Ümumi təyinatlı registrlər verilənlərin və əməliyyatlar nəticələrinin müvəqqəti saxlanılması üçün
istifadə olunurlar. İnformasiyanın emalı üçün adətən, yaddaş xanaların-dan ümumi təyinatlı
registrlərə informasiyanın ötürülməsi, mərkəzi prosessor tərəfindən əəməliyyatların yerinə
yetirilməsi və əməliyyat nəticələrinin əsas yaddaşa ötürülməsi təşkil olunur.
Xüsusiləşdirilmiş registrlər prosessor işinin nəzarəti üçün istifadə olunurlar. Ən vacibləri
aşağıda verilmişdir: proqram sayğacı, əmrlər registri və proqramın vəziyyəti barəsində
informasiyaya malik olan registr.
Proqramlar maşın əmrləri ardıcılığı şəklində saxlanı-lırlar ki, onları da mərkəzi prosessor
yerinə yetirməlidir. Hər bir əmr əməliyyat sahəsindən və operandlar sahələrindən, yəni, həmin
əməliyyatın yerinə yetirildiyi verilənlərdən ibarət olur. Maşın əmrlərinin bütün toplusu maşın dili
adlanır.
Proqramın yerinə yetirilməsi aşağıdakı kimi həyata keçirilir. Proqram sayğacının göstədiyi
maşın əmri yaddaşdan oxunur və əmrlər registrinə surəti köçürülür. Burada o, dekodlaşdırılır və
bundan sonra icra olunur. Əmr yerinə nyetirildikdən sonra, proqram sayğacı növbəti əmri göstərir.
Bu hərəkətlər maşın tsikli adlanır və sonra təkrar olunurlar.
Dostları ilə paylaş: