MgCO3+Na2CO3→MgNa2(CO3)2 (250 -də)
CaCO3+Na2CO3→CaNa2(CO3)2 (400 -də)
MgNa2(CO3)2+2SiO2→MgSiO3+Na2SiO3+2 CO2
CaNa2(CO3)2+2SiO2→CaSiO3+Na2SiO3+2 CO2
Şüşənin bişirilməsi aşağıdakı mərhələlərdən ibarətdir.
1. 500 -dən aşağı temperaturda hiqroskopik və kristallaşma suyunun ayrılması,üzvi maddələrin yanması
2. 900-1000 -də silikatların əmələ gəlməsi.Bu temperaturda şixta qaynar kütləyə çevrilir,Ca,Na,Mg metallarının silikatları və sərbəst kremnezen əmələ gəlir.
3.1000-1200 -də şüşə əmələ gəlməyə başlayır.Şüşə kütləsi əriyir.Prosesin sonunda şəffaf şüşə əmələ gəlir,hələlik bircinsli olmur.
4.1450-1500 -də şüşə kütləsi bircinsli olur, qaz qabarcıqlarından azad olur.Bu temperaturda şüşə kütləsi bir müddət saxlanılır.
5.Şüşə kütləsinin soyudulması, formalaşdırılması. Bu zaman şüşə kütləısinin temperaturu 200-300 aşağı düşür.
Şüşə məmulatlarının hazırlanması
B u proses şüşə kütləsinin çəkib uzatmaq, üfürmək, formalara tökmək, diyirləmək və presləmək yolu ilə aparılır.
Şüşəni çəkib uzatmaqla şüşə lövhələr, şüşə borular və şüşə millər hazırlanır. Şüşənin lövhə halına salınması qayıqlı qurğularda aparılır. Şaquli dartan maşın şaxtadan və diyircəklərdən ibarətdir.Həm şaxta,həm də diyircəklər asbestlə örtülür.Diyircəklər cüt-cüt olur və bir-birinin əksinə fırlanır.Diyircəklərin arası ilə şüşə kütləsi dartılaraq lövhə formasını alır. Maşınaltı kamerada qayıqcıq üzür.Bunun yuxarı hissəsində getdikcə dardun nazik yol şüşənin diyircəklər ilə yuxarı qalxmasını təmin edir.Şüşə kütləsi yuxarı qalxdıqca soyuyur və bərkiyir.
Dostları ilə paylaş: |