216
Onların saxlanma müddəti 4
o
C-yə yaxın temperaturada 2-3 gün, daha aşağı
temperaturada 7 günədəkdir. Xırda dondurulmuş balıqlar tarada, stellajlarda
saxlanılır (çəlləkdə, yeşikdə, torbada, səbətdə), iriləri isə qarmaqdan asılır və
yaxud stellaja yerləşdirilir. Saxlanma müddəti – 2
o
C temperaturada 3 gündür.
Turşudulmuş süd məhsulları metal çəlləklərdə və yaxud mehtərdə (flyaqa)
saxlanılır. Qatıq və ayran xüsusi qablarda yerləşdirilir. Qablar hər gün yuyulur və
qaynadılır. Onları gətirən kimi süzmək lazımdır, xamanı torbada qoymaq və
saxlamaq olmaz!
Kolbasanı qarmaqdan asılmış vəziyyətdə saxlamaq lazımdır.
Kərə yağı və əridilmiş yağ, həmçinin yeyinti yağları tarada saxlanılır və
kəskin iyli məhsullardan təcrid edilir.
İri pendirlər tarasız, xırdalar isə tarada və yaxud təmiz taxta döşəmədə
saxlanılır. Pendirin başı təmasda olmamalıdır. Əgər pendir saxlanma zamanı
kiflənirsə və ya seliklənirsə, onda onu xörək duzunun 8% məhlulu ilə isladılmış
təmiz salfetlə silmək lazımdır.
Yumurta tarada və ya kəskin iyli məhsullardan təcrid olunmuş qutuda
saxlanılır. Çiy yumurtanı və yarımfabrikatları isə hazır məhsullarla birlikdə
saxlamaq qadağan edilir.
Xüsusi tez xarab olan məhsulların saxlanma müddəti və satılması baş dövlət
sanitar həkiminin müavini tərəfindən təsdiq olunmuş sanitar qaydalar ilə müəyyən
olunur. Dənəvər (səpələnən) məhsullar qapaqlı iri sandıqlarda və yaxud torbada,
rəfdə saxlanılır. Torbalar üst-üstə 8 dənə olmaqla yerləşdirilir. Qənd və duz
saxlanma zamanı kəskin iylənən və nəm məhsullardan təcrid olunur.
Çörək çörəkdoğrayanda, rəflərdə, pərdə ilə örtülmüş halda, yaxud şkafda
saxlanılır.
Kartof və tərəvəz 1,5 metrdən hündür olmayan quru və qaranlıq otaqlarda
saxlanılır. Tərəvəz üçün anbar rəflər və iri yeşiklərlə təchiz edilir. Onlar
döşəmədən 15 sm hündürlükdə yerləşdirilir.
Bütün anbar binaları sabit temperatura rejimində olmalıdır. Temperaturun
dəyişməsi məhsulların xarab olmasına səbəb olur.
Dənli bitkiləri sanitar cəhətdən qiymətləndirərkən qida zəhərlənmələrinə səbəb
olan alaq qatışıqlarının miqdarını nəzərə alırlar. Belə qatışıqlara qaramuq, sofora,
vyazel və s. aiddir.
Dostları ilə paylaş: