Əməliyyat sistemlərinin təsnifatı Əməliyyat sistemləri təsnifatının bir neçə sxemləri mövcuddur. Aşağıda istifadəçi nöqteyi-
nəzərindən, bir neçə əlamətlərə görə təsnifat verilmişdir.
Çox məsələliyin həyata keçirilməsi Eyni zamanda yerinə yetirilən məsələlərin sayına görə əməliyyat sistemlərini iki sinfə bölmək
olar:
-çox məsələli (Unix, OS/2, Windows);
-bir məsələli (məsələn, MS-DOS).
Çox məsələli əməliyyat sistemi, resursların paylaşdırılma və rəqabət problemlərini həll edərək,
tam şəkildə multiproqram rejimini həyata keçirir.
Vaxt bölüşdürülməsi ideyasını özündə həyata keçirərək, çox məsələli rejimsıxışdırıb
çıxartmaq (preemptive) adlanır. Hər bir proqrama prosessor vaxtının kvantı ayrılır, həmin vaxt
bitdikdən sonra, idarə digər proqrama ötürülür. Belə deyirlər ki, birinci proqram sıxışdırılıb
çıxarılmışdır. Sıxışdırılıb çıxa-rılmış rejimində əksər kommersiyalı əməliyyat sistemlərinin istifadəçi
proqramları işləyirlər.
Bəzi əməliyyat sistemlərində (məsələn, Windows 3.11) istifadəçi proqramı prosessoru inhisara
ala bilər, yəni, sıxışdırılıb çıxarılmamış rejimdə işləyə bilər. Bir qayda olaraq, əksər sistemlərdə
əməliyyat sisteminin öz kodu sıxışdırılıb çıxartmağa məruz qala bilməz. Məsul proqramlar, xüsusi
halda, real vaxt məsələləri, həmçinin, sıxışdırılıb çıxartmağa məruz qala bilməzlər.
Göstərdiyimiz misallar əsasında təsnifatlanmanın təqribi olmasını göstərmək olar. Belə ki, MS
DOS əməliyyat sistemində qızlıq məsələsinin işə salınmasını və yaddaşda eyni zamanda iki və daha
çox məsələlərin olmasını təşkil etmək olar. Lakin, bu əməliyyat sistemi ənənəvi olaraq, bir məsələli
hesab olunur, çünki, burada mühafizə mexanizmləri və kom-munikasiya imkanları olmurlar.
Çox istifadəli rejiminin dəstəklənməsi Eyni vaxtda işləyən istifadəçilərin sayına görə əməliyyat sistemini aşağıdakılara bölmək olar:
-bir istifadəçili (MS-DOS, Windows 3.x);
-çox istifadəçili (Windows NT, Unix).
Bu əməliyyat sistemləri arasındakı ən əhəmiyyətli fərq çox istifadəçili sistemlərdə hər bir
istifadəçinin fərdi verilənlə-rinin mühafizə mexanizmlərinin olması təşkil edir.