Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Elmi dərəcələr və adların verilmə tarixi



Yüklə 209,22 Kb.
səhifə7/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   80
Ali mekteb Pedaqoqikasi

3. Elmi dərəcələr və adların verilmə tarixi
Elmi dərəcələr və adlar ali təhsil müəssisəsində mütəxəssisin təlim-tərbiyə prosesində rolunun, elmi kvalifikasiyasınm rəsmi surətdə müəyyənləşdirilməsi, elmi dərəcələrin və elmi adların verilməsindən ibarət attestassiyası formasıdır. Elmi ad alimin elmi kadr hazırlığında, tədris və elmi ədəbiyyatın yazılmasında xidmətlərinin elmi cəmiyyət tərəfindən rəsmi surətdə qeyd edilməsi, dəyərləndirilməsi deməkdir. Elmi dərəcələrin verilməsi ilk universitetlərin yaranması ilə bağlı olmuşdur. XII əsrdə ilk «hüquq doktoru» dərəcəsi Boloniya universitetində, «təbabət doktoru» dərəcəsi isə İtaliyadakı Salem İnstitutunda müəyyənləşdirilmişdir. XIII əsrdə Paris Universitetində ((ilahiyyat doktoru» dərəcəsi müəyyənləşdirildi. Meydana gəldiyi ilk dövrlərdə «doktor» (latınca «doktors» sözündən götürülüb «müəllim» deməkdir) biri-birinə yaxın mənada işlədilir və biri- birini əvəz edirdi. Doktor dərəcəsini almazdan öncə «lisenziat» (latınca «licenciatus» - «hüququ olan» deməkdir) dərəcəsi alınmalıydı. Buna nail olmaq üçün iddiaçı imtahan verməli və yazı işi təqdim etməliydi. «Magistr»- «bakalavr» (latınca «baccalaureııs» - (meyvə, idafnə çələngi» deməkdir) ixtisas üzrə imtahandan müvəffəqiyyətlə çıxmış adamlara verilirdi. «Magistr» - «doktor» dərəcələrinin ierarxik sistemi XV-XVII əsrlərdə formalaşdı, universitetlərin nizamnaməsində özünə status qazandı. «Bakalavr», «lisenziat» aşağı dərəcələr hesab olunurdu. Onların alınma qaydaları nisbətən sadə idi. Yüksək dərəcələri almaq qaydaları isə daha mürəkkəb idi. Bir sıra ölkələrdə magistr dərəcəsi almaq üçün iddiaçı ixtisas üzrə imtahan verməli olurdu. Dərəcələrin verilməsi elm aləminə daxil olmağın simvolu olan çoxlu təntənələr və tədbirlərlə qeyd olunurdu. Universitetlərin korporativ (latınca corporatio - şirkət deməkdir, Bir sözlə, peşəyə mənsub adamların ittifaqı, birləşməsi, cəmiyyəti) təşkili zamanı «magistr» dərəcəsi ancaq hər hansı bir universitet daxilində müəllim vəzifəsini tutmaq hüququ verirdi. «Doktor» dərəcəsi almış mütəxəssis isə müstəqil olaraq həm elmi tədqiqatçılıq, həm də müəllimlik fəaliyyəti ilə məşğul ola bilərdi. XVI-XVII əsrlərdə İtaliya və Almaniya universitetlərində dissertantlara elmi rəhbərlik praktikası yarandı. Elmi rəhbər ancaq elmlər doktorları ola bilərdi. Elmi rəhbər dissertasiyanın mövzusunu müəyyənləşdirir, onu elmi surətdə dəyərləndirir və dissertantı «doktor» kimi təqdim edirdi. XVII ərdə ilk çap olunmuş dissertasiya işləri meydana gəldi. XVIII əsrdə universitetlərin dövlət müəssisələrinə çevrilməsilə əlaqədar dissertasiya müdafiəsinin Elmi Şuranın kollegial iclasında keçirilməsi praktikasının əsası qoyuldu. XIX əsrdə elmi dərəcələrin verilməsinə qanunvericiliklə dövlət orqanları nəzarət etməyə başladı. «Elmlər doktoru» ən yüksək dərəcədir. Bir sıra xarici ölkələrdə doktor elmi dərəcəsi dəqiq ixtisaslaşmanı əks etdirmir; «fəlsəfə doktoru” dərəcəsi humanitar və təbiət elmləri üzrə müvafiq mütəxəsisslərə verilir. Böyük Britaniyada və Britaniya sistemindən istifadə edən bir sıra digər ölkələrin universitetlərində «fəlsəfə doktoru» (doktor of philosophy) dərəcəsi fəlsəfə fakültəsi tərəfindən humanitar sahə mütəxəssislərinə verilir. Təbiət elmləri üzrə mütəxəssislərə isə «elmlər doktoru» (doktor of scien) dərəcəsi verilir. Fransada və Fransa tipli ali təhsil sisteminə malik ölkələrdə «doktor» dərəcəsi bir neçə səviyyəni (pilləni) əhatə edir: ən aşağı səviyyə - üçüncü səviyyəli doktor (clocteur de troisieme cycle) universitetdə təhsilin beşinci və altıncı illərində verilir. Buna nisbətən yüksək səviyyə - «universiiet doktoru» (dokteur de J'Universitete) adlanır. Bu səviyyə 1897-ci ildə müəyyənləşdirilmişdir və dissertasiya müdafiəsindən sonra təqdim edilir. Xarici vətəndaşlar da nisbətən yüngülləşdirilmiş tələblərlə dissertasiya müdafiəsindən sonra bu elmi səviyyəni qazana bilərlər. Ən yüksək səviyyə «dövbt dokionı» (dokteur de İ'Etai) adlanır. Bu səviyyəyə çatmaq üçün iki çap olunmuş dissertasiya təqdim olunmalıdır. Əsas dissertasiyanın (these prinsipale) mövzusu dissertant tərəfindən seçilir, əlavə dissertasiyanın (these complementaire) mövzusunu işə müvafiq fakültə müəyyənləşdirir. 1935-ci ildə Almaniyada «elmlər doktoru» dərəcəsi ilə yanaşı, ((universitet doktoru» vəzifəsini tutmağa imkan verən dərəcə - müəyyənləşdirildi. Almaniya Federativ Respublikasında doktor diplomunda doktorluq imtahanından alınmış qiymət və müdafiəyə verilən qiymət qeyd olunur. Bu ölkədə, habelə Avstriya və İtaliyada yalnız «doktor» dərəcəsi mövcuddur. Bir sıra ölkələrdə mütəxəssisin elmi xidmətlərini qeyd etmək məqsədilə fəxri dərəcə ((elmlər doktoru» (honoris causa-qısa şəkildə - h.s) müəyyənləşdirilmişdir. Yaponiyada «magistr» (shusi) dərəcəsi bütün elmlər üçün müəyyənləşdirilmişdir. Bolqarıstan, Rumıniya, Çexiya və Slovakiyada «magistr» dərəcəsi əllinci illərdə müasir ((elmlər namizədi dərəcəsi ilə eyniləşdirildi. Fransada, Polşada, İsveçrədə, Danimarkada, Norveçdə və əksər Latın Amerikası ölkələrində universiteti bitirən məzunlara (bu zaman xüsusi dissertasiya təqdimatına ehtiyac olmur) «magistr» adı verilir. Finlandiya, Yunanıstan, İspaniya, Portuqaliya, Meksika və Ekvadorda «magistr» dərəcəsi əvəzinə ((lisenzicıt» dərəcəsi təqdim edilir. Bu adı almaq üçün imtahan vermək və çap olunmuş əsər təqdim etmək lazımdır. İsveçrədə, Latın Amerikası ölkələrində elmi dərəcələr sistemi daha geniş diferensiasiyaya uğramışdır; ali təhsili başa vuranlar «lisenziat» adını alır. Ən aşağı elmi dərəcə «bakalavr» hesab olunur. Bu ad ixtisasa girişlə bağlı tədris fənlərindən imtahan verən iddiaçılara verilir. Rusiyada elmi dərəcələr XIX əsrdə təsdiq edildi. 1803-cü ildən başlayaraq fəlsəfə və hüquq fakültələrində üç pilləli sistem nəzərdə tutulurdu: universitet namizədi, magistr, doktor, tibb fakültəsində isə təbabət doktoru. Elmi dərəcələr universitet nizamnaməsi əsasında verilirdi. 1819-cu ildə Xalq Təhsili Nazirliyi Rusiyanın bütün universitetləri üçün «Elmi dərəcə almaq üçün Əsasnamə» qəbul etdi. Bu Əsasnaməyə görə, bütün əlaçı məzunlara «universitet kandidatı» adı verilirdi. Digər məzunlar isə bu adı almaq üçün müəllimlərin nəzarəti altında inşa yazmalıydılar. Magistr imtahanı iki, doktor imtahanı dörd sualdan ibarət olurdu. Onlara yazılı cavab verilməliydi. Doktorluq dissertasiyaları latın dilində yazılmalıydı. «Elmlər namizədi» və «doktor» fakültənin adı ilə adlanırdı. Magistr adı isə on dörd ixtisas istiqamətlərindən biri əsasında müəyyənləşdirilirdi. «Magistr» və «doktor» dərəcəsi Xalq Təhsili Naziri tərəfindən təqdim olunurdu. 1837-ci ildə magistr və doktorluq imtahanlarında sualların sayı azaldıldı. Filologiya və təbabət üzrə dissertasiya yazmaq üçün latın dili vacib hesab olunurdu. İxtisaslaşmamış «doktor» dərəcəsi yalnız hüquqşünaslar üçün saxlandı. «Hüquq doktoru», «riyaziyyat elmləri doktoru», «təbiət elmləri doktoru», ümumi dilçilik doktoru», «Şərq dilçiliyi doktoru) kimi elmi adlar müəyyənləşdirildi. 1844-cü ildə «Elmi dərəcələrin verilməsi haqqında Əsasnamə» ilə «magistr» dərəcəsinin verilməsi 22 ixtisas üzrə müəyyənləşdirildi. Dissertasiyaların latın dilində yazılması tələbi ləğv olundu. Yalnız təbabət üzrə doktorluq dissertasiyaları 1859-cu ilə qədər latınca yazılırdı. 1863-cü ildən başlayaraq universitet nizamnaməsi Elmi Şuraya dissertasiya müdafiə etmədən görkəmli alimlərə «fəxri doktor» adı və imtahansız «magistr» dərəcəsi vermək hüququnu təsdiqlədi. Alimin ixtisasını müəyyənləşdirən elmlərin sayı universitetin kafedralarına uyğun olaraq 1864-cü ildən başlayaraq artırıldı.
XIX əsrin 60-cı illərində əlyazması formasında olan dissertasiyalar çap olunmuş dissertasiyalarla əvəz olundu. Dissertasiyanın məzmunu və müdafiəyə təqdim olunan əsas elmi müddəaların «Elmi məqalələr məcmuəsində», universitetin «E1mi əsərlər»ində, sahə jurnallarında məqalə və tezis şəklində çap olundu. Rusiyanın hər hansı bir universitetində müdafiəyə buraxılmayan dissertasiya müdafiə üçün başqa universitetə təqdim oluna bilərdi. 1884-cü ildə fakültələr xüsusi hallarda magistr dissertasiyası üçün «doktor» adı vermək hüququ qazandı.
1917-ci il oktyabr çevrilişindən sonra Rusiyada elmi dərəcələrin verilməsində müəyyən dəyişikliklər edildi. 1934-cü ilin yanvarında, daha sonra isə 1937-cü ildə “elmlər namizədi» və «elmlər doktoru» kimi elmi dərəcələrin verilməsinin yeni qaydaları müəyyənləşdirildi, namizədlik minimumları və dissertasiya müdafiəsi qaydaları dəyişdirildi. 1934-cü ildə keçmiş SSRİ məkanında Ümumittifaq Ali Attestasiya Komissiyası (ÜAAK) fəaliyyətə başladı. 1949-cu ildən dissertasiyanın müdafiəsi üçün çap olunmuş avtoreferatın, 1958-ci ildən dissertasiyanın mövzusu üzrə çap olunmuş məqalələrin olması tələbi qoyuldu. 1973-cü ildə dissertasiyanın həcmi dəyişdirildi. Keçən əsrin 70-80-cı illərində mütəxəssis kvalifikasiyasıfizika, riyaziyyat, kimya, biologiya, geologiya-minerologiya, coğrafiya, texnika, hüquq, pedaqogika, psixologiya, təbabət, incəsənət, arxitektura ixtisasları üzrə müəyyənləşdirilirdi. Hər bir elm daxilində sonrakı diferensiasiya nəzərdə tutuldu (bütövlükdə 500 ixtisas üzrə). 1992-ci ildən elmi dərəcələr və elmi adlar xüsusi ixtisaslaşmış dissertasiya şuralarında verilməyə başlandı. 1994-cü ildə Rusiya Federasiyası tərəfindən yeni müdafiə qaydaları təsdiqləndi.
İlk dəfə olaraq ali məktəbdə professor (latınca «professor»- müəllim deməkdir) statusu XVI əsrdə Oksford universiteti tərəfindən müəyyənləşdirilib. Sonralar bir sıra ölkələrdə «ordinar professor» (ştatda) və «ekstra ordinar» (ştatdankənar) professor dərəcələri tətbiq olundu. Dosent (latın sözü docens, docentis-öyrədən, təlim edən deməkdir) adı ən aşağı elmi dərəcəsi olan şəxslərə verilirdi.


Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin