Elmi hipotezin əsaslandırılması Qoyulmuş problemin nəzəri araşdırılması hipotezlərin irəli sürülməsi və əsaslandırılması ilə başlayır. Elmi hipotez (və ya fərziyyə) – bütün tədqiqat prosesini təşkil etmək üçün tətbiq olunan metodoloji alət olub, baş verən hadisənin ehtimal edilən səbəbinin yoxlanmasını və təsdiqini tələb edir. Məntiqə görə hipotez yalnız ehtimal xarakteri daşıyır, yəni o əsas səbəb haqqında geniş məlumata malik deyil. Buna baxmayaraq hipotezlər problemin ilkin həlli üçün baza rolunu oynayır və mövcud problemin köhnə nəzəriyyələrlə izahının mümkünsüzlüyü, bəzi hallarda isə onlarla zid- diyətdə olmasını göstərməlidir. Etibarlı və təsdiq olunmuş hipotezlər araşdırılan hadisələr arasındakı münasibəti düzgün izah etməyə imkan verərsə, son nəticədə yeni qanunların kəşfinə imkan yarana bilər. Proses zamanı hipotezlərin yoxlanılması lazımı nəticəni vermədikdə onun dəyişdirilməsi labüddür.
D.Mendeleyev və Ç.Darvin də öz elmi tədqiqatları zamanı hipotez mərhələsini keçiblər. M.Lomonosovun işlərində hipotezlərin tətbiqi onun dahi kəşflərinə imkan açmışdır. Mendeleyevə görə hipotez elmi–tədqiqatın əsas elementi sayılır. O, faktların yığılması, təsviri, sistemləşdirilməsi və öyrənilməsini; hadisənin baş verməsi üçün hipotezin yürüdülməsini; hipo- tezdən doğan məntiqi nəticənin sınaqlarla yoxlanılmasını; hipotezin əsaslı qanuna çevrilməsi və ya ondan imtinanı tələb edirdi [7, 8].
Qeyd edildiyi kimi hipotezin əsas sütunu ehtimaldır. Məhz onun ətrafında digər elementlər birləşərək biliklər sistemini yaradırlar. Elmi problem nə qədər çətin həll olunandırsa, hipotezlərdə elmin sistem- ləşdirilməsi səviyyəsi də bir o qədər yüksək olur. Bu sistemdə hipotez nə qədər müsbət nəticə əldə edərsə, o, bir o qədər predmet ilə real hadisə ara- sında əlaqəni dəqiq qiymətləndirməyə imkan verər. Hipotezin yürüdülməsi və təsdiqi vahid proses daxilində bir–birindən asılı olmayan iki sərbəst mərhələ sayılır. Müxtəlif hipotez və mərhələlərdə əqli işin bu və ya digər forması başqa elementlərlə münasibətdə dominantlıq edə bilər. Hipotezin yoxlanması yalnız ona daxil olan anlayışların hamısının empirik inter- pretasiyası mövcud olduqda mümkündür.
Hipotezləri təsviredici, izahedici və proqnozedici olaraq üç növə bölürlər. Təsviredici hipotez obyektin mövcud xarakteri, onunla ayrı–ayrı elementlər arasında əlaqənin xarakteri haqqında ehtimaldır. İzahedici hipotez səbəb–nəticə arasındakı asılılıq haqqında ehtimaldır. Proqnozedici hipotez isə tədqiqat obyektinin inkişafındakı tendensiya və qanunauyğun- luqlar haqqında ehtimaldır.
Hipotezlərin roluna Evklid həndəsəsinin yaranması misalında baxaq. XIX əsrin ortalarında bir çox riyaziyyatçı alimlər Evklid həndəsəsinin (Müstəvi həndəsəsi) əsasında duran aksiomları araşdırarkən Evklidin 5-ci postulatının dəyişilməsinin mümkünsüzlüyünü göstərmişdilər [12]. Yəni düz xətdən kənarda yerləşən nöqtədən ona yalnız paralel bir düz xətt keçirmək olar. Bu hipotezin geniş araşdırılması sayəsində müsbət və mənfi əyriliyə malik bir çox qeyri-standart həndəsələr yaranmışdır (Lobaçevski və Riman həndəsləri). Bu yeni həndəsi elmlər fəza strukturlarının tədqiqində tətbiq tapmış və hal–hazırda kosmologiya və fizikada geniş istifadə olunur. Buradan görünür ki, Evklid hipotezi rədd edilə bilmədi, ancaq onun əvəzində daha dəyərli elmi nəticələr əldə edildi. Sosial sahələrdə hipotezlərin rolu böyükdü. Belə ki, ingilis iqtisadçı alimi Con Meynard
Keynsin (1883‒1946) araşdırmaları iqtisadiyyatdakı periodik neqativ dəyişilmələri proqnoz etməyə imkan vermişdi. Nəticədə onun cəmiyyətə təsirinin qarşısını almaq üçün preventiv tədbirlər görməyə imkanlar yaranmışdır. Fransız alimi Leverye (1811‒1877) Merkuri planetinin trayek- toriyasında olan anomaliyanı əsas götürərək onunla günəş arasında daha bir planetin olması hipotezini irəli sürür. Uzun illər bu planetin axtarışı ilə məşğul olan astronomlar hipotezin yanlış olması qərarına gəlirlər. Amma axtarışların nəticəsində Neptun planeti kəşf edilir [13].
Nəzəriyyənin elmi–tədqiqatdakı rolu
Elmi nəzəriyyə kifayət qədər inkişaf etmiş biliklər sistemi olub, bu sahədə vahid əsasda mövcud olan qanunların kəşfinə və irəli sürülən hipotezlərin əsaslandırılmasına imkan verən hadisələr toplumunu təsvir və izah edir. Elmi nəzəriyyə bu yolla yoxlanılmış biliklərin vahid sistemi sayılır. Nəzəriyyəyə daxil olan müddəalar və nəticələr əsaslandırılır və sübut edilir.
Elmi nəzəriyyənin əsas məqsədi əsaslı (ideal) obyektlərin, onların xassələri və münasibətləri (qanunlar, prinsiplər) haqqında sübutların yara- dılmasından ibarətdir. Bu baza bilikdən istifadə etməklə sırf məntiqi olaraq çoxlu sayda nəticə əldə etmək (quraşdırmaq, proqnoz etmək) mümkündür. Əsas şərt ondan ibarətdir ki, ifadə olunmuş nəticə müəyyən empirik asılılıq- ların köməyi ilə interpretasiya edildikdə o, real obyektin (təbii hadisələr, praktiki və psixoloji proseslər və s.) xassələrini maksimal əks etdirsin. Ayrıca hallarda nəticə nəzəriyyəni yoxlamayıb, onu dəqiqləşdirir və ya genişləndirir.
Elmi nəzəriyyənin elementləri anlayış, kateqoriya, termin, mühakimə, elmi müddəa, ideya, konsepsiya, qanun, qanunauyğunluq, elmi fənlər və sairəni əhatə edir [14]. Əsas elementləri yaxından nəzərdən keçirək [15]:
Anlayış – predmetləri onların məlum əlamətləri şəklində dərk edilməsi formasıdır.
Kateqoriya – predmet və hadisələrin daha çox ümumi xassələrini və münasibətlərini ifadə edən ümumi, fundamental termindir.
Elmi termin – elmi anlayışın adıdır.
Mühakimə – nəyisə təsdiq və ya inkar edən düşüncə tərzidir.
Müddəa – formulə olunmuş fikrin elmi sübutudur.
İdeya – nəzəriyyə və konsepsiyanın məzmununu ifadə edən əsas fikirdir.
Konsepsiya – elmi ideyaların birləşməsindən yaranan nəzəri baxışlar sistemidir. Konsepsiya nəzəriyyədən fərqli olaraq, deduktiv nöqteyi nəzər- dən sona çatdırıla bilməyən fərdi biliyin işlənməsi və genişləndirilməsi ilə bağlıdır. Onlar problemin mənasının başa düşülməsinə yönəlir. Burada ob- yektiv dərketməyə baxılmır.
Qanun – proseslər arasında obyektiv, daxili, vacib və davamlı əlaqəni təsvir edir. Qanunlar elmi–tədqiqat işlərində açar rolunu oynayır və ilkin olaraq təkliflər, hipotezlər şəklində irəli sürülür. Əldə olunan faktların, sınaq materialların köməyi ilə qoyulan iddia „təmizlənir“, təkmilləşdirilir və sonda qanun şəklinə salınır. Beləliklə, qanun hadisə daxilində obyektiv, faktiki, təkrar olunan və dayanıqlı əlaqələri əks etdirir.
Qanun anlayışı fəlsəfi kateqoriya kimi digərlərindən gec qəbul edilmişdir. Bu onunla izah olunur ki, qanun faktların atributu kimi, insan fəaliyyətində hadisələri əks etdirən kateqoriyalardan sonra meydana gəlmişdir.
Qanunauyğunluq – müəyyən məkan və zamanla bağlı olan hadisə və proseslər arasında obyektiv və daimi mövcud olan, ancaq qanuna nisbətən az stabil və aydın olan əlaqələri təsvir edir. Qanunauyğunluğu kifayət qədər sərt kəmiyyət göstəricilərinin köməyi ilə təsvir etmək mümkündür. Qanunauyğunluqlar adətən qanunlara söykənir və daha çox inkişafda olan sistemlərə aid edilirlər.
Elmi prinsip – elmi nəzəriyyənin əsas elementlərindən biri olub, elmin müəyyən sahəsində həqiqi faktlar massivinə aid olan birləşdirici, sintez- edici və təşkiledici funksiya rolunu oynayır. Nəzəriyyənin obyektləri arasında daimi mövcud olan əlaqələr haqqında bilik verən elmi qanunlardan fərqli olaraq, elmi prinsip özlüyündə elmi nəzəriyyənin elementlərinə qoyulan tələbatları müəyyənləşdirir (Qalileyin nisbilik prinsipi, Borun natamamlıq prinsipi, Dalamber prinsipi, sadəlik prinsipi və s.). Elmi nəzəriyyəyə bir çox vacib tələblər qoyulur: Elmi nəzəriyyə təsvir olunan obyektə adekvat olmalıdır. Bu müəyyən sərhədlərdə eksperimental tədqiqatın nəzəri biliklərlə əvəz olunmasına imkan yaradır.
Nəzəriyyə prosesin, obyektin müəyyən xassələrinin tam təsvirini mümkün etməlidir, yəni bu sahədə bütün sınaq nəticələri nəzəriyyənin ilk bazası olan prinsip, anlayış, abstraktsiya, ideallaşdırma və aksiomların köməyi ilə təsvir olunmalıdırlar.
Nəzəriyyəyə daxil olan komponentlər arasındakı əlaqələr izah olunmalıdırlar. Bir müddəadan başqasına keçidə imkan verən müna- sibətlər formalaşdırılmalıdır.
Nəzəriyyə daxilində inkarlıq olmamalı və onun sınaq nəticələri ilə uyğun gəlməsi təmin edilməlidir.
Qeyd olunan tələbatları ödəyən nəzəriyyələr müəyyən göstəricilərinə görə fərqlənirlər. Bu göstəricilərə evristiklik, konstruktivlik və sadəlik aiddir.
Nəzəriyyənin evristikliyi onun proqnozlaşdırılmış və izahedici imkan- larını əks etdirir. Bu həqiqi nəzəriyyə üçün əsas arqument sayılır. Burada onu demək yerinə düşərdi ki, nəzəriyyənin riyazi aparatı vacib rol oynayır. O, dəqiq kəmiyyət proqnozları verməklə, daha yeni proseslərin kəşfinə aparır.
Konstruktivlik dedikdə nəzəriyyənin əsas müddəa, prinsip və qanunlarını müyyən qaydalar üzrə sadə yoxlanması nəzərdə tutulur. Nəzəriyyənin sadələyi ümumiləşdirilmiş qanun və məlumatların ixtisar və sıxlaşdırılması sayəsində əldə edilir. Nəzəriyyəni təkçə statistik yox, həm də dinamiki qiymətləndirmək olar. Nəzəriyyə növü nə qədər çox faktlara aid edilərsə, o daha çox üstünlüyə malik olur.