İdeal dövrənin birinci veriliiş parametrlərinin təyini. Tutaq ki, SKD-si ideal konstruksiyaya malikdir. İdeal dövrə dedikdə, naqillərdə enerji itkisi olmayan və onlarda EMS-nin qarşılıqlı təsirləri nəzərə alınmayan vəziyyət başa düşülür.
Dövrəni silindirik koordinat sisteminin z oxu boyunca yerləşdirək. Bu halda EMS-nin radial (Er)və tangensial (Hφ) toplananları ilə sağvint sistemi əmələ gətirən Umov-Poytinq teoreminin vektorundan istifadə etmək olar. Bu vektorun riyazi yazılışı aşağıdakı kimidir:
. (5.36)
İzolyasiyada baş verən itkini nəzərə almadıqda, yəni σ=0 olduqda dalğa müqaviməti aşağıdakı kimi olacaqdır:
.
münasibətlərindən istifadə edərək ideal SKD-nin aktiv müqaviməti (R), induktivliyi (L), tutumu (C) və izolyasiya keçiriciliyi (G) aşağıdakı düsturlarla təyin edilir:
.
Bu ifadəni həqiqi hissəsi AM-ti, yəni R=0, xəyali hissəsi isə induktivliyi (L) verir. Bu qayda ilə
yazmaq olar. Beləliklə, R, L, C və G parametrləri aşağıdakı ifadələrlə təyin edilir:
. (5.40)
Mövzu 25 REAL SİMMETRİK KABEL DÖVRƏLƏRİNİN UZUNLUĞU BOYUNCA ELEKTROMAQNİT ENERJİSİNİN YAYILMASI İtkiyə malik SKD-nin veriliş parametrlərini təyin etmək üçün EMS-nin Ez və Hφ toplananlarını bilmək lazımdır. Bu toplananlar enerjinin naqil tərəfindən udulması ilə xarakterizə olunur və Poytinq tənliyindən təyin edilir:
(5.41)
burada R-naqilin aktiv müqaviməti; L-naqilin daxili induktivliyi; Ez-naqilin uzunluğu boyunca ES-nin toplananı; -MS-nin tangensial toplananının qoşması; r-isə naqilin radiusudur.
SKD-nin aktiv müqavimətini və induktivliyini təyin etmək üçün MaksvelinⅠvə Ⅱ tənliklərinin diferensial şəkilində yazılışından istifadə edilir. Bu dövrə kvazistasionar rejimdə işlədiyi üçün dielektrikdə yaranan sürüşmə cərəyanı nəzərə alınmır (iωεmE=0). Onda keçirici mühit üçün Maksvelin Ⅰvə Ⅱ tənliklərinin diferensial şəkilində yazılışından istifadə edilir, yəni rot H=σE; rot E=-iωμmH. Şərtə görə naqilin oxu ilə z oxu üst-üstə düşür. Bu halda EMS-nin aşağıdakı toplananları iştrak etmir. Qalan üç toplanan aşağıdakı tənliklərlə təyin olunur:
. (5.42)
ES-nin ikinci tərtibdən diferensialı SKD üçün aşağıdakı kimi yazılır:
(5.43)
SKD-nin aktiv müqavimətini və daxili induktivliyini tapmaq üçün yuxarıdakı qayda ilə tapılan Ez və Hφ toplananlarinın qiymətlərini (5.41) düsturunda yazıb, lazımi çevirmələr apardıqdan sonra R və L parametrləri üçün aşağıdakıları alarıq:
, Om/km (5.47)
(5.48)
(5.47) düsturundan göründüyü kimi SKD-nin aktiv müqavimətinin hesabatı üç cəmdən ibarətdir: 2R0-sabit cərəyana görə dövrənin aktiv müqavimət; 2R0F(kr)-səth effekti hesabına yaranan müqavimət və üçüncü hədd, yaxınlaşma effektivliyi hesabına yaranan müqavimət; izolə olunmuş naqillərin burulmsının effektivliyini nəzərə almaq üçün burulma əmsalı daxil edilir ki, bununda qiyməti kabelin diametrindən asılı olaraq arasında götürülür; burulmanın növündən asılı olaraq, qrupdakı başqa naqillərdə burulğan cərəyan əlavə enerji itkisi yaradır. Bunu nəzərə almaq üçün tənliyə p parametri daxil edilir ki, cüt burulma üçün p=1; ulduz burulma üçün p=5; ikiqat cüt burulma üçün isə p=2 qiymətləri qəbul edilir; F(kr); G(kr); H(kr); Q(kr) funksiyalarının qiymətləri cədvəl 5.1-dən götürülür; d-cərəyan keçirən naqilin diametri, mm; -izolə olunmuş naqillərin (damarların) mərkəzləri arasındakı məsafədir və mm; d1-isə damarın diametridir, mm; Rm-metal kütlə hesabına yaranan əlavə müqavimətdir. Bu, tezliyin qiyməti ƒ≤200kHs-ə qədər olduqda cədvəldən götürülür. ƒ>200kHs olduqda isə yenidən hesabat aparılır: , Om/km. Burada -cədvəldən götrülür.
(5.48) tənliyinə daxil olan kəmiyyətlər aşağıdakılardan ibarətdir: La; Lb uyğun olaraq “a” və “b” naqillərinin; Lxar.-isə xarici induktivlikdir, Hn/km; r=d/2-naqilin radiusudur, mm; -nisbi maqnit nüfuzluğudur, Hn/km.
Aşağı tezliklə SKD-ləri üçün yaxınlaşma effektivliyi hesabına yaranan müqavimət çox kiçik olduğundan nəzərə alınmır. Bu halda SKD-nin aktiv müqaviməti aşağıdakı düsturla hesablanır: