Mühazirə Əməliyyat sistemi anlayışı


Periferiya qurğuları ilə qarşılıqlı əlaqə



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə16/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   73
ƏS müh

Periferiya qurğuları ilə qarşılıqlı əlaqə 
 
Periferiya qurğuları informasiyanın daxil edilməsi və çıxışa verilməsi üçün təyin 
olunmuşdur. Hər bir qurğu, adətən, öz tərkibində kontroller və ya adapter adlanan xüsusiləşdirilmiş 
kompüterə malik olur. Kontroller ana platasındakı kontaktlar sisteminə salındıqda, o, şinə qoşulur və 
unikal nömrə (ünvan) əldə edir. Bundan sonra, kontroller şin üzrə gedən siqnalları müşahidə edir və 
ona ünvanlanan siqnallara cavab verir.
Giriş-çıxışın istənilən əməliyyatı mərkəzi prosessor ilə kontrolller qurğusu arasında dialoqu 
nəzərdə tutur. Hər hansı bir proqramın tərkibinə daxil olan və giriş-çıxışla əlaqəli olan əmr ilə 
prosessor rastlaşdıqda, o, kontroller qurğusuna siqnalları göndərərək, onu yerinə yetirir. Bu, 
proqramlaşdırılan giriş-çıxış adlanır. 
Öz növbəsində, xarici qurğulardakı istənilən dəyişik-liklər siqnalın qurğudan mərkəzi 
prosessora ötürülməsi nəticə-sində baş verir. Mərkəzi prosessorun nöqteyi-nəzərindən, bu asinxron 
hadisədir və onun reaksiyasını tələb edir. Bu cür hadisəni aşkarlamaqdan ötrü, prosessor, maşın 
tsiklləri arasında siqnalı generasiya edən qurğunun tipi barəsində informasiyaya malik olan xüsusi 
registri sorğu edir. Əgər siqnal baş vermişsə, o zaman mərkəzi prosessor həmin qurğu üçün spesifik 
olan proqramı yerinə yetirir ki, o da bu hadisəyə lazım olduğu kimi reaksiya verir (məsələn, 
klaviaturadan daxil olunan simvolu xüsusi buferə daxil edir). Bu cür proqram, kəsilmələrin emal 
olunma proqramı adlanır, hadisənin özü isə kəsilmə adlanır, çünki, o, prosessorun planlaşdırılmış 
işini pozur. Kəsilmələrin emalını bitirdikdən sonra, prosessor proqramın yerinə yetirilməsinə 
qayıdır. Kompüterin bu hərəkətləri kəsilmələrdən istifadə etməklə, giriş-çıxış adlanır.
Müasir kompüterlərdə, həmçinin, mərkəzi prosessordan yan keçərək, kontroller ilə əsas 
yaddaş arasında bilavasitə qarşılıqlı əlaqə imkanı olur ki, o da yaddaşa bir başa müraciət mexanizmi 
adlanır.


Mühazirə 5 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin