Simmetrik kabel dövrəsinin tutum və izolyasiya keçiriciliyi. Tutum (C) və izolyasiya keçirciliyi (G) dielektrikdə baş verən proseslə əlaqədardır. Dielektrik dəyişən EMS-nin təsiri altında olduqda, onlarda dipolların sürüşməsi, vəziyyətini yenidən müəyyənləşdirməsi və polyarizasiya hadisəsi baş verir.
SKD-nin tutum (C) və izolyasiya keçiriciliyini (G) (5.40) dusturu ilə təyin etmək olar. Adətən izolyasiya keçiriciliyini dielektrik itki bucağı ilə ifadə etmək qəbul edilmişdir, yəni . Buradan . Bu qyməti (5.40) düsturunda yazıb lazımi çevirmə apardıqdan sonra izolyasiya keçiriciliyi üçün ifadəni alarıq:
. Sm/km. (5.50,a)
(5.50,a) düsturundan göründüyü kimi SKD-nin izolyasiya keçiriciliyi dielektrikdə dipolların öz yerlərini yenidən dəyişməsi hesabına onda yaranan itkini təyin edir və itki bucağının tangensi tg δ ilə xarakterizə olunur.
SKD-ində izolyasiya keçiriciliyini təyin edən zaman dielektrikin təkmilləşdirilməməsi üzündən cərəyan sızıntısı ilə xarakterizə olunan izolyasiya keçiriciliyinin qiymətinidə nəzərə almaq lazımdır. Izolyasiya keçiriciliyinin bu qiyməti kabelin izolyasiya müqaviməti ilə tərs mütanasibdir. Nəticədə SKD-nin izolyasiya keçiriciliyi aşağıdakı düsturla hesablanır:
. (5.50,b)
Kabel xətlərində izolyasiya keçiriciliyini hesablayan zaman dəyişən cərəyanın dielektrikdə yaratdığı itkinin mütləq qiymətinin sabit cərəyana nisbətən xeyli böyük olduğunu nəzərə almaq lazımdır. Ona görədə sabit cərəyana görə İK nəzərə alınmır. Dəyişən cərəyana görə izolyasiya keçiriciliyi olduğundan, SKD-lərində izolyasiya keçiriciliyini hesablayan zaman düsturundan istifadə edilir. Hesablama zamanı sabit cərəyana görə izolyasiya keçiriciliyinin G0 qiymətləri: 1) ŞTŞ-də tətbiq olunan AT kabelləri üçün, Riz.=2000 MOm·km; 2) şəhərlər- və zonalararası YT-li RK-ləri üçün isə, Riz.=10000 MOm·km qəbul edilir.
Məlumdur ki, RK-lərində tətbiq olunan izolyasiya təbəqəsi mürəkkəb konstruksiyaya malikdir. YT-li RK-lərində əsasən kombinə olunmuş, yəni bərk dielektrik və havadan ibarət (kordel-kağız, kordel-strofleks, kordel-polietilen və s.) izolyasiyadan geniş istifadə edilir. Bu halda dielektrik nüfuzluğunun ( ) və dielektrik itki bucağının (tg δekv.) ekvivalent qiymətlərindən istifadə edilir. Mürəkkəb izolyasiya tərkib hissələrinin həcminin münasibəti və onların elektrik xassələri ilə təyin olunur. SK-lərin dielektrik nüfuzluğunun ( ) və dielektrik itki bucağının (tg δekv.) ekvivalent qiymətləri izolyasiyanın böyük hissəsini tutan ε və tg δ parametrlərinin qiymətlərinə yaxındır. Dielektrik nüfuzluğunun və dielektrik itki bucağının (tg δekv.) ekvivalent qiymətləri müxtəlif izolyasiya növləri və tezliklərin qiymətləri üçün hesablanmış, alınan nəticələrə əsasən cədvəl tərtib edilib. Ona görə də lazım gəldikdə və tg δekv. parametrlərinin qiymətləri cədvəldən götürülür.
Rabitə xətlərində iki cür tutum fəaliyyət göstərir: 1) dövrənin naqilləri arasındakı tutum (C), bu işçi tutum adlanır; 2) kabelin tərkibində olan ayrı-ayrı naqillər, qruplar və naqillə yer (metal kütlə) arasındakı tutum, (C12, C10, C20 və s.), bunlar tutum hissəcikləri adlanır. Bunlardan işçi tutum (C) informasiyanın keyfiyyətinə təsir göstərən əsas parametrlərdən biri hesab edilir.
(5.40) düsturunda nəzərə alsaq, onda SKD-nin işçi tutumunu təyin etmək üçün aşağıdakı ifadədən istifadə etmək olar:
(5.51,a)
burada -burulma əmsalıdır; -düzəliş əmsalıdır və metal kütlənin (qonşu naqillərin, ekranın, metal örtuyün və s.) naqillərə yaxınlaşmasını xarakterizə edir. Düzəliş əmsalı burulmanın növlərindən asılıdır və aş-kı ifadə ilə təyin edilir:
, (5.51,b)
burada dqr.-qrupun diametridir: cüt burulma üçün, dqr.=1,71d1, mm; ulduz burulma üçün, dqr.=2,42d1, mm; d1-izolə olunmuş damarın diametridir, mm; - naqillərin oxları arasındakı məsafədir və ulduz burulma üçün, ifadəsinə bərabərdir.