Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"



Yüklə 112,78 Kb.
səhifə28/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   43
Ali mək.ped. mühazirələr

Klassik mühazirə tipi. Ən geniş yayılmış mühazirədir. Bu tip ənənəvi mühazirə ̶ imla xarakterini artıq itirmişdir. Buna səbəb isə tədris ədəbiyyatının bolluğu, müasir texniki vasitələrin hamı üçün əlçatan olmasıdır.

  • Problemli mühazirələr. İlk dəfə Amerika universitetlərində tətbiq olunmuşdur. Professorlar bu mühazirəyə əvvəldən mövzu üzrə hazırladıqları suallarla başlayır, tələbələrin təxmini cavabları əsasında mühazirəni oxuyurlar. Problemli şərhetmə tələbələri fəallaşdırır, analitik təfəkkürün inkişafına şərait yaradır, mühazirəni maraqlı və canlı edir.

  • Monoqrafik mühazirə. Aparılma metodikasına görə klassik mühazirəyə çox yaxındır. Əsas məqsəd fundamental xarakterli konkret monoqrafiyanın müəyyən mövzusunun açılması, problemin görkəmli alim tərəfindən necə qiymətləndirirldiyinin göstərilməsidir. Monoqrafik mühazirədə iki və ya üç problemli sual qoyulur, amma bu suallar tələbələri müəllifin probleminin həlli barədə əsas fikrindən yayındırmamalıdır.

  • Diskussiya - mühazirə. Mürəkkəb mövzular, onların həlli yolları müxtəlif mühazirələr üzrə problemlərin şərhi zamanı istifadə olunur. Bu mühazirə iki variantda aparıla bilər. Birinci variantda elan olunmuş mövzu üzrə tələbələr əvvəlcədən hazırladıqları sualları verir. Müəllim izah edib mühazirənin gedişində özü problemə dair suallar tərtib edir. İkinci variantda mühazirə müəllimin sualları əsasında təşkil olunur.

  • Audiovizual mühazirə. Təxminən XX əsrin ikinci yaraısında əvvəlcə vizual mühazirə, daha doğrusu, mühazirəni TTV ilə aparmaq şəklində meydana gəlib. Tədris televiziyalarının inkişafı, ali məktəb televiziya mərkəzlərinin meydana gəlməsi, tədris prosesinə videotexnikanın tətbiqi təlimdə audioviziual mühazirədən istifadəyə imkan verdi. Müəllim öyrədiləcək materialı əvvəldən elektron texniki vasitələrdə kodlaşdırır. Audioviual mühazirədə bu materialı nümayiş etdirməklə bərabər, müəllim özü də geniş izah, şərh verir.

  • İkili (yaxud ekspertlə) mühazirə. Bir vaxtlar çox geniş hay-küylə tətbiq olunan bu mühazirə həmişə səmərəli deyildir. Kurs üzrə mühazirə aparan müəllimlə bərabər 2-3 mütəxəssis də eyni zamanda mühazirəyə qatılır. Onlar məsələnin izahında müəllimlə razılaşmayıb, öz yanaşmalarını təqdim edə bilərlər.


  • Yüklə 112,78 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   24   25   26   27   28   29   30   31   ...   43




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin