MühaziRƏ №11-12 oliqopoliya mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. (Azərbaycan dilində tərcümə, E. İbadov və b.) Fəsil 16


QiSA Təkrar: Oliqopoliya və inhisarçı rəqabəti izah edin və hər birinə aid misal göstərin



Yüklə 2,04 Mb.
səhifə3/20
tarix11.10.2023
ölçüsü2,04 Mb.
#153685
1   2   3   4   5   6   7   8   9   ...   20
Muhazire

QiSA Təkrar: Oliqopoliya və inhisarçı rəqabəti izah edin və hər birinə aid misal göstərin.


YALNIZ BİR NEÇƏ SATICININ OLDUĞU BAZARLAR
Oliqopolistik bazarda yalnız satıcıların kiçik qrupu olduğundan oliqopoliyanın əsas xüsusiyyəti əməkdaşlıqla şəxsi maraqlar arasındakı gərginlikdir. Oliqopolistlər qrupu inhisarçılar kimi əməkdaşlıq etməklə və fəaliyyət göstərməklə, kiçik həcmdə əmtəə istehsal etməklə və qiyməti marjinal maya dəyərindən daha yüksək saxlamaqla gəlir əldə edirlər. Lakin hər bir oliqopolist yalnız öz mənfəəti üçün çalışdığından firmaların inhisarçı əmtəə istehsalını saxlamasına mane olan güclü səbəblər mövcuddur.
Duopoliyaya Misal
Oliqopoliyaların davranışını anlamaq üçün duopoliya adlanan, yalnız iki üzvün mövcud olduğu oliqopoliyanı nəzərdən keçirək. Duopoliya oliqopoliyanın ən sadə növüdür. Üç və ya daha artıq üzvləri olan oliqopoliyaların yalnız iki üzvü olan oliqopoliyaların üzləşdiyi eyni problemlərlə üzləşdiyini nəzərə alsaq, təhlilə duopoliyanın öyrənilməsi ilə başlamaqla çox şey itirmirik.
Yalnız iki sakinin - Cek və Cilin içməli su istehsal edən quyusunun olduğu şəhər təsəvvür edin. Hər şənbə Cek və Cil neçə qallon su çıxarmağı qərara alır, suyu şəhərə gətirir və bazarda olan qiymətə satır. Məsələni sadələşdirmək üçün, Cek və Cilin heç bir xərc olmadan istədikləri qədər su çıxarmaq imkanına malik olduğunu təsəvvür edin. Bu o deməkdir ki, suyun marjinal maya dəyəri sıfıra bərabərdir.
Cədvəl 1-də şəhərin suya olan tələbat qrafiki göstərilmişdir. Birinci sütunda məcmu tələb həcmi, ikinci sütunda isə qiymət göstərilmişdir. İki quyu sahibi cəmi 10 qallon su satdıqda, su 110 dollara satılır. Onlar cəmi 20 qallon su satarlarsa qiymət 100 dollara düşür. Əgər rəqəmlərdən ibarət bu iki sütunu diaqram şəklində çəksəniz, tipik, aşağıya doğru meylli tələb əyrisi alacaqsınız.
Cədvəl 1-dəki son sütunda suyun satışından əldə edilən məcmu gəlir göstərilmişdir. Bu satılmış həcmlə qiymətin hasilinə bərabərdir. Suyun çıxarılmasına heç bir maya dəyəri tələb olunmadığından iki istehsalçının məcmu gəliri onların məcmu mənfəətinə bərabərdir.
Cədvəl 1



İndi isə şəhərin su sənayesinin təşkilinin suyun qiymətinə və satılmış suyun həcminə necə təsir etdiyini nəzərdən keçirək.



Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin