MühaziRƏ №11-12 oliqopoliya mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. (Azərbaycan dilində tərcümə, E. İbadov və b.) Fəsil 16



Yüklə 2,04 Mb.
səhifə4/20
tarix11.10.2023
ölçüsü2,04 Mb.
#153685
1   2   3   4   5   6   7   8   9   ...   20
Muhazire

Rəqabət, İnhisarlar və Kartellər
SÖVDƏLƏSMƏ
bazardakı firmalar arasında
istehsalın həcmi və ya qiymətin
dəyişdirilməsi ilə bağlı razılaşma


KARTEL
birgə fəaliyyət göstərən
firmalar qrupu

Cek və Cilin duopoliyasından irəli gələn suyun qiymət və həcmini nəzərdən keçirməzdən əvvəl artıq tanış olduğumuz iki bazar strukturunu - rəqabət və inhisarçılığı qısaca müzakirə edək.


İlk olaraq bazarın mükəmməl rəqabətli olması halında nə baş verdiyini nəzərdən keçirək. Rəqabətli bazarda hər bir firmanın istehsalla bağlı qərarları qiyməti marjinal maya dəyəri ilə bərabərləşdirir. Su bazarında maya dəyəri sıfırdır. Beləliklə, rəqabət üzrə suyun tarazlıq qiyməti sıfır, tarazlıq miqdarı isə 120 qallon olacaq. Suyun qiyməti onun istehsalına çəkilən xərci əks etdirəcək və rasional həcmdə su istehsal və istehlak ediləcək.
İndi isə inhisarçılığı nəzərdən keçirək. Cədvəl 1 60 qallon həcmində və hər qallon üçün 60 dollar qiymətində məcmu mənfəətin maksimum səviyyəyə çatdırıldığını göstərir. Bu səbəbdən, mənfəəti maksimallaşdıran inhisarçı bu həcmi istehsal edəcək və bu qiyməti qoyacaq. İnhisarçılıq üçün səciyyəvi olaraq qiymət marjinal maya dəyərini üstələyəcək. Nəticə səmərəsiz olacaq. Çünki, istehsal və istehlak olunan suyun həcmi sosial cəhətdən səmərəli olan 120 qallondan aşağı düşəcək.
Duopolistlərimizdən buraxılan məhsulla bağlı nə gözləmək olar? Ehtimallardan biri Ceklə Cilin bir araya gələrək istehsal olunacaq suyun miqdarı və təyin olunacaq qiyməti ilə bağlı razılığa gəlməsidir. Firmalar arasında istehsal və qiymət üzrə belə razılaşma xüsusi sövdələşmə adlandırılır və razılaşma əsasında fəaliyyət göstərən firmalar qrupu kartel adlandırılır. Kartel formalaşdırıldıqda bazar inhisarçılığa məruz qalır və bu halda Fəsil 15-dəki təhlili tətbiq etmək olar. Bu o deməkdir ki, məhsul buraxılışı istehsalçıların bazardan əldə edə biləcəyi məcmu mənfəəti maksimallaşdırdığından, Cek və Cil sövdələşmiş olsaydılar onlar inhisarçı məhsul buraxılışı üzrə razılığa gəlmiş olardılar. Bizim iki istehsalçı cəmi 60 qallon istehsal edərdi və bir qallonun qiyməti 60 dollar olardı. Yenə də qiymət marjinal maya dəyərini üstələyir və məhsul buraxılışı sosial cəhətdən səmərəsizdir.
Kartel yalnız istehsalın ümıımi səviyyəsi deyil, həm də hər bir üzv tərəfindən istehsal ediləcək həcm üzrə razılığa gəlməlidir. Bizim baxdığımız halda, Cek və Cil 60 qallonluq inhisar istehsalını öz aralarında necə bölmək haqqında razılaşmalıdırlar. Kartelin hər bir üzvü bazardan daha böyük paya sahib olmaq istəyir. Çünki, daha böyük bazar payı daha böyük mənfəət deməkdir. Əgər Cek və Cil bazarı bərabər bölüşərlərsə, hər biri 30 qallon istehsal edər və bir qallonun qiyməti 60 dollar olar və onlardan hər biri 1 800 dollar mənfəət əldə etmiş olarlar.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin