Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ



Yüklə 95,49 Kb.
səhifə3/35
tarix17.09.2022
ölçüsü95,49 Kb.
#63746
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   35
PNT-magistr-I-kursFənn-PEDAQOJI-ETIKA-İ.Əliyev

Pedaqoji etikanın anlayışları
Pedaqoji etikanın kateqoriyaları:

  • pedaqoji ədalət;

  • peşə şərəfi;

  • peşə borcu;

  • vicdan.

Pedaqoji etikanın məzmunu.

  • əxlaqi şüur;

  • əxlaqi baxışlar; əqidə, hisslər.

  • əxlaqi münasibətlər;

  • əxlaqi fəaliyyət;

  • pedaqoji etikanın formaları, metodları, vasitələri və priyomları.

  1. Pedaqoji etikanın inkişaf tarixi.

Pedaqoji – etik ideyaların tarixini öyrənərkən aydın olur ki, ta qədimdən onun həm tərəfdarları, həm də əleyhidarları olmuşdur. Məsələn, Demokrit tərbiyə prosesini uşağın təbiətinə müvafiq qurmağı lazım bilirdi. Tərbiyə metodları içərisində qarşılıqlı münasibət və inandırma rəğbətləndirmə və cəzadan üstün tutulmalıdır. Sokrata görə tərbiyəçi və tərbiyə olunana verilən tələblər eyni olmalıdır – “özünü dərk et”.
Müəllimin peşə etikası məsələlərini ilk dəfə M.F.Kvintilian işləmişdir. O, təlimdə zor işlətməyin, məcburiliyin əleyhinə idi. Müəllim şagirddə müsbət emosiyalar oyatmalı, onu xahiş və təriflərlə rəğbətləndirməli, onun uğurlarına sevinməlidir.
Pedaqoji etika məsələlərini Y.A.Komenski ətraflı işləmişdir. O, müəllim və tərbiyə olunan arasında qarşılıqlı münasibətlərə xüsusi fikir vermişdir. “Əxlaqlı və şərəfli müəllimdən başqa heç kim insanları əxlaqlı və şərəfli edə bilməz”.
Tərbiyənin əxlaqi aspektləri, uşaqlara humanist münasibət problemlərinə, həmçinin J.J.Russo (1712-1772), İ.H.Pestalotsi (1746-1827), Y.Korçak (1878-1942) xüsusi diqqət vermişlər. Onlar inanırdılar ki, uşaqlara məhəbbət bütün tərbiyə problemlərini həll edə bilər.
Pedaqoji etika problemlərinin tədqiqində rus pedaqoqları K.D.Uşinski, A.S.Makarenko, V.A.Suxomlinskinin də əhəmiyyətli xidmətləri olmuşdur.
XX əsrin 60-90-cı illərində peşə etikası problemi bütün elmlərin araşdırma obyektlərindən birinə çevrildiyindən pedaqoji etika məsələlərinin öyrənilməsi məsələsi də aktiv hal aldı. Nəticədə müasir müəllimin pedaqoji ustalıq etikasının ümumi aspektləri formalaşmış oldu: uşaq şəxsiyyətinə hörmət, təlim-tərbiyə prosesini uşağa daimi sevgi əsasında qurmaq.


  1. Yüklə 95,49 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin