Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"


Planlaşdırılmış səhvlərlə mühazirə



Yüklə 112,78 Kb.
səhifə29/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   43
Ali mək.ped. mühazirələr

Planlaşdırılmış səhvlərlə mühazirə. Yüksək nəzəri hazırlıq tələb etdiyindən yuxarı kurslarda aparılır. Əsas məqsədi tələbləri bütün mühazirə boyu diqqətli, əqli gərginlik halında olmağa hazırlamaqdır. Müəllim mühazirəyə müəyyən sayda səhvlər daxil edir. Bu səhvlər məzmun, yaxud metodik xarakterli ola bilər və onlar mətnin içərisində bir növ gizlədilir. Mühazirənin sonunda tələbələr tapa bildikləri səhvləri müzakirə edərək düzgün informasiyanı mənimsəyirlər.

Mühazirə tiplərinin təsnifatı göstərir ki, öyrədiləcək materialı yaxşı mənimsətmək üçün mühazirə tipini düzgün seçmək lazımdır. Ümumiyyətlə götürdükdə, mühazirənin səmərəliliyi bir neçə amildən asılıdır:

  • məzmunun dərinliyi və elmiliyi;

  • dəqiq strukturu;

  • müəllimin mövqeyinin inamlılığı;

  • müəllimin auditoriya ilə qarşılıqlı əlaqə səviyyəsi;

  • müəllimin nitq mədəniyyəti, mühazirə aparmaq manerası;

  • audiovizual vəsaitlərdən istifadə.

Ali məktəbdə təhsil səviyyələrindən asılı olaraq mühazirələr məqsədinə, məzmununa, fundamentlallıq səviyyəsinə, dinləyicilərinə görə fərqli xarakterli olur.
Əsas fənlərin tədrisindən başqa, aparıcı pedaqoqlar tərəfindən, adətən, elmi tədqiqatlarla bağlı xüsusi kurslar (seçmə fənlər) üzrə də mühazirələr oxunur. Bu mühazirələr yuxarı kurs bakalavriat, magistratura və doktorantura tələbələrinə oxunur.
Ali məktəbdə yeni işləməyə başlayan müəllimlər üçün bəzi metodik tövsiyyələr:

  • mühazirə mövzusunu müəyyən etmək;

  • fənn üzrə onun tədris prosesində yerini müəyyən etmək;

  • mühazirənin məqsədini müəyyən etmək;

  • mühazirə tipini müəyyən etmək;

  • mövzu üzrə proqramın tələbinə baxmaq;

  • mühazirənin məzmununu müəyyən etmək;

  • zəruri vəsaitləri seçmək;

  • mühazirə mətnini yazmaq, onu öyrənmək;

  • tələbələrə çatdırılma formasını müəyyən etmək.

Seminar məşğələsi. Seminarın məqsədi tələbələrin öyrəndikləri ədəbiyyatın ümumiləşdirilməsi onun, mühazirə materialına uyğunlaşdırılması, müxtəlif bilik mənbələrini təhlil etmək və tənqidi qiymətləndirmək, tələbələrdə kreativliyi, tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirməkdir..
Seminarlar qədim yunan və Roma məktəblərində sonradan isə orta əsr universitetlərində tətbiq olunmuşdur.
Müasir ali məktəblərdə seminar məşğələlərinə kursun əsas və daha çətin mövzularını daxil edirlər. Seminar məşğələləri tələbələrin ümumi və peşə hazırlığına bilavasitə təsir göstərən, müstəqil təfəkkür əməliyyatları aparmaq qabiliyyətlərini inkişaf etdirən məsələlərə həsr olunur.
Seminar məşğələlərinin üç tipindən istifadə olunur:

  • müəllim tərəfindən əvvəlcədən hazırlanmış geniş plan üzrə diskussiya;

  • əvvəlcədən müəyyən edilmiş, amma sualları müəllim və tələbələr tərəfindən məşğələnin gedişi prosesində tərtib edilən problem üzrə diskussiya;

  • məşğələ mövzusu üzrə referatların müzakirə və müdafiəsi.

Seminar məşğələlərinin funksiyaları bunlardır:

  • tələbələrin tədrisin əvvəlki mərhələlərində qazandırları biliklərin dərinləşdirilməsi, konkretləşdirilməsi və sistemləşdirilməsi;

  • müstəqil tədris-idraki və elmi-tədqiqat bacarıq və qabiliyyətlərinin inkişafı;

  • analitik təfəkkür formalaşdırlması, refleksiyanın inkişafı;

  • diskussiya aparmaq, öz fikirlərini təbliğ və müdafiə etmək bacarıqları yaratmaq, şifahi nitqi inkişaf etdirmək;

  • təlim materialının mənimsənilmə səviyyəsi və xarakteri üzərində nəzarət.

Seminar məşğələlərinin səmərəlilik göstəriciləri bunlardır:

  • tələbələrin fəallıq dərəcəsi;

  • diskussiya aparılma səviyyəsi;

  • mövzunun müzakirəsinin dərinliyi;

  • kollektiv surətdə çıxarılmış nəticələrin dərinliyi;

  • kollektiv surətdə çıxarılmış nəticələrin xüsusi çəkisi;

  • tələbə və müəllimlərin aparılmış məşğələdən məmnunluğu.

Yeni müəllimliyə başlayan pedaqoqlara bir neçə metodik tövsiyyə:

  • seminarın mövzusunu müəyyən etmək;

  • tədris prosesində onun yerini aşkar etmək; (müstəqil xarakterlidir, yaxud mühazirə ilə uzlaşdırılmışdır);

  • seminarın məqsədini müəyyən etmək;

  • tipini seçib, plan tərtib etmək;

  • metodlarını müəyyən etmək;

  • zəruri ədəbiyyat seçmək;

  • müstəqil işləmə tapşırıqları hazırlamaq;

  • evristik tipli tapşırıq və suallar seçmək;

  • tələbələrin auditoriyada yerləşmə qaydasını müəyyən etmək.


Yüklə 112,78 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin