Həmcins olmayan xətlərin xassələri. Z0=Zℓ=ZD şərti ödəndikdə, xətt bütün uzunluğu boyunca elektrik xassəsinə görə həmcins hesab edilir. Bu halda əks olunan EMD-ları olmur və xəttə verilən EME bütünlüklə qəbulediciyə daxil olur. Xəttdə baş verən proseslər sadə tənliklərlə (4.57 və 4.58) yazılır və sönmənin qiyməti onun özünə məxsus sönməsi ilə təyin edilir (4.65). Bu halda kabel xətti həmcins və yüklər bərabər olduğundan, onun bütün nöqtələrində müqavimətdə eyni olur və DM-nə bərabər olur. Rabitə siqnqllarının maneəsiz keçməsi üçün belə xətlər məğbul sayılır və şəhərlərarası kabel xətlərində belə vəziyyətin yaradılmasına çalışırlar.
Qeyri-həmcins xətlərdə və razılaşdırılmamış yüklər olduqda, yaranan EM prosesləri xeyli mürəkkəb olur. Bu halda qeyri-həmcins olan yerlərdə əks olunan dalğalar yaranır. Enerjinin müəyyən hissəsi dövrənin başlanğıcına qayıdır. Deməli, qəbulediciyə mütləq qiymətcə az olan enerji daxil olur.
Qeyri-həmcins xətdə əks olunan dalğalar kabelin özünün DM-nin tezlik xarakteristikasını təhrifə uğradır. Dövrənin girişinə qoşulmuş cihaz artıq DM-ni deyil, xəttin yeni elektrik vəziyyətini xarakterizə edən giriş müqavimətini (Zgir) (GM) göstərir. Qeyri-həmcins xəttin sönməsi, kabelin öz sönməsi ilə dövrənin elektrik xarakteristikasının həmcins olmaması hesabına yaranan sönmənin cəminə bərabərdir. Onda belə kabel xətti ilə yaradılan rabitənin uzaqlığı xəttin özünün sönməsi ilə deyil ( ), onun işçi sönməsi ilə xarakterizə olunacaqdır.
1. Dövrə qısa qapanmışdır (Zℓ=0):
; UQℓ=-pUDℓ; UDℓ=-UQℓ;
2.Dövrə yüksüz işləyir, yəni dövrə açıqdqr ( ):
; UQℓ= UDℓ.
3.Dövrə razılaşdırılmış yüklərlə işləyir (Z0=Zℓ=ZD):
UQℓ=0.
Giriş müqaviməti (GM). Real xətlərdə həmişə müqavimətlər fərqli olur. Bu halda Z0≠Zℓ≠ZD bərabərsizliyi baş verir. GM aşağıdakı düsturla təyin olunur:
. Om/km (4.67)
(4.67) düsturunu təhlil etsək görərik ki, GM bir sıra amillərdən asılıdır. Bunlardan əsasları, dövrənin növü, naqillərin materialları, onların uzunluqları, cərəyanın tezliyi, yük müqvimətləri və s. kimiləri göstərmək olar.
Zgir.= (4.68)
(4.68) düstrunu təhlil etsək görərik ki, əks olunaraq dövrənin başlanğıcına qayıdan gərginlik və cərəyanın amplitud qiyməti azalır. Bu dövrənin başlanğıcından sonuna düşən (yayılan) enerjinin öz yolunda müxtəlif yük müqavimətlərinə rast gələrək udulması ilə xarakterizə olunur.
İşçi sönmə. Real dövrə boyunca EMD yayılan zaman siqnalın amplitudasının azalması işçi sönmə ilə təyin olunur. Bu ümumi xarakterə malik bir parametrdir və bunu təyin etmək üçün, kabelin öz məxsusi sönməsindən başqa, onun bir-birinə birləşdikləri və aparaturaya qoşulduqları yerlərdə ki, DM ilə yük müqavimətlərinin razılaşdırılmaması nəticəsində yaranan təsirləri də nəzərə almaq lazım gəlir.
Kabelin avadanlığa qoşulduğu yerdə həmcins olmama hesabına yaranan sönmə aşağıdakı kimi təyin edilir:
Dövrənin sonundə kabelin aparaturaya qoşulduğu hissədə, yəni olduqda aşağıdakı ifadə ilə tapılır:
. Nep (4.70)
Dövrənin başlanğıcında və sonunda EME-nin əks olunması təkrar olunarsa, onda qarşılıqlı əlaqə hesabına yaranan işçi sönmənin qiymətini nəzərə almaq lazım gəlir ki, buda aşağıdakı ifadə ilə təyin olunur:
(4.71)
burada uyğun olaraq dövrənin başlanğıcında və sonundakı əks olunmanın qiymətlərini göstərir.
Beləliklə, real dövrənin sönməsi aşağıdakı ifadə ilə təyin olunur:
(4.72)
(4.72) düsturunu təhlil etsək görərik ki, çox vaxtı aişç.>0 bərabərsizliyi ödənilir. Bu o deməkdir ki, dövrə tutum xarakterlidir. Əgər dövrə eyni zamanda tutum və induktiv xarakterli olarsa, onda (4.72) ifadəsinin sağ tərəfindəki 2,3,4-cü hədlər mənfi olur və aişç.<0 bərabərsizliyi alınır. Bu halda dövrənin işçi sönməsi onun özünə məxsus sönməsi ilə təyin olunur (a=αℓ).
Əgər işçi sönmənin qiymətini dB-lə ifadə etmək lazım gələrsə, onda (4.72) ifadəsindən alınan nəticəni 8,68 ədədinə vurmaq lazımdır.
0>
Dostları ilə paylaş: |