5. Nəzarət- qiymətləndirmə metodları. Ali məktəblərdə nəzarət və qiymətləndirmə metodları orta məktəbdən bəzi xüsusiyyətlərinə görə fərqlənir. Əvvələn, nəzarət gündəlik hər bir dərs üçün aparılmır; ikincisi, qiymətləndirmə gündəliklərə qeyd olunmur. Tələbələr qiymətləndirməyə daha şüurlu münasibət bəsləyirlər. Kredit sisteminin tətbiqi ilə əlaqədar olaraq qiymətləndirmə və nəzarətin də xarakteri dəyişmişdir. Tələbələrin ali məktəb həyatında bütün fəaliyyətinə nəzarət və qiymətləndirmə obyektiv olmalıdır. Tələbələr hansı fəaliyyətin necə qiymətləndirildiyini bildiklərindən cari və aralıq qiymətləndirmədən ötrü öz fəaliyyətlərini müstəqil şəkildə nizamlaya bilirlər.
Suallar və tapşırıqlar Təlim metodunun, həm də təlim priyomu və ya təlimin təşkili forması kimi çıxış etməsi nədən asılıdır? Sübut edin.
Gələcəkdə tərtib edəcəyiniz “Ali məktəb pedaqogikası” dərsliyinə hansı təlim metodlarını daxil edərdiniz? Əsaslandırın.
V mühazirə. Ali məktəbdə təlim prosesinin təşkili formaları
Plan Ali məktəblərdə təlim-tərbiyə prosesinin təşkili formaları haqda məlumat.
Təlimin təşkilat formalarının təsnifatı və xarakteristikası.
Tədris prosesi modeli.
Ədəbiyyat siyahısı Ali məktəb pedaqogikası üzrə mühazirə materialları. Bakı, 2016.
Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnəməsi. 21 yanvar, 2011- ci il.
Rüstəmov F., Dadaşova T. Ali məktəb pedaqogikası (Magistratura pilləsi üçün dərslik). Bakı, “Nurlan”, 2007, 568 səh.
Osman Əfəndi. Ali məktəb pedaqogikası üzrə mühazirələr. Bakı, 2010.
Пиoнова Р.С. Педагогика высшей школы. Минск, 2002.
Ali məktəblərdə təlim-tərbiyə prosesinin təşkili formaları haqda məlumat.
Müasir dövrdə ali məktəblərdə elmi informasiyanın çatdırlması və onun mənimsənilməsi, pedaqoji bacarıqların formalaşdırılması, gələcək müəllim şəxsiyyətinin inkişafı üçün təlim-tərbiyənin müxtəlif təşkilati formalarından istifadə edilir.
Təlim-tərbiyə prosesinin harada, iştirakçıların nə kimi tərkibi ilə və nə müddətdə aparılması təlimin təşkilat formalarını müəyyən edir. Tərifdə göstərilən açar sözlərlə yanaşı təlimin təşkili formalarında həmçinin, pedaqoqla tələbələrin müxtəlif dərəcəli qarşılıqlı əlaqə amili də öz əksini tapır. Məsələn, mühazirə zamanı pedaqoq, seminar zamanı tələbələr daha aktiv olurlar. Təlimin müxtəlif təşkili formalarının məcmuyu ali məktəbdə müəyyən ixtisas üzrə tədris planının əsasını təşkil edir.
Təlimin təşkili formaları təlim materialının didaktik məqsədindən, məzmunundan, müəllimin pedaqoji mədəniyyətinin səviyyəsindən, ali məktəbin tədris-metodik bazasından asılı olaraq müəyyənləşdirilir.
Müasir ali məktəblərdə istifadə olunan təlim fəaliyyəti formalarını şərti olaraq dörd qrupa bölmək olar:
Nəzəri formalar: