsləri isə, əsasən, fonetikada öyrənilir.

Hər növ səsi əmələ gəti­rən rəqslənmənin bir mənbəyi olduğu kimi, danışıq səslərinin də mənbəyi insanın danışıq üzvləridir. Belə ki, bizim ciyərlərimizdən gələn hava dodaqlarımızdan bayıra çıxıncaya qədər bir çox maneə­lərlə rastlaşır. Beləliklə, rəqslərimə əmələ gəlir, səs törəyir və for­malaşır, ağızdan çıxaraq bizi əhatə edən havada yayılır. Bu səslərin ictimai vəzifə və mənasını tam anlamaq, təyin etmək üçün cəmiy­yətin digər üzvlərinin eşitməsi lazımdır ki, bundan ötrü də insanda eşitmə üzvü – qulaq vardır. Həm səslərin əmələ gətirilməsi, həm də eşidilməsi, yəni insanın danışma fəaliyyəti isə mərkəzi əsəb sistemi ilə idarə olunur.

Danışıq səsləri, yaxud fonetikanın tədqiq obyekti olan səslər, hər şeydən əvvəl, ictimai ünsiyyətin ən kəskin silahı olan dilə məxsusdur və dilin maddi qabığıdır.

“Səs” fonetik bir termin olaraq geniş mənada danışıq üzvləri vasitəsi ilə əmələ gələn səslər, dar mənada isə danışıq səsləri deməkdir.

Məlum olduğu üzrənin hər bir dildə müəyyən miqdar səs vardır və hər bir səs danışıq üzvlərinin müxtəlif istiqamətdə fəaliyyəti nəticəsidir. Danışıq üzvlərinin fəaliyyəti nəticəsində fonetik axın müxtəlif nöqtələrdən keçərək danışıq səsi halında formalaşır. Buna görə də səslərin formalaşma nöqtələri sistemi, ümumiyyətlə, məxrəc (artikulyasiya (lat. aydın, üzvlərinə ayrılmış halda söyləmək, danışmaq)) və ya səs məxrəci adlanır.

Məxrəc etibarı ilə fərqlənən səslər isə hər bir dildə ümumiləşmiş halda, müəyyən adla bizə məlum olan səslərin miqdarından çox olur və belə səslərin bəzisi ilk və bir az da səthi təəssüratda adamın qulağına eyni və ya oxşar səslər kimi gəlir. Lakin bu səslərin hamısı nitq üçün – dil üçün bərabər dərəcədə zəruri deyildir.

Eləcə də bir dildə birinci dərəcəli qiyməti olan bu və ya başqa bir səs digər dildə ikinci dərəcəli ola bilər, ya da zəruri səs sayılmaz.

Bəzən müxtəlif dildə (xüsusən rus dilinin və ya hər hansı bir xarici dilin təlimində) eyni adlı hərflə işarə olunan səslərin də eyni, fərqli adlı hərflə işarə olunan səslərin isə hər bir dil üçün spesifik xüsusi səslər olmasından bəhs edilir və yanlış da nəticələr çıxanlır.

Məhz belə yanlış anlayışın nəticəsində, hətta bir zaman rus əlifbasından я, ю, е hərfləri ilə ifadə olunan rus dili fonetik sisteminə xas səsləri biz dilimizdəki ƒ səsi ilə a, u, e səsləri tərkibinə bərabər səs sayıb, həmin mənada da qəbul etmişdik.

Yaxud indi də bir sıra dərsliklərdə göstərilir ki, guya ruscadakı а, б, в, г, д, з, о, ш və s. Azərbaycan dilindəki a, b, v, q, d, z, o, ş, ç eyni səslərin hərfi işarələridir. Həqiqətdə isə belə deyildir.

Əslində, hər bir dildə məxrəccə az-çox yaxın olan səs qrupları əsasında dilin fonetik sistemini yaradan məxsusi məxrəc özülü vardır və bu məxrəc özülünə görə hər bir dilin səsləri ancaq o dilin özünəməxsus əlamətlərinə malik olur.

Danışığımızdakı səslərə tələffüz edərkən diqqətlə qulaq assaq, burada bir sıra xüsusiyyətlərin olduğunu aydınlaşdıra bilərik. Məsələn: aç, ağ, at sözlərindəki a ilə aləm, adi, alim sözlərindəki a səsinin; iş, it, ip sözlərindəki i səsi ilə imiş, sədri, hərbi sözlərindəki i səsinin tələffüzcə fərqləndiyini, müxtəlif kəmiyyətdə tələffüz edildiyini bir o qədər çətinlik çəkmədən duymaq mümkündür. Bunların fərqli eşidilmələrinə baxmayaraq, bu səslər Azərbaycan dilində bir sövti (səs) növ kimi tanınır və yazıda da müxtəlif a, müxtəlif i kimi qiymətləndirilmir. Bunun səbəbi isə Azərbaycan dilində bu incə fərqli müxtəlif səslərin ayrı-ayrı yeni mənalı sözləri yarada bilmək keyfiyyətinə yox, ancaq fonetik kəmiyyətə (yəni qısa, ya adi a, i və uzun a, i kimi) malik olmasıdır.

Lakin başqa bir dildə bu incə fərqli a, i və s. müxtəlif mənalı sözləri yaradan səslərdir. Türkmən dilində adi a və uzun a iki müstəqil səsdir. Çünki bu səslərdən birini digəri ilə (yəni adi a səsi ilə uzun a səsini) əvəz etməklə söz öz mənasını da dəyişir. Məsələn, “aq” aqmaq feilinin II şəxs təkə aid əmr şəklidir, “a:q” isə rəng mənasında “ağ” deməkdir. Yaxud daş “uzaq” demək olduğu halda, da:ş “daş” deməkdir.

Dəqiq yoxlasaq aydın olar ki, kəpənək sözündəki birinci ksonuncu k tam eyni məxrəcli səslər olmadığı kimi, qığırdaq sözündəki birinci q ilə sondakı q da tam eyni məxrəcli səslər deyildir. Bu qayda ilə tutuşdursaq, dad sözündəki əvvəlinci və sonuncu d, bal sözündəki b ilə qab sözündəki b, cücə sözündəki c ilə uc, güc sözlərindəki c səslərinin məxrəccə tam eyni səslər olmadığını söyləyə bilərik.

Beləliklə, aydın olur ki, hər bir dildə olduğu kimi Azərbaycan dilində də məxrəccə fərqlənən xeyli miqdar səs vardır.

Doğrudan da, əgər kəpənək sözündəki birinci k sonuncu k-dən fərqlidirsə, yaxud dilimizdə məxrəccə fərqli bir neçə q varsa, bəs nə üçün bu səslərin hamısını sözün maddi qabığı kimi qiymətlən­dirib fərqləndirməyə ehtiyac duymuruq və hətta, bu səslərin hamısı üçün yazı əlaməti olaraq ayrıca hərflər deyil, bunların ancaq məh­dud miqdarını ifadə edən hərflərdən istifadə edə bilirik? Çünki dildə olan səslərin hamısında məna fərqini ifadəetmə qabiliyyəti eyni dərəcədə deyildir, yəni dildə olan səslərin hamısı yox, ancaq müəyyən miqdarı fərqləndirici məna ifadə edən səslərdir. Belə səslər isə dilçilik ədəbiyyatında ümumiləşmiş halda fonem adlanır.



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin