O, maqnit başlıqları və mühərriklə deyil, fayllarla işləyir; o, məhdud real əməli yaddaşla deyil, çox
böyük virtualla işləyir; maşında yeganə istifadəçi olub-olması, onu az maraqlandırır. Bir qədər başqa
yanaşmanı nəzərdən keçirək. Tutaq ki, əməliyyat sistemi hər bir istifadəçi üçün onun həyatını
sadələşdirmək üçün yox, əksinə, mürəkkəbləş-dirmək üçün virtual maşını həyata keçirir. Bu cür hər
bir virtual maşın istifadəçi qarşısında bir xalis dəmir kimi durur – hesablama sistemində prosessor,
imtiyazlı olan və imtiyazlı olmayan əmrlər, giriş-çıxış qurğuları, kəsilmələr və i.a., daxil olmaqla,
bütün hardware-nın surəti. Bu halda istifadəçi bu dəmirlə üzbəüz qalmış olur. İmtiyazlı əmrlər
səviyyəsində bu cür virtual dəmirə müraciət etmək cəhdi, həqiqətdə real əməliy-yat sisteminin
sistem çağrışına oxşayır və o da bütün lazım olan hərəkətləri yerinə yetirir. Bu cür yanaşma hər bir
istifadə-çiyə özünün əməliyyat sistemini virtual maşına yüklənməsinə və onunla istədiyini etməsinə
imkan verir (şək.1.3).
Bu cür birinci real sistem CP/CNS sistemi və ya İBM/370 maşınlar ailəsi üçün VM/370
olmuşdu.
Bu cür əməliyyat sistemlərinin mənfi cəhəti real kompüterlə müqayisədə, virtual maşınların
effektivliyinin aşağı düşməsidir və bundan əlavə, bir qayda olaraq, onlar çox yer tuturdu. Üstünlüyü
isə ondan ibarət idi ki, bir hesablama sistemində müxtəlif əməliyyatlar sistemləri üçün yazılmış
proqramlardan istifadə etmək mümkün idi.
Şək.1.3.
Dostları ilə paylaş: