Bakteremiya– mikrobun ilk iltihab nahiyəsindən qana keçərək bütün üzvlərə
yayılmasına deyilir. Bakteremiya dövründə mikrob az vaxtda qanda olmaqla orada
çoxalmır, qan dövranı ancaq nəqletmə rolu oynayır.
Sepsis. Mikrob qan vasitəsi ilə üzvlərə yayılmaqla bərabər qanda və müxtəlif
toxumalarda artarsa, buna sepsis və ya septisemiya deyilir.
Nazik bacırsaqların iltihabı, yaraları nəticəsində iti bacırsaq pozcunlucu
əmələ gəlməklə temperatur yüksəlir və ümumi zəiflik baş verir. Xəstəlik 4 həftəyə
qədər davam edə bilir. Çox vaxt xəstə sacaldıqdan sonra onun ödündə uzun müddət
qarın yatalacı mikrobları tapılır. Sağlam adamların 3-5%-i xəstəlikdən bir neçə ay
və bəzən daha çox müddət sonra da basildaşıyan ola bilirlər.
Qarın yatalacı və paratif bakteriyalar Salmonella cinsinə aiddirlər. Xəstə
orqanizmdə bakteriya hüceyrəsinin parçalanması hesabına güclü təsirə malik
termostatik endotoksin ayrılır. Xəstəlik nazik bacırsacın zədələnməsi (iltihab,
yaratökmə-basma) ilə səciyyələnir.