MüASİr azərbaycan əDƏBİ DİLİNİn fonetikasi (30 saat mühazirə) I mühaziRƏ fonetikanin ümumi MƏSƏLƏLƏRİ



Yüklə 0,66 Mb.
səhifə9/13
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#42075
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
Fonetika, I mühazirə

Aşağı üzvlər. Aşağı hissənin başlıca üzvü ağ ciyərdir. Ağ ciyər səslərin əmələ gəlməsində doğrudan doğruya deyil, səs əmələ gəti­rən digər üzvlərə köməkçi və vasitəçi olaraq iştirak edir.

Məlum olduğu üzrə, müxtəlif səslə­rin əmələ gətirilməsi müxtəlif tezlikli rəqslənmələrlə əlaqədardır. Belə rəqslənmələrdə isə xaricə buraxılan havanın da miqdarı müxtəlif olmalıdır. Danışıqda lazım olan hər cür səsin tələbinə görə xaricə buraxılmalı havanın miq­darını müəyyənləşdirməkdə ağ ciyərin mühüm rolu vardır; çünki ağ ciyər xaricə buraxılan havanı avtomatik surətdə azal­dıb artıra bilir. Ağ ciyərin bu qabiliyyəti pozulduqda danışıqda kəkələmə, topuqlama kimi hallar əmələ gəlir. Adi tənəf­füsdə hava ağ ciyərə tədricən və bərabər ölçüdə müntəzəm surətdə daxil olduğu halda, danışıq zamanı, əksinə olaraq, hava ağ ciyərdən xaricə müxtəlif ölçüdə buraxılır. Ağ ciyər havanın bronxlardan və nəfəs borusundan keçərək qırtlağa gəl­məsinə təsir göstərir və bu hava oradakı səs tellərini hərəkətə gətirir. Beləliklə, hava dalğalan tərkibindəki səslənmiş dalğalar ağız və ya burun boşluğuna keçir və oradan da xaricə çıxır.

Buradan aydın olur ki, nitq səsləri­nin əmələ gəlməsində iştirak edən aşağı hissədəki üzvlərin əsası ağ ciyər olsa da, bu prosesdə diafraqma, bronxlar və nəfəs borusu da iştirak edir.

Orta üzvlər. Orta hissə, əsasən, qırtlaqdan ibarətdir. Qırtlaq (xirtdək) qısa borudan ibarət olmaqla bir neçə qığırdağın birləş­məsindən əmələ gəlmişdir. Bu qığırdaqlardan ikisi öz həcm və şək­linə görə başqalarından xeyli fərqlənir. Bunlardan birincisi, aşağı üzükvarı qığırdaqdır ki, onun dar ucu qırtlağın ön tərəfmə, enli ucu isə arxa tərəfinə uzanmışdır. İkincisi, üzükvarı qığırdağın üstündə yerləşmiş olan qalxanvari qığırdaqdır. Qalxanvarı qığırdağın arxa­sında isə bir cüt, o qədər də böyük olmayan, üçbucaq quruluşlu və hərəkətedici çalovvarı (pıramidal) qığırdaq da vardır (2 və 3-cü şəkillərə bax).

Qırtlaqda olan bu qığırdaqların hamısı bir-birinə əzələ liflərilə bitişmişdir. Qırtlağın içərisində hər iki tərəfdən onun divarlarına yapışmış olan ət çıxıntıları burada üfüqi vəziyyətdə uzanmışdır. Bu ət çıxıntıların başlanğıc ucu qalxanvarı qığırdağın içəri küncünə, son ucu isə çalovvarı qığırdaqlara bitişmişdir. Qırtlaqdakı qığırdaq­ların hərəkətedici olmaları sayəsində bu ət çıxıntılarının ucu bir-birindən tamamilə uzaqlaşaraq, nəfəsalma zamanı ağ ciyərə gedən və nəfəsvermə zamanı ağ ciyərdən gələn havanın heç bir maneə ilə rastlaşmadan keçib getməsinə imkan yaradırlar ki, bu zaman heç bir səs əmələ gəlmir. Bu ət çıxıntılarının ucu bir-birinə yaxınlaşa və hətta bir-biri ilə kipləşərək birləşə bilir və beləliklə, ağ ciyərdən gələn hava ət çıxıntılarının uclarına toxunaraq ona təsir edir, bunun nəticəsində də həmin çıxıntılarda rəqslənmə əmələ gəlir, bu rəqslənmə, yaxud səs dalğası isə udlaq boşluğundan keçərək ağız və burun boşluqlarında müxtəlif səslərin formalaşması üçün əsas olur (4 və 5-ci şəkillərə bax).

Səslərin əmələ gəlməsində əsas vasitə olan həmin telə bənzər ət çıxıntıları səs telləri adlanır. Bu səs tellərinin arasındakı açıqlığa səs keçidi, çalovvari qığırdaqlar arasındakı açıqlığa isə qığırdaq keçidi deyilir (4-cü şəklə bax)



Yuxan üzvlər. Orta hissədə əmələ gələn səslər hələ tam nitq səsləri deyil; əsil mənada nitq səsləri – nitq səslərinin müxtəlif növləri tam halda üst hissədə formalaşır. Üst hissədə yerləşən danı­şıq üzvləri, əsasən, ağızla əlaqədar olan üzvlərdir və burun boşluğu da bu hissəyə daxildir. Şərti olaraq bu üzvləri “ağız üzvləri” adlan­dırmaq mümkündür.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin