2.Azərbaycanda ali məktəb pedaqogikasının inkişafı Azərbaycanda ali məktəb pedaqogikasının yaradılması təşəbbüsləri XX əsrin 70-ci illərinə təsadüf edir. Əgər 70-ci illərdə ali məktəbdə pedaqoji prosesin tənzimlənməsi və idarə olunması, ali məktəbdə təlim prosesinin mahiyyəti və vəzifələri, ali məktəbdə təlimin təşkili formaları, tələbə elmi tədqiqat işləri, ali məktbədə pedaqoji təcrübə, ali məktəbin müəllim və tələbələrinin fəaliyyətinin məzmunu ilə bağlı metodiki xarakterli əsərlər yazılırdısa, 80-ci illərdə problemlə bağlı sistemli tədqiqatlar aparılmağa başlandı. Ali pedaqoji təhsil sistemində tələbələrin tədris, elmi və ictimai fəaliyyətlərinin qarşılıqlı əlaqəsi, tələbə kollektivində şəxsiyyətin tərbiyəsinin pedaqoji əsasları, pedaqoji fakültə tələbələrində yaradıcı təxəyyülün tərbiyəsi problemləri namizədlik dissertasiyası (T.Məmmədov. A.Həsənov, G.Axundova, M.Dadaşova) səviyyəsində tədqiq edildi. N.Əhmədov, S.Axundov, S.Paşayev və B.Bəşirovun ali məktəb pedaqogikasının mühüm problemi ilə bağlı araşdırmaları meydana gəldi. M.Ə.Muradxanov müəllimlər üçün «Ali məktəb mühazirələri» (1976) adlı metodik vəsait hazırladı. Burada ali məktəbdə mühazirəyə verilən pedaqoji tələblər, mühazirə zamanı əyani və texniki vasitələrdən istifadə edilməsi məsələləri işıqlandırıldı. Mühazirəyə hazırlaşmağın yolları ilə bağlı tövsiyələr verildi. 80-ci illərdən tələbə gənclərin ictimai fəallığının məzmun və mahiyyəti, kriteriyalan, səviyyələri, motivləri, formalaşması amilləri, demoqrafik məsələləri ilə bağlı ilkin araşdırmalar (F.Məmmədov) meydana gəldi. Ali məktəb müəlliminə verilən etik tələblər, tələbə-gənclərin öz müəllimlərini qiymətləndirərkən əsaslandığı mənəvi dəyərlər, müəllim-tələbə münasibətlərinin inkişaf dinamikası, ali məktəbdə pedaqoji ünsiyyəti şərtləndirən amillər, ali məktəb müəlliminin elmi-pedaqoji ustalığının, ictimai fəaliyyətinin tələbə şəxsiyyətinin formalaşmasına təsiri, ali məktəb müəlliminin əxlaqi siması, tələbə gənclərin əxlaqi-psixoloji xüsusiyyətləri və inkişafını şərtləndirən etnopsixoloji faktorların müəyyənləşdirilməsi ilə bağlı A.Həziyevin silsilə məqaləjələri nəşr olundu. Ali məktəbdə seminar məşğələlərin əhəmiyyəti, mahiyyəti, mərhələləri, növləri, seminar məşğələləri ilə mühazirə arasında qarşılıqlı əlaqə, seminar məşğələlərinə hazırlıq və keçirilməsi, seminarda müəllimin rəhbər rolu, seminar məşğələlərində tələbələrin müstəqil işi və ali məktəbdə təlimin seminar formasının təşkili ilə bağlı digər vacib məsələlər Ə.S.Tağıyevin «Ali məktəbdə seminar məşğələlərinin aparılmasına aid metodik göstəriş) (1984) öz ifadəsini tapdı. 1989-cu ildə A.Qurbanovun «Kurator və tələbə» adlı kitabı nəşr olundu. Kitabda ali məktəbdə kuratorun fəaliyyəti ilə bağlı, demək olar ki, bütün məsələlər (kurator işinin mahiyyəti, təşkili, hüquq və vəzifələri, kuratorun şəxsiyyəti tərbiyə amili kimi və s.) əhatə olundu və beləliklə, ali məktəb kuratorlan üçün kompas rolunu oynadı. 90-cı illərdə Azərbaycan AAK-nın qərarı ilə bütün ixtisaslar üzrə aspirant və dissertantların ali məktəb pedaqogikasından minimum imtahanı verməsi, universitet və institutların magistraturasında ali məktəb pedaqogikasının tədrisi ali məktəb pedaqogikası ilə bağlı tədqiqatlann daha geniş vüsət almasına şərait yaratdı. B.Bəşirovun «Ali məktəb pedaqogikası» (APU. 1992) və «Ali məktəb didaktikası» (1992) kitabları nəşr olundu. 1999-cu ildə N.Kazımov «Ali məktəb pedaqogikası» adlı dərslik hazırladı. Dərslikdə pedaqogikanın nəzəri-metodoloji məsələləri, pedaqogika elminin sahələri, digər elmlərlə əlaqəsi, tədqiqat üsulları və pedaqoji cərəyanlar, pedaqoji prosesdə təlim, tərbiyə, təhsil və psixoloji inkişafın vəhdəti, pedaqoji prosesdə ziddiyyət, qanunauyğunluq və qanun anlayışları, pedaqoji prosesin ümumi prinsipləri, əsas mərhələləri, üsulları, təşkili formaları kimi ümıımpedaqoji məsələlər şərh olundu. Bununla yanaşı, magistratura pilləsində pedaqoji təcrübə, ali məktəbdə elmi-tədqiqat işi, ali məktəbdə yüksək ixtisaslı elmi- pedaqoji kadrların hazırlanması, ali məktəbdə rəhbərlik və pedaqoji nəzarət kimi sırf ali məktəb pedaqogikasının problemləri də özünün ətraflı şərhini tapdı. Hazırda ADPU-nun (H.Əhmədov, F.Rüstəmov, M.Həsənov, H.Bayramov, İ.İsayev, M.İlyasov, K.Quliyeva, H.Cəfərov, BDU-nun (N.Muxtarova, H.Əlizadə, T.Dadaşova, A.Həziyev, F.Məmmədov, R.Mahmudova, S.Allahverdiyeva, N.İmamverdiyeva). Dillər Universitetinin (N.Kazımov, F.Sadıqov), Azərbaycan Müəllimlər İnstitutunun pedaqogika kafedralarında {R.Hüseynzadə, A.Həşimova), Təhsil Problemləri İnstitutunun müvafiq şöbələrində (A.Mehrabov. A.Abbasov, Ə.Agayev, V.Xəlilov, R.Əliyev) ali məktəb pedaqogikasının bu və ya digər problemləri ilə bağlı araşdırmalar aparılır, proqramlar tərtib olunur, dərslik və dərs vəsaitləri hazırlanır.