Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"



Yüklə 112,78 Kb.
səhifə27/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   43
Ali mək.ped. mühazirələr

Mühazirə. Ali məktəbdə təlimin əsas təşkili forması olaraq qalmaqdadır. Mühazirə zamanı bir neçə qarşılıqlı surətdə əlaqədar olan məqsədlər reallaşdırıla bilər: tələbələrə nəzəri təhlillə müşayət olunan fundamental və tətbiqi biliklər verilməsi həyata keçirilir, müxtəlif keyfiyyətlərin, münasibət və baxışların inkişafı və tərbiyəsi davam edir.
Buna uyğun olaraq mühazirənin köməyi ilə həll edilən məsələlərin spektri çox genişdir. Mühazirənin əsas metodu elmin məzmununu şifahi şəkildə ardıcıl şərh etməkdir. Yaxşı mühazirə hər hansı dərsliyin, elmi əsərin məzmununun tələbələrə çatdırılması deyil, fənnə dair pedaqoqun özünün apardığı araşdırmaların nəticəsinin şərhinə əsaslanmasıdır.
Tədris prosesindəki yerindən və rolundan asılı olaraq mühazirələrin bir neçə tipini müəyyənləşdirirlər:

  1. Giriş mühazirəsi. Bu mühazirədə kursun əsas vəzifələri göstərilir, onun məzmunu haqda qısaca danışılır, bu elmin müasir inkişaf səviyyəsi və perspektivləri açılır. Bundan başqa, tələbələr giriş mühazirəsində fənnin öyrənilməsi üzrə məşğələ növləri, nəzarət formaları və müstəqil işlərin xarakteri haqda məlumatlandırılırlar.

  2. Sistematik kurs mühazirələri. Tematik xarakter daşıyır və təhsil fənninin məzmunu, mütəxəssis hazırlığında onun yeri və rolu ardıcıllıqla tədris olunur.

  3. Obzor (icmal) mühazirələr. Bu mühazirələr, adətən, buraxılış kurslarda dövlət attestasiyasıqabağı aparılır. Qiyabiçi tələbələrə müəyyən elmin yenilikləri barədə məlumat vermək üçün də bu mühazirə növündən istifadə edilir.

  4. Başlanğıc mühazirələri. Əsasən, qiyabi şöbə tələbləri üçün oxunur. Onun əsas vəzifəsi qiyabiçi tələbələri kursun məzmunu, tədris materialının həcmi haqda məlumat verməkdir.

  5. Yekun mühazirələr. Fənn bütünlüklə tədris edildikdən sonra, öyrənilmiş bilikləri dərinləşdirmək və ümumiləşdirmək, bütün təlim materialını məntiqi sistemləşdirmək, onun peşə istiqamətini aşkarlamaq məqsədilə oxunur.

Müasir dövrdə ali məktəblərdə müəllimlərin istifadə etdikləri mühazirə tipləri bunlardır:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin