Mühazirə Əməliyyat sistemi anlayışı


Virtual maşının variantı   Mikronüvə arxitekturası



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə11/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   73
ƏS müh

 Virtual maşının variantı 
 Mikronüvə arxitekturası 
 
Əməliyyat sistemlərinin işlənilməsində müasir meyl on-dan ibarət olmuşdu ki, sistem 
kodunun əhəmiyyətli hissəsi istifadəçi səviyyəsinə keçirilmiş və eyni zamanda da nüvə 
minimallaşdırılmışdır. Söhbət 
əməliyyat 
sisteminin 
mikronüvə 
arxitekturası 
(microkernel architecture) adlanan nüvənin qurul-ması üçün yanaşmadan gedir və onun əksər tərkib 
hissələrini müstəqil proqramlar təşkil edirlər. Bu halda onlar arasındakı qarşılıqlı əlaqəni mikronüvə 
adlanan nüvənin xüsusi modulu təmin edir. Mikronüvə imtiyazlı rejimdə işləyir və proqramlar 
arasında qarşılıqlı əlaqəni, prosessordan istifadənin planlaşdı-rılmasını, kəsilmələrinin ilkin emalını, 
giriş-çıxış əməliyyatla-rını və yaddaşın baza idarə olunmasını təmin edir (şək.1.4). 
Yerdə qalan komponentlər mikronüvə vasitəsilə məlu-matların ötürülmə yolu ilə bir-birilə 
qarşılıqlı əlaqədə olurlar.
Mikronüvəli arxitekturanın əsas üstünlüyü - əməliyyat sistemi nüvəsinin modulluğunun 
yüksək dərəcəli olmasıdır. Bu, əhəmiyyətli dərəcədə oraya yeni komponentlərin əlavə olunma-sını 
sadələşdirir. Mikronüvəli əməliyyat sistemində onun işini dayandırmadan, yeni drayverləri, fayl 
sistemlərini və s.-ni yükləmək və boşaltmaq olar. 


Şək.1.4. Əməliyyat sisteminin mikronüvəli arxitekturası 
Əhəmiyyətli dərəcədə nüvə komponentlərinin sazlanıl-ma prosesi sadələşir, çünki, drayverin 
yeni versiyası bütün əməliyyat sistemini yenidən yükləmədən, yüklənilə bilər. Əmə-liyyat 
sisteminin komponentləri istifadəçi proqramlarından prinsipial olaraq, heç nə ilə fərqlənmirlər, buna 
görə də, onların sazlanılması üçün adi vasitələri tətbiq etmək olar. Mikronüvəli arxitektura sistemin 
etibarlığını artırır, çünki, nüvə rejimi sə-viyyəsində imtina ilə müqayisədə imtiyazsız proqram 
səviyyəsində səhvlər daha az qorxulu olurlar. 
Eyni zamanda da əməliyyat sisteminin mikronüvəli arxitekturası məlumatların ötürülməsi ilə 
əlaqəli olan əlavə qaimə xərclərinə səbəb olur ki, bu da məhsuldarlığa əhəmiy-yətli dərəcədə təsir 
göstərir. Mikronüvəli əməliyyat sisteminin sürətə görə monolit nüvə bazasında qurulan əməliyyat 
sistemindən geridə qalmaması üçün sistemin komponentlərinə bölünməsinin və onlar arasındakı 
qarşılıqlı əlaqənin minimal-laşdırılmasını səliqəli layihələndirmək tələb olunur. Beləliklə, 
mikronüvəli əməliyyat sistemlərinin yaradılmasında əsas mürəkkəblik – səliqəli layihələndirmə 
zəruriyyəti təşkil edir.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin