MüASİr azərbaycan əDƏBİ DİLİNİn fonetikasi (30 saat mühazirə) I mühaziRƏ fonetikanin ümumi MƏSƏLƏLƏRİ



Yüklə 0,66 Mb.
səhifə10/13
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#42075
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
Fonetika, I mühazirə

Ağız üzvləri

Ağız. Səsin əmələ gəlib müəyyən şəklə düşməsində mühüm rol oynayan üzvlərdən biri də ağızdır.

Ağız da qırtlaq kimi mürəkkəb bir danışıq cihazıdır. Ağız dedikdə, əsasən, aşağıdakı üzvlər nəzərdə tutulur:



Fəal üzvlər: Lalt dodaq, A – dilin ön hissəsi, M – dilin orta hissəsi, P – dilin arxa hissəsi, V – dilçək, V - yumşaq damaq.

Vasitəçi üzvlər: büst dodaq, d – üst ön dişlərin kənarı, e – üst ön dişlərin arxa səthi, ƒ – yuvaqlar, g – sərt damağın ön hissəsi, h orta damaq, i – yumşaq damağın ön hissəsi, j – yumşaq damağın arxa hissəsi.

Bu üzvlərin hər birinin həm təklikdə, həm də bir-birinə köməkçi olaraq, səslərin bu və ya digər şəklə düşməsində müəyyən vəzifəsi vardır. Məlum olduğu üzrə, müəyyən həcmdə olan hər bir boşluqdakı hava rəqslənmə zamanı səs əmələ gətirir. Buna görə də səs tellərində rəqslənməklə səsə dönmüş hava dalğaları ağızda, ağız boşluğunun həcmindən asılı olaraq, müxtəlif avazlı səslərə çevrilə bilir. Yəni boğazdan ağız boşluğuna verilən səsləri ağız boşluğu öz həcmini dəyişməklə müxtəlifləşdirir. Lakin ağız boşluğu daha çox səsləri, demək olar ki, kəmiyyətcə dəyişir və səslərin mənalı və müxtəlif keyfiyyətli olmalarına çox az təsir edir. Buna görə də belə səsləri tam yetkin səs (sövt) kirni qəbul etmək olmaz.

Əslində, ağız boşluğu adi mənada boşluqdan ibarət xali bir məkan deyildir. Ağız boşluğu səslərin formaya salınmasında çox mühüm rol oynayan bir sıra üzvlərin yerləşmiş olduğu mürəkkəb bir rezonator və səsləri tənzim edən requlyatordur.

Üst hissədə yerləşmiş olan bir sıra danışıq üzvləri (dil, dodaqlar dişlər) bir-birinə yaxınlaşaraq və ya biri digərinə toxunaraq, biri digərini sıxaraq qırtlaqdan gələn axının sərbəst sürətdə xaricə çıxmasına maneə törədir, beləliklə də, müxtəlif növlü səslər əmələ gəlir.

Dilin və dodaqların müxtəlif vəziyyət alması, çənələr və dişlər arasındakı açıqlığın çox və ya az olması və s. səslərin gah patıltı ilə, gah fışıltı ilə, gah da fısılti ilə çıxmasını təmin edir və bununla da qırtlaqdan gələn rəngsiz səslər ağızda müxtəlif rənglərdə formalaşır.

Beləliklə, ağız boşluğunda ağız üzvlərinin bu və ya digər şəkildə iştirak etməsi sait, samit səsləri və bunların müxtəlif növlərini (kipləşən, küylü, titrək və s. samitləri) yaradır.

Dil. Dil özünün mütəhərrikliyi və asanlıqla şəklini dəyişə bilməsi sayə­sində danışıq işində son dərəcə mühüm fəaliyyət göstərir. Dil ağız boşluğunun həcmini müxtəlif şəkildə dəyişə bilir ki, bunun nəticəsində də müxtəlif sait səslər əmələ gəlir. Eyni zamanda dil müxtəlif şəkillərdə sövti axına maneə yaratmaqla (arx şəkli almaqla, uc hissəsinin qatlanması və ya titrəməsi ilə, dişlərə toxunmaqla və s.) müxtəlif samitlərin əmələ gəlməsinə səbəb olur. Hətta bir sıra səslər vardır ki, bunlar sadəcə dil səsləri adlanır.

Nitq səslərinin formalaşmasında iştirakına görə dili, əsasən, üç hissəyə bölmək olar ki, belə bölgünü, xüsusən fonetist-dilçilər “dilin fonetik bölümü” adlandırırlar.

Fonetik bölünməyə görə dil aşağıdakı hissələrdən ibarətdir:

dilönü dlinqabaq hissəsidir ki, sakit vəziyyətdə dişlərin yanmda və ya aşağı ön dişlərin yuvaqları (alveolları) yanında yerləşir. Dilönündə ən fəal hissə dilucudur.

DU – dilucu – dilin ən çevik və həcmcə ən kiçik hissəsidir. Bu hissə müxtəlif səslərin formalaşmasında ya müstəqil sürətdə, ya da ön dişlərə, təzən dişlərə və dodaqlara toxunaraq fəal iştirak edir.

DOdilortası – dilin orta hissəsidir ki, bəzən fonetistlər bu hissənin ön damağa qarşı olan bir hissəsi kimi izah edirlər. Bu hissə dilönünə nisbətən az çevikdir, lakin dilarxasına nisbətən çevikdir, çünki dilin arxa hissəsi bir o qədər də hərəkət edə bilmədiyi halda dilortası bir az mütəhərrik olduğundan sərt damağa doğru qalxa bilir və qalxma dərəcəsindən asılı olaraq, müxtəlif səslərin formalaşmasında (y, g səslərinin) mühüm rol oynayır.



DAdilarxası – dilin arxa hissəsidir ki, yumşaq damağa və qismən sərt damağa doğru qalxaraq, ya arxaya, ya da enə hərəkət edə­rək müxtəlif səslərin formalaşması üçün şərait yaradır.

Müxtəlif səslərin formalaşmasında, dilin iştirakında həmin baş­lıca hissələrlə birlikdə dilyanları (DY), dildibi, yaxud dilkökü (DD) və diluzununa dil cığın (DC) da müəyyən dərəcədə rol oynayır.




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin