MühaziRƏ №11-12 oliqopoliya mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. (Azərbaycan dilində tərcümə, E. İbadov və b.) Fəsil 16


Bu məqalədə oliqopoliyaların iqtisadiyyatın daha vacib hissəsinə çevrilməkdə olduğu bildirilir



Yüklə 2,04 Mb.
səhifə8/20
tarix11.10.2023
ölçüsü2,04 Mb.
#153685
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
Muhazire

Bu məqalədə oliqopoliyaların iqtisadiyyatın daha vacib hissəsinə çevrilməkdə olduğu bildirilir.
Böyük Biznes: Birləşmək və Oliqopoliya Yaratmaq Niyyətinın Qəfil Artmasının Səbəbi Nədir?
Hər bir tərəfdə qüdrətli güclər Amerikanın sənaye sahələrini oliqopoliyalara çevirir və maneələr əhəmiyyətini itirir.
Daha böyük olmaq üçün mükafatlar, xüsusilə, dəyişməz xərclərin olduqca böyük, hər bir əlavə müştəriyə xidmət xərclərinin isə kiçik olduğu texnologiya, rabitə və telekommunikasiya sahəsində böyüməkdədir. Bəzi fikirlər:
• iyirmi il əvvəl kabel televiziyası sahəsinde minlərlə çox kiçik, ailə-idarəçilikli şirkətlər hökmranlıq edirdi. Bu gün gözlənilən saziş bazarın üçdə iki hissəsini üç şirkətin nəzarətinə verəcək.
• 1990-cı ildə kollec dərslikləri nəşr edən üç şirkət bu sahənin 35 faizini əhatə edirdi. Bu gün bu faiz 62-dir. . . .
• 1999-cu ildə 10-dan çox firma işə götürülmə üzrə sayt təklif edirdi. Bu gün isə üç firma hökmranlıq edir. İqtisadi güclər bu sahələri oliqopoliyalara çevirməyə çalışsa da, 1990-cı illərdə bu meyli sınaqdan çıxarmış bəzi güclər zəifləməkdədir. ABŞ anti-inhisar polisləri, tənzimləyiciləri və hakimlər biznesə qarşı daha az antaqonist görünür. Keçən həftə federal apelyasiya məhkəməsi əslində kabel televiziyası şirkətlərinin yayım şəbəkələrini almasının qarşısını alan qaydaları ləğv etməklə, öz qapılarını media birliklərinin yeni raundu üçün açdı. ...
Bir neçə satıcının oxşar əmtəələri satdığı bazar olan oliqopoliya heç də həmişə arzuolunmaz deyil və qaçılmaz olur. Bu, firmaların istehlakçılara aşağı qiymətlə daha yaxşı əmtəələr təklif etməsinə və istehlakçıların həyatını asanlaşdıran sənaye standartlarına gətirib çıxara bilər.
Lakin, oliqopoliya böyük biznes sahələrinə istehlakçıların və iqtisadi tərəqqinin hesabına böyük mənfəət əldə etmək imkanı verə bilər. Bu, firmaların qiymətləri maya dəyərindən kifayət qədər yüksək saxlamasının və şirkətləri dəyişmək və ya məhv olmağa vadar etməsinin qarşısını almaqda həyati əhəmiyyət daşıyan rəqabəti məhv edə bilər. Məsələn, kabel televiziyası üçün tariflər 1996-cı ildə bu sənaye sahəsi üzrə qanunvericilik məhdudiyyətlər aradan qaldırıldıqdan və bir neçə böyük firma arasında sövdələşmə əldə edildikdən bəri 36 faiz, demək olar ki, inflyasiyanın üç misli qədər yüksəlmişdir.
Mənbə: The Wall Street Journal, 25 fevral 2002, seh. A1. © 2002 Dow Jones & Co. Inc. DOW JONES & CO INC-in icazəsi ilə Müəlliflik Hüququ Mərkəzi vasitəsilə Dərslik formatında hazırlanmışdır.


QISA Təkrar: Əgər oliqopoliya üzvləri ümumi istehlak həcmi üzrə razılığa gəlsəydilər, hansı həcmi seçərdilər? Əgər oliqopolistlər bir araya gəlmədən istehsalla bağlı qərarları ayn-ayrılıqda verərlərsə, əvvəlki suala cavabınızdakından çox, yoxsa az məcmu həcm istehsal edəcəklər? Niyə?

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin