MühaziRƏ №11-12 oliqopoliya mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. (Azərbaycan dilində tərcümə, E. İbadov və b.) Fəsil 16


OYUNLAR NƏZƏRİYYƏSİ VƏ ƏMƏKDAŞLIQ



Yüklə 2,04 Mb.
səhifə9/20
tarix11.10.2023
ölçüsü2,04 Mb.
#153685
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
Muhazire

OYUNLAR NƏZƏRİYYƏSİ VƏ ƏMƏKDAŞLIQ
Bildiyimiz kimi, oliqopoliyalar inhisar məhsul buraxılışına nail olmaq istəsə də bunun üçün əməkdaşlıq tələb olunur ki, bunun təmin edilməsi isə bəzən çətin olur. Bu bölmədə əməkdaşlıq arzu olunan, lakin çətin olduqda insanların qarşılaşdığı problemlərə yaxından nəzər salacağıq. Əməkdaşlığı təhlil etmək üçün oyunlar nəzəriyyəsi haqqında bir qədər məlumat almaq lazımdır.
Oyunlar nəzəriyyəsi insanların strateji situasiyalarda necə davrandığının öyrənilməsidir. "Strateji" dedikdə hər bir insanın hansı tədbirlər görməklə bağlı qərar qəbul edərkən digərlərinin bu tədbirə necə cavab verə biləcəyini nəzərə almalı olduğu situasiya nəzərdə tutulur. Oliqopolistik bazardakı firmaların sayı az olduğundan hər bir firma strategiya ilə hərəkət etməlidir. Hər bir firma mənfəətin yalnız onun nə qədər istehsal etməsindən deyil, həm də digər firmaların nə qədər istehsal etməsindən asılı olduğunu bilir. İstehsalla bağlı qərarlar qəbul edərkən oliqopoliyadakı hər bir firma onun istehsal qərarlarının bütün digər firmaların istehsal qərarlarına necə təsir göstərə biləcəyini nəzərə almalıdır.
Rəqabətli və ya inhisarçı bazarların öyrənilməsi üçün oyunlar nəzəriyyəsinə ehtiyac yoxdur. Rəqabətli bazarda hər bir firma bazarla müqayisədə o qədər kiçikdir ki, digər firmalarla strateji qarşılıqlı fəaliyyət vacib deyil. İnhisarlaşmış bazarda yalnız bir firma olduğundan strateji qarşılıqlı fəaliyyət mövcud deyil. Lakin, oyunlar nəzəriyyəsi oliqopoliyaların davranışının öyrənilməsi üçün faydalıdır.
Xüsusilə vacib "oyun" dustaqların dilemması adlanır. Bu oyun əməkdaşlığın saxlanılmasının çətinliyi haqqında təsəvvür yaradır. İnsanlar həyatları boyu əməkdaşlığın hamıya fayda verdiyi bir çox hallarda əməkdaşhq edə bilmir. Oliqopoliya bu misallardan biridir. Dustaqların dilemması hekayəsində öz üzvləri arasında əməkdaşlığı saxlamağa çalışan istənilən qrupa tətbiq olunan ümumi dərs verilmişdir.
OYUNLAR NƏZƏRİYYƏSİ
insanların strateji
situasiyalarda davranışının
öyrənilməsi



Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin