Mühazirə Məşğələ Laboratoriya 6 7


Mövzu 19 SIMMETRIK KABEL DÖVRƏLƏRINDƏ (SKD) ELEKTRİK PROSESLƏRİ



Yüklə 2,58 Mb.
səhifə48/60
tarix09.07.2023
ölçüsü2,58 Mb.
#136188
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   60
EL və ORX.(muh)

Mövzu 19

    1. SIMMETRIK KABEL DÖVRƏLƏRINDƏ (SKD) ELEKTRİK PROSESLƏRİ

Xarici EMS-nə malik olmayan KKD-indən fərqli olaraq SKD-sində sahə açıqdır və xeyli məsafədə təsir göstərə bilir. Dəyişən EMS-nin təsiri nəticəsində naqillərin en kəsiyində EME-nin yenidən paylanması baş verir. Buna görə aşağıdakı hadisələr müşahidə olunur: səth effekti; qonşu naqillərin yaxınlaşma effekti; ətrafdakı metal kütlənin (qonşu naqillər, ekran, metal örtük və zireh) dövrənin parametrlərinə təsiri. SKD-lərində hər üç amil eyni vaxtda təsir göstərir. HRX-lərində məftillər bir-birindən aralı və onları əhatə edən metal kütlə olmadığına görə, təkcə səth effektini nəzərə almaq lazım gəlir. KK-lər qapalı sistem olduğuna görə metal kütlənin təsiri nəzərə alınmır.
Yuxarıda göstərilən hadisələr hesabına EMS-nin yenidən paylanması baş verir və dövrənin parametrləri dəyişir. Dövrənin aktiv müqaviməti (R) və tutumu (C) artır, induktivliyi (L) isə azalır. Dövrənin aktiv müqaviməti daha çox artır:
R=R0+Rs.e.+Ry.e.+Rm.k.,

burada R0-sabit cərəyana görə müqavimət; Rs.e-səth effekti hesabına yaranan əlavə müqavimət; Ry.e.-yaxınlaşma effekti hesabına yaranan əlavə müqavimət; Rm.k.-dövrənin ətrafındakı metal kütlə hesabına yaranan əlavə müqavimətin qiymətlərini göstərir. Səth effektinə § 5.1-də baxılmışdır.


Y axınlaşma effekti xarici sahənin qarşılıqlı təsiri ilə əlaqədardır. Simmetrik dövrədə yaxınlaşma effektini xarakterizə edən vəziyyət şəkil 5.12-də göstərilmişdir.
Şəkildən göründüyü kimi “a” naqilinin xarici MS (H) “b” naqilinin qalınlığını kəsərək onda burulğan cərəyan əmələ gətirir.”b” naqilinin “a” naqilinə yaxın səthində burulğan cərəyannın İb.c. istiqaməti onunla axan əsas cərəyannın (İ) istiqaməti ilə eyni olduğuna görə nəticədə alınan cərəyan bu cərəyanların cəminə bərabər olur toplanır, yəni İnət.=İ+İb.c. bərabərdir. “a” və “b” naqillərinin bir-birindən uzaq olan səthində isə burulğan cərəyannın (İb.c.) istiqaməti əsas cərəyannın) əksinə yönəlir. Ona görə də nəticədə alınan cərəyan əsas cərəyanla (İ) burulğan cərəyannın (İb.c.) fərqinə bər-dir, yəni (İnət.=İ+İb.c).. Analoji şəkil a naqilində də baş verir.
Burulğan cərəyanla (İb.c.) əsas cərəyannın) qarşılıqlı təsiri “a” və “b” naqillərinin bir-birinə yaxın olan səthində nəticədə alınan cərəyanın sıxlığının artmasına, onların uzaq səthlərində isə azalmasına səbəb olur. Bu hadisə yaxınlaşma effekti adlanır. Cərəyan sıxlığının naqilin en kəsiyində qeyri-bərabər paylanması hesabına dəyişən cərəyana görə aktiv müqavimət (R) artır.
Yaxınlaşma effekti tezlik, maqnit nüfuzluğu, keçiricilik, naqillərin diametri və eləcə də naqillər arası məsafə ilə düz mütənasibdir. Naqillərin arasındakı məsafə azaldıqca yaxınlaşma effektinin təsiri onun qiymətinin kvadratı qədər artmış olur. Əgər iki qonşu naqillə axan cərəyanın istiqaməti eyni olarsa, onda onların sıxlığının yenidən paylanması xarici EMS-nin qarşılıqlı təsiri hesabına “ab” naqillərinin bir-birindən uzaq olan səthlərində cərəyanların sıxlığının artmasına gətrib çıxardır.
Şəkil 5.13,a b-də simmetrik dövrənin naqillərində cərəyan sıxlığının paylanması göstərilmişdir. Şəkil 5.13,a-da “a b” naqillərindən axan cərəyanların bir-birinin əksinə, şəkil 5.13,b-də isə naqillərdən axan cərəyanların eyni istiqamətə yönəlməşi təsvir edilmişdir.

Simmetrik dövrənin parametrlərinə onu əhatə edən m etal kütlədə yaranan burulğan cərəyanda (İb.c.) təsir göstərir. Kabeli əhatə edən metal örtükdə naqildən axan ƏC-nın (İ) yaratdığı burulğan cərəyan (İb.c.) şəkil 5.14-də göstərildiyi kimidir.


Dövrənin naqilindən axan cərəyanın (İ) yaratdığı MS (H) kabelin qonşu naqillərində, onları əhatə edən ekranda, metaldan olan örtükdə və zirehdə burulğan cərəyan (İb.c.) əmələ gətrir. Bu cərəyan kabelin metal hissəsindən keçərək onları qızdırır və əlavə istilik enerjisi yaradır. Başqa sözlə, elə bilki ötürülən enerjinin müəyyən hissəsi sorulur. Bu hadisə baxılan dövrənin kabelin metal hissəsinə yaxın olan səthində daha çox təsir göstərir. Bundan başqa, burulğan cərəyan (İb.c.) əks istiqamətdə təsir göstərən sahə yaradır ki, buda dövrənin naqillərinə təsir edir və onların parmetrlərinin

dəyişməsinə şəbəb olur.



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin