Nizamidə azərbaycançılıq
«Sərv» klassik ədəbiyyatda azadlıq rəmzi daşıyır.
Füzuli deyir ki, «Azadlıq gözəldir ancaq elə bir sərv yoxdur
ki, onun səmərəsi (bəhrəsi) olsun. Yəni, azadlıq gözəldir,
azad, sərbəst, müstəqil dövlət quruculuğu xoş bir arzudur. An
caq elə bir sərv (lider) yetişməyib ki, onun həyata keçirəcəyi
ideyaların səməri, (meyvəsi) əhəmiyyəti olsun.
Doğrudan da Nizami dövründə olduğu kimi, Füzuli döv
ründə də belə bir lider yetişməmişdi. Füzuli məntiqində
utopistlərdən fərqli olaraq belə bir qətiyyətli fikir ifadə edilir
ki, azad və ədalətli cəmiyyət yaratmaq üçün xalqın arzularını
yerinə yetirə biləcək milli bir liderin yetişməsi vacibdir.
Yoxsa Füzuli deməzdi ki, «hanı bir sərv bu aləmdə ki, vardır
səmərəi».
Beləliklə, özündən əvvəlkilər xalqın, cəmiyyətin rifahı
üçün xəyali, ideal bir dövlət quruculuğu arzuladığı halda
Füzuli milli liderin yetişməsinin vacib olduğunu göstərir. Ni
zami ədalətli cəmiyyət arzusunu Füzulidən 400 il əvvəl
demişdi. Füzuli isə Nizamidən 400 il sonra azad və müstəqil
dövlət quruculuğu üçün milli liderin vacibliyi ideyasını irəli
sürdü. Füzulinin ötən 400 il müddətdən sonra Nizami arzulan
və Füzuli ideyaları xalqın içərisindən çıxmış milli lider
Heydər Əliyev tərəfindən həyata keçirildi. Heydər Əliyev
bütün şüuru, idrakı, nəfəsi ilə milli bir şəxsiyyət idi. Bu
onunla bir daha öz təsdiqini tapır ki, tarix boyu heç bir
Azərbaycanlı hökmdann dilinə belə gətirmədiyi və Azərbay-
cançılıq ideologiyasının tarixlərə qızıl hərflərlə yazılmalı olan
belə bir kəlamını yadigar qoymuşdur: «gərək hər bir vətəndaş
öz vətəninə görə, öz millətinə görə, öz xalşına görə, öz ana
dilinə görə milli qürur hissi keçirsin, Azərbaycanlı olması ilə
fəxr etsin».1
1 Xalq qəzeti, 28 poyabr, 1998-ci il.
51
|