İqtisadi risklər bankların fəaliyyətinin bütün tərəflərini: həm xarici, həm də daxili - əhatə edir. Buna müvafiq olaraq xarici və daxili risklər fərqləndirilirlər. Xarici riskləriki böyük qrupa bölünürlər: 1) likvidlik riskləri və 2) uğur riskləri.
Likvidlik risklərinə daxildir:
kredit riski və ya kreditlərin vaxtında qaytarılmaması ilə bağlı risk;
yeni, planlaşdırılmamış kreditlər riski;
bazar riski və ya yeni fəaliyyət növləri üzrə risk;
başqa risklər.
Likvidlik risklərindən ən əsası kredit riskləridir. Son illərdə
yə institutları ilə bağlı münasibətləri sahəsində meydana gəlir. Borc götürülmüş vəsait kəmiyyətinin özünün vəsaitinin kəmiyyətinə nisbəti nə qədər çox olsa, maliyyə riski bir o qədər böyük olar. Bu onunla izah olunur ki, kredit verilməsi və ya kredit şərtlərinin sərtləşməsi istehsalın dayanmasına səbəb ola bilər. Risklər təhlükə mənbələrinin, risk zonalarının, təsir sahələrinin, riskin zaman müddətində bölgüsü, risk dərəcəsinin nəzərə alınması əsasında təsnif oluna bilərlər.
Belə ki, təhlükə mənbəyinə görə risklər aşağıdakılar ilə şərtlənə bilər:
təbii qüvvələrin (sel, qar yağması, zəlzələ, torpaq axını, epidemiyalar, yanğınlar və s. ) dağıdıcı təsiri ilə;
siyasi xarakterli səbəblərlə (müharibə, çevriliş, inqilab və s.);
iqtisadi xarakterli amillərlə (valyuta kursunun, səhmlərin kursunun düşməsi, inflyasiya, müflisləşmə, tərəfdaşların öz müqavilə öhdəliklərini yerinə yetirməməsi və ya keyfiyyətsiz yerinə yetirməsi, kreditin qaytarılmaması və s.);
hüquqi xarakterli şəraitlərlə (qanunvericilikdə dəyişikliklər, qanunvericiliyin qeyri-kamilliyi, dövlət orqanları tərəfindən qanunvericiliyin düzgün tətbiq edilməməsi, məhkəmə sisteminin qeyri-kamilliyi və s., həmçinin qeyri-qanuni davranışlar: oğurluq, soyğunçuluq, cinayətkar səhlənkarlıq, yalançı müflisləşmə, fırıldaqçılıq və mülkiyyətə qarşı sair cinayətlər və b.k.).