Qida infeksiyası. Qida məhsulları istehsalında sanitar-gigiyenik recimin, hazır
məhsulun saxlanması qaydalarının pozulması insanlarda infeksion xəstəliklərin
mənbəyi ola bilər. İnsan və heyvanlar da qida infeksiyalarının törədiciləri ilə yoluxa
bilər. Qida infeksiyaları hər bir xəstəliyə uycun klinik əlamətlərlə keçir.
Bağırsaq infeksiyası. Bura qarın yatalacı, paratif A və B, qanlı ishal, vəba
daxildir. İnfeksiya mənbəyi insan hesab olunur. Bacırsaq infeksiyasının törədicisi
(vəbadan başqa) bacırsaq çöpləri Escherichia və onun növ müxtəlifliyidir. Bunlar
hamısı Enterobacteriaceac fəsiləsinə aiddir. Qram-mənfidir, spor əmələ gətirmir,
fakültativ-anaerob çöplərdir. Bu qrupun müxtəlif nümayəndələri bir-birindən
patogenliyinə, həmçinin biokimyəvi fəallıcına görə fərqlənirlər.