MÜhaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/22
tarix23.02.2017
ölçüsü5,01 Kb.
#9399
1   2   3   4   5   6   7   8   9   ...   22

Mikroorqanizmlərin sistematikası 
Heyvanlar və bitkilər öz həyat tərzi və aydın nəzərə çarpan əlamətlərinə görə bir-
birlərindən kəskin fərqlənirlər ki, bu da həmin canlıları iki aləmə – heyvanlar və bitkilər 
aləminə aid etməyə imkan verir. 
Mikroorqanizmlər  aləminə  isə  bir-birinə  oxşamayan,  yalnız  mikroskopda 
görünən,  differensiasiya  olunmamış,  ölçüləri  və  sadə  quruluşları  ilə  oxşar  olan 
mikroorqanizmlər  toplanmışdır.  Digər  canlılardan  fərqli  olaraq  bunların  xarici 
nəzərə  çarpan  aləmətləri  də  bir-birinə  çox  oxşardır.  Digər  canlılarda  olduğu  kimi, 
bunların  hüceyrələri  eyni  plan  üzrə  qurulub,  vahid  struktura  malik  olub  qidalanır, 
tənəffüs  edir,  çoxalır,  müəyyən  vəzifə  daşıyır,  ifraz  edir.  Ona  görə  də 
mikroorqanizmlər  kəşf  edildikdən  sonra  bunların  hansı  aləmə  aid  edilməsi  böyük 
çətinlik törətmişdir. 1886-cı ildə tanınmış alim Hekkelin təklifi ilə mikroorqanizmlər 
III aləmə – protistlərə daxil edilmişdir.  

27 
 
Protistlərə  bitki  və  heyvanlardan  fərqli  olan,  morfoloji  görünüşcə  zəif 
diferensiasiya  olunmuş,  əsasən  birhüceyrəli  orqanizmlər  aiddirlər.  Hüceyrə 
quruluşuna əsasən protistləri 2 qrupa ayırmaq olur: birincisi hüceyrələri heyvanlara 
və  bitkilərə  oxşar  olan  ali  protistlər  qrupudur  ki,  bunlara  eukaroitlər  deyilir.  Bu 
qrupa  (göy-yaşıl  yosunlardan  başqa)  bütün  yosunlar,  göbələklər  və  ibtidailər 
daxildir. Bunlarda nüvə xüsusi membran ilə əhatə edilmişdir. 
İbtidai  protistlərə  isə  hüceyrə  quruluşuna  görə  yuxarıdakılardan  kəskin 
fərqlənən  çox  sadə  quruluşa  malik  olan  bakteriyalar  və  göy-yaşıl  yosunlar  aiddir. 
Bunlar da prokariotlar qrupu adlanırlar. Bunlarda nüvə membransız olur.  
Viruslar hüceyrə quruluşu olmayan hissəciklərdən təşkil olunduğuna və canlı 
hüceyrələrdən  kənarda  sərbəst  çoxala  bilmədiklərinə  görə  digər  orqanizmlərdən 
fərqlənirlər (yalnız canlı hüceyrə daxilində çoxalırlar). 
Eukariot  orqanizmlərdən  yosunları  alqologiya,  göbələkləri  mikologiya, 
mikroskopik  ölçülü  ibtidailəri  isə  (protozoalar)  protozoologiya  elmi  öyrənir. 
Eukariotların hüceyrələrində mitoxondrii və plastidlər vardır. 
Prokariotları  fərqləndirən  əlamətlərdən  əsası  membranla  əhatə  olunmuş 
nüvənin  olmamasıdır.  Bundan  əlavə  prokariotların  mitoxondrii  və  xloroplastları 
yoxdur. 
Prokariotlar morfoloji cəhətcə az diferensiasiya olunmuşdur və quruluş tipinə 
görə  bunların  formaları  məhduddur  (dairəvi,  düzgün  və  əyilmiş  çöplər, 
qıvrımlılar).  
Eukariotların  həyatı  oksigendən  asılı  olduğu  halda,  prokariotların  isə 
müəyyən  qrupları  anaerob  şəraitdə  yaşaya  bilir  və  inkişafına  lazım  olan  enercini 
qıcqırma  və  ya  anaerob  tənəffüs  prosesindən  alırlar.  Hətta  bəzi  bakteriyalar  isə 
enercini  qeyri-üzvi  maddələrdən  və  ya  elementlərin  oksidləşməsindən  alırlar. 
Eukariotlardan  fərqli  olaraq  bakteriyaların,  aktinomisetlərin  və  göy-yaşıl 
yosunların bir çoxu atmosfer azotunu fiksə etmə qabiliyyətinə malikdirlər. 
 
Prokariot orqanizmlərin sistematikası 

28 
 
Prokariotların təsnifatı mikrobiologiyanın ən vacib və mürəkkəb sahələrindən 
olmasına  baxmayaraq,  az  işlənilmişdir.  Ona  görə  də  canlı  varlıqların  sistemində 
mikroorqanizmlərin  vəziyyəti  bu  vaxta  qədər  mübahisəlidir.  Bu,  bir  tərəfdən 
mikroorqanizmlərin  spesifik  görünüşə  malik  olmamaları,  quruluşlarının  çox 
sadəliyi və vizual əlamtlərin stabil olmaması, digər tərəfdən isə növlərin, cinslərin 
və  sıraların  fiziologiyası  barədə  faktıki  materialların  nisbətən  az  olması  ilə 
əlaqədardır. 
Mikroorqanizmlərin  təsnifləşdirilməsi  barədə  ilk  təşəbbüs  V  əsrin  2-ci 
yarısında  olmuşdur.  1786-cı  ildə  O.Müller  o  vaxta  qədər  məlum  olan 
mikroorqanizmləri tərliklərə aid edib, hamısını Monas və Vibrio cinslərinə bölmüş 
və bunlara yalnız bakteriyaları daxil etmişdir. 
Sonra X.Erenberq (1838) yenə də bakteriyaları tərliklərə daxil edib, onları iki 
fəsiləyə  bölmüşdür:  monodinlər  və  vibrionillər.  Bu  alim  Müllerdən  fərqli  olaraq 
çoxlu yeni mikrob növlərinin təsnifini vermişdir. 
İlk dəfə F.Kon (1857) bakteriyaları ibtidai bitkilərə, Nigeli (1857) isə bunları 
xüsusi  qrupa  –  şizomisetlərə  daxil  etmişlər.  Sonralar  Leman  və  Neyman  (1896) 
bakteriyaları  növlərə  ayırmaq  istəyərkən,  onları  3  fəsiləyə  bölmüşdür:  dairəvilər, 
çöpvarilər, qıvrılmışlar.  Lakin bu təsnifatda əsasən  morfoloji  xüsusiyyətlər  nəzərə 
alındığından, nəzəri  və təcrübi tələblər ödənilə  bilmirdi. Mikroorqanizmlər barədə 
məlumatlar  toplandıqca,  bu  təsnifatlar  getdikcə  mükəmməlləşirdi.  Hazırda 
mikrobiologiyada  mikroorqa-nizmlərin  sistemləşdirilməsində  iki  istiqamətdə 
aparılan təsnifatdan istifadə olunur. Birinci təbii təsnifat olub, 1936-1950-ci illərdə 
Klyuver, Van-nil və Stepner tərəfindən irəli sürülmüşdür. 
Keçmiş  SSRİ-də  N.Krasilnikov  (1949)  bu  istiqaməti  müdafiə  etmiş  və  öz 
təsnifatını  təbii  təsnifat  əsasında  tərtib  etmişdir.  Təbii  təsnifat  tərəfdarları  iddia 
edirlər  ki,  təsnifat  orqanizmin  tarixi  inkişafını  əks  etdirməli  və  filogenetik  əsasda 
qurulmalıdır. 
İkinci istiqamət tərəfdarları təsnifatı, mikroorqanizmlərin ümumi əlamətlərinə 
görə  düzəltməyi  irəli  sürürlər.  Bu  süni  təsnifat  adlanır.  Süni  təsnifat  əsasında 
hazırda mikroorqanizmlərin təsnifləşdirilməsində Amerika alimi D.Bercinin (1974) 

29 
 
təyinedicisi  qurulmuşdur.  Bu  təyinedici  Amerika  bakterioloqlar  cəmiyyətinin 
qərarına əsasən 1923-cü ildən dövri olaraq nəşr olunur. 
Müasir  mikrobiologiyada  mikroblar  təsnifləşdirildikdə  onlarda  olan 
əlamətlərin  kompleksi  nəzərə  alınır.  Bunlardan  morfoloji,  kultural,  fizioloji, 
biokimyəvi, toksigenlik, patogenlik, antigen quruluşu və s. nəzərə alınır. 
Orqanizmləri 
qruplaşdırmaq 
üçün 
mikrobiologiyada 
aşağıdakı 
kateqoriyalardan istifadə olunur. 
Növ  -  bir    və  ya  bir  neçə  növ  müxtəlifliyi  olan  orqanizmləri  əhatə  edir:  cins  – 
yaxın  növlər,  fəsilə  -  yaxın  cinslər,  sıra  –  yaxın  fəsilələr,  sinif  –  yaxın  sıralar,  tip  – 
yaxın siniflər qruplarından ibarət olur.  
Mikroorqanizmlər  İsveç  alimi  K.Linneyin  bitkilərə  tətbiq  etdiyi  binar 
nomenklaturasına 
müvafiq 
adlandırılır. 
Məsələn, 
vərəm 
törədicisi 
– 
Mycobacterium tuberculosus adlanırlar. Burada Mukobakterium – bakteriyanın aid 
olduğu  cinsi  göstərir,  tuberkulosus  isə  spesifik  epitetdir  (xəstəlikdir).  Bu  adlar 
beynəlxalq miqyasda qəbul edildiyindən yer kürəsinin hər yerində eynidir. 
Mikroorqanizmlər  qrupu  çox  genişdir.  Mikroorqanizmlərə  rəngarəng 
orqanizmlər  daxil  olduğuna  görə,  bunların  təsnifləşdirilməsi  çox  vacib 
məsələlərdən  biridir.  Bu  vaxta  qədər  müxtəlif  alimlərin  təsnifatından  istifadə 
olunur.  Son  zamanlarda  əsasən  N.Krasilnikovun  və  Bercinin  təyinediciləri  ilə 
mikro-orqanizmləri  təsnifləşdirirlər.  Həmin  təsnifata  əsasən  mikroorqanizmləri, 
daha  dəqiqi  bakteriyaları  prokariotlar  aləminə  aid  edirlər  ki,  onlar  da  iki  şöbəyə 
bölünürlər: 
1.Sianobakteriyalara. 
2.Bakteriyalara.  
N.Krasilnikovun  (1949)  təsnifatında  onlar  mikroorqanizmlərə  (Protophyta) 
aid edilib, 2 qrupa bölünürlər. 
a) tərkibindəxlorofillolanlara 
b) xlorofilsizlərə. 
Bunlar  da  sıralara,  fəsillərə,  cinslərə  və  növlərə  bölünürlər.  Lakin  Bercinin 
(1974)  təyinedicisində  bütün  prokariot  mikroorqanizmlər  ayrı-ayrı  aləmə  daxil 

30 
 
edilir  və  bu  barədə  iki  istiqamət  vardır.  Birincidə  prokariotlar  aləmi  2  şöbəyə 
bölünür. 
Birinci şöbə – fototrof prokariotlar (Photobacteria) adlanır. 
İkinci şöbə – işığa laqeyd olan prokariotlardır (Scotobacteria). 
Onların hər biri 3 sinifə bölünür. Birinci şöbənin siniflərinə aiddir: 
 sinif – göy-yaşıl yosunlar. 
 sinif – qırmızı rəngli fotobakteriyalar. 
 sinif – yaşıl rəngli fotobakteriyalar. 
İkinci şöbəyə 3 sinif aid edilir: 
 sinif – bakteriyalar. 
 sinif – rikketsilər (eukariot hüceyrələrin obliqat parazitləri). 
sinif – mikoplazmalar (hüceyrə divarı olmayan bakteriyalar). 
İkinci  istiqamətdə  də  prokariotlar  aləmi  2  şöbəyə  bölünür:  bakteriyalara  və 
sianobakteriyalara. 
Bercenin 1974-cüil təyinedicisində Bacteria şöbəsinə üstünlük verilir. 
Bakteriyaları  təsnif  edərkən  hüceyrənin  forması,  fizioloji  əlaməti,  maddələr 
mübadiləsi və qohumluq əlaqəsi nəzərə alınır. 
Bütün bakteriyalar 4 sinfə bölünürlər: 
1. Aktinomisetlərə – Actinomycetes; 
2. Əsil bakteriyalara – Bacteriaceae; 
3. Miksobakteriyalara (selikli bakteriyalar) – Myxobacteriaceae; 
4. Spiroxetlərə - Spirochaetaceae. 
 
Bakteriyalar və viruslar 
Buraya aid edilən mikroorqanizmlər morfoloji və funksional xüsusiyyətləri ilə 
bir-birindən kəskin fərqləndiklərinə görə bu orqanizmləri 19 qrupa toplayırlar: 
 1-ciqrup.  Fototrofbakteriyalar.  Fotosintezedici  bakteriyalar  olub,  xüsusi 
piqmentlərə  malik  olmaları  və  fotosintez  prosesini  həyata  keçirmələri  ilə 

31 
 
səciyyələnirlər.  Göy-yaşıl  yosunların  və  yaşıl  bitkilərin  fotosintezindən  fərqli 
olaraq bunların fotosintezi zamanı oksigen xaric olmur. 
  şöbə  sianobakteriyalar  –  göy-yaşıl  yosunlar.  Bunlara  birhüceyrəli, 
koloniya 
halında 
və 
ya 
sapşəkilli 
müxtəlif 
rəngli 
yosunlar 
aiddir. 
Sianobakteriyaları  bakteriyalarla  əlaqələndirən  tipik  xüsusiyyətlərdən  biri  onların 
qılafının  daxili  hissəsinin  mursindən  ibarət  olması,  lizosinə  həssaslığı,  nüvə 
maddəsinin  hüceyrənin  digər  elementlərindən  xüsusi  membranla  ayrılmaması, 
mitoxondrii  və  xloroplastların  olmamasıdır.  Göstərilən  bu  əlamətlər  onları 
prokariotlara daxil etməyə imkan verir. Bunlar avtotrof orqanizmlərdir. 
Bu orqanizmlər şirin sularda, torpaqda, bəzən isə dənizlərdə yaşayırlar. Onlar 
durğun  sularda,  nohurlarda,  göllərdə  və  sakit  axan  çaylarda  (plankton  kimi)  da 
geniş  yayılmışdır.  Bu  yosunlar  adətən  yay  zamanı  sürətlə  inkişaf  edərək  suyu 
bozumtul-göy  rəngə  boyayırlar.  Göy-yaşıl  yosunlar  qeyri-əlverişli  şəraitə  çox 
davamsız  olub,  qidalara  az  tələbkardır.  Hindistanda,  Yaponiyada,  Çində  bu 
yosunlardan  düyü  əkinlərinin  məhsuldarlığını  artırmaq,  yəni  torpağı  bu 
orqanizmlərin  hesabına  azotla  zənginləşdirmək  üçün  istifadə  edilir.  Bu  yosunlar 
üzvi  maddələrlə  zəngin  olan  çirkli  sularda  daha  sürətlə  çoxalırlar.  Bunlar  həddən 
artıq  çoxalmaqla  su  hövzələrində  onurğasız  heyvanların,  balıqların  tələf  olmasına 
səbəb olurlar. 
5. Viruslar 
Çox xırda ölçülərə malik olub, digər mikroorqanizmləri keçirməyən bakterial 
süzgəclərdən  süzülüb  keçən  və  müəyyən  hüceyrə  quruluşu  olmayan  canlılara 
viruslar  adı  verilir  (latınca  virus  –  heyvan  mənşəli  zəhər  deməkdir).  «Virus» 
termini  ilk  dəfə  Hollandiya  alimi  Beyerinq  tərəfindən  təklif  edilmişdir.  Bu 
canlıların  varlığını  əvvəllər  xəstə  heyvan  və  bitkilərdən  sürüntünü  sağlam 
orqanizmə daxil etdikdə, orada xəstəliyin əmələ gəlməsi ilə müşahidə etmişlər. 
Viruslar  cansızlarla  canlı  təbiət  arasında  keçid  təşkil  edən,  hüceyrə  quruluşu 
olmayan  bioloji  fəal  varlıqdır.  Onların  özlərinə  məxsus  bioloji  xüsusiyyətini 
saxlamaqla kristallaşması,  virusların  ikili təbiətli olmasını  göstərir.  Amerika alimi 
Stenli 1945-ci ildə tütündə alabəzək xəstəliyi törədən virusun iynəvari kristallarını 

32 
 
almışdır.  Sonralar  heyvanların  virusları,  1965-ci  ildə  isə  bakteriofaqın  kristalları 
alınmışdır.  Kristallaşma  virusların  xüsusi  qabiliyyəti  olduğundan,  onların 
birmənalı canlılara aid olmasına şübhə yaradır. 
Virusların  canlı  varlıqlara  daxil  olmasına  şübhə  yaradan  ikinci  xüsusiyyət, 
onlarda canlı maddəyə xas olan sərbəst maddələr mübadiləsinin olmamasıdır. Viruslar 
da  biopolimerlərin  sintezini  aparan  fermentlərin  olmamasına  görə  inert  hissəciyə 
bənzəyirlər. Bunların bioloji fəallığı yalnız yoluxdurduğu hüceyrədə  müşayət olunur. 
Viruslar sahib hüceyrələrdə çoxalaraq onları tələf edirlər. Virusları hüceyrə quruluşlu 
orqanizmlərdən fərqləndirən əsas xüsusiyyət, onlarda yalnız bir tip nuklein turşusu – 
ya  DNT  və  ya  RNT-nın  olmasıdır.  Bitkiləri  yoluxduranda  əsasən  RNT,  heyvan  və 
insanları yoluxduranda isə həm RNT, həm də DNT tərkibli viruslar olur. 
Bununla bərabər, viruslarda canlılara xas olan xüsusiyyətlər də vardır. Virusların 
tərkibində zülal  molekulu,  bəzilərində  hətta  lipid  və  karbohidrat  molekulları da olur. 
Digər  canlılar  kimi  viruslarda  da  dəyişkənlik  və  irsi  xüsusiyyətləri  nəsildən  nəslə 
keçirmək qabiliyyəti vardır. Viruslar üçün səciyyəvi xüsusiyyət onların çoxalmasıdır, 
amma  bu,  hüceyrənin  maddələr  mübadiləsi  və  enerci  ehtiyatı  hesabına  gedir. 
Beləliklə, viruslar spesifik hüceyrədaxili parazit sayılırlar. Virusların mənşəyi məlum 
deyil  və  bu  barədə  yalnız  müəyyən  fərziyyələr  vardır.  Virusların  təbiətini,  xarici 
görünüşünü,  kimyəvi  tərkibini,  çoxalmasını,  yayılmasını,  müxtəlif  xəstəliklərdə 
rolunu, onlarla mübarizə üsulunu və mənşəyini öyrənən elmə virusologiya deyilir. Bu 
da  öz  növbəsində  ümumi  və  xüsusi  virusologiyaya  bölünür.  Virusların  təbiətini, 
çoxalmasını, 
təsnifatını, 
morfologiyasını, 
quruluşunu, 
kimyəvi 
tərkibini, 
dəyişkənliyini,  hüceyrələrlə  nisbətini  ümumi  virusologiya  öyrəndiyi  halda,  xüsusi 
virusologiya  virus  xəstəliklərinin  etiologiyasını,  yayılmasını,  diaqnostikasını, 
profilaktika və müalicə üsullarını tədqiq edir. Virusların ayrılması və virusologiyanın 
mühüm  bioloji  fənn  kimi  meydana  çıxması  rus  alimlərinin  adı  ilə  bağlıdır.  1886-cı 
ildə  məşhur  mikrobioloq  N.Hamaley  qaramalın  taun  xəstəliyini  öyrənərkən,  xəstə 
heyvanın qanını mikrobları keçirməyən bakterioloji süzgəcdən süzüb, sağlam heyvana 
keçirir və onun xəstələndiyini görür.
 

33 
 
1892-ci  ildə  botanik  D.İ.  İvanovski  krım  tarlasında  tütünün  alabəzək 
xəstəliyini  öyrənərkən  bunun  adi  mikroblardan  fərqli,  xırda  ölçülü  «mikroblar» 
tərəfindən əmələ gəlməsini kəşf edir, xəstə bitkinin şirəsini Şamberlap süzgəcindən 
süzdükdə,  xəstəlik  əmələ  gətirən  canlıların  həmin  süzgəcdən  keçdiyini, 
laboratoriya  şəraitində  adi  qidalı  mühitlərdə  yetişmədiyini  göstərmiş,  hətta 
virusların kristallarını da müşahidə etmişdir. 
Viruslar formalarına görə bir neçə qrupa bölünürlər:  
1) dəyirmi formalı viruslar - heyvan, insan və bitki xəstəlikləri əmələ gətirən 
viruslar (qrip, qızılca); 
2) kubvariformadaolanviruslar (çiçək); 
3) basilformalı viruslar (arpanınxətlivirusu); 
4)  çöp  formalı  viruslar  (tütündə,  kartofda  alabəzəklik  xəstəliyi  törədən 
viruslar); 
5) sapşəkilli viruslar (kartof virusu, şəkər çuğundurun saralmasına səbəb olan 
virus). 
Virusların  təsnifatı.  Viruslar  kəşf  edildikcə  onların  biologiyası  barədə  faktik 
materiallar  da  çoxalmış  və  bu  da  onları  təsnifləşdirməyə  imkan  vermişdir.  Hazırda 
virusları  təsnifləşdirdikdə  1965-ci  ildə  mikrobioloqların  Moskvada  keçirilən 
beynəlxalq  konqresdə  qəbul  olunan  təsnifatdan  istifadə  edilir.  Bu  təsnifatda 
nuklein turşuları nəzərə alınmaqla Vira tipi iki yarım tipə bölünür: 
1. Tərkibində RNTolanviruslara – Ribovira; 
2. DNT-yə malikolanviruslara – Deoxyvira. 
 
7. Bakteriofaqlar 
Viruslara  yaxın  orqanizmlərdən  olub  ilk  dəfə,  1898-ci  ildə  N.F.Hamaleya 
tərəfindən kəşf edilmişdir. O, bakteriyaların naməlum amil tərəfindən duruluşunun 
itirildiyini  müşahidə  etmiş  və  bunu  bakteriolizin  adlandırmışdır.  İngilis 
bakterioloqu  Tvort  isə  1915-ci  ildə  stafilokokkların  koloniyasının  görünüşünü 
dəyişən yoluxucu amili – faqı müşahidə etmişdir. 

34 
 
Kanada  bakterioloqu  D’Errel  qanlı  ishal  çöplərini  yoluxduran  bakteriofaqı 
kəşf  etmişdir.  Tədqiqatlar  göstərmişdir  ki,  bir  çox  mikroorqanizmlərin  özlərinə 
məxsus  faqları  mövcuddur.  Bakteriyaların  faqları  bakteriofaq,  şüalı  göbələklərin 
faqı isə akrinofaq adlanır və s. 
Bakteriofaq  üç  formada  olur.  Onlar  yetkin  faq,  profaq  və  vegetativ  faq 
adlanırlar.  Yetkin  faq  maddələr  mübadiləsi  aparmır,  bakteriyaya  toxunaraq, 
hüceyrə  tərəfindən  adsorbsiya  olunur.  Sonra  isə  bakterial  hüceyrənin  əriməsi 
nəticəsində  faqlar  sərbəstləşir  və  yetkin  faqlara  çevrilirlər.  Profaq  isə  sahib 
hüceyrəni tələf etmir, əksinə  onunla  müştərək  həyat  keçirir. Profaq çoxalaraq onu 
dağıdır  və  vegetativ  formaya  keçir.  Hüceyrə  üçün  qeyri  əlverişli  şəraitdə  profaqı 
daşıyan  kultura  lizogen  adlanır  və  təbiətdə  bakteriofaqlar  belə  kulturalarda  öz 
nəsillərini qoruyub saxlayırlar. 
Bakteriofaqlar  vəba,  qarın  yatalağı,  qanlı  ishal,  difteriya  və  s.  xəstəliklərdə 
müalicəvi təsir göstərir. Onlardan cərrahiyyədə də istifadə oluna bilər. 
Kimyəvi  tərkibinə  görə  faqlar  zülal,  nuklein  turşuları  və  lipidlərdən 
ibarətdirlər. Onlar viruslar kimi yalnız canlı hüceyrələrdə yaşayıb çoxalırlar. 
Bunlardan  əlavə  təbiətdə  yosunlar  (Algae)  da  geniş  yayılmışdır.  Onlar  qida 
mənbələri kimi və s. məqsədlərlə istifadə olunurlar. 
 Göbələklər (Funqi
Xlorofilsiz  ibtidai  bitkilərə  aid  olub  göbələklərin  90.000-ə  qədər  növü 
məlumdur.  Onlar  torpaqda,  suda,  bitkilərlə  müştərək  münasibətdə,  bir  çoxları  da 
bitki və heyvanlarda müxtəlif xəstəliklər törədirlər. 
Göbələklər  ən  mürəkkəb  üzvi  maddələrin  parçalanmasında  mühüm  rol 
oynayırlar.  Yaşayış  tərzi  ilə  əlaqədar  olaraq  onların  vegetativ  bədənləri  əsasən 
mitsell adlanan budaqlanmış nazik saplardan təşkil olunmuşdur. 
Göbələklər 
tipinə 
görə 
arximisetlər 
(Archmycetes), 
fikomitsetlər 
(Phycomycetes), 
kisəli 
göbələklər 
(Ascomycetes), 
bazidiomisetlər 
(Basidiomycetes),  natamam  göbələklər  (Fungi  imperfecti)  adı  altında  5  sinfə 
bölünürlər. 

35 
 
Birinci və ikinci siniflər ibtidai, üç və dördüncü siniflər isə ali göbələklərə aid 
edirdilər. 
Mikrobioloji  baxımdan  marağlı  təsərrüfat  əhəmiyyətinə  malik  və  təbiətdə 
geniş  yayılmış  kif,  maya  göbələkləri  və  bəzi  natamam  göbələklərin  öyrənilməsi 
istehsal sahələri  üçün  vacibdir.  Kif  göbələkləri   (şəkil  1.3)  həm  ibtidai  və  həm  də 
ali  göbələklərə  aid  edilirlər.  Onların  təbiətdə  daha  çox  yayılmış  Mucor,  Rhizopus 
(şəkil  1.4)  nümayəndələri  məlumdur.  Bir  çox  nümayəndələri  müxtəlif  fermentlər 
və  turşular  ifraz  edirlər,  və  üzvi  maddələrin  parçalanmasında  mühüm  rol 
oynayırlar. Hər  iki cinsin  müxtəlif  növləri  meyvə  və tərəvəzlərin  xarab olmasında 
iştirak edirlər. 
 
Şəkil 1.3. Kif göbələkləri: 
 a – Penicillium: 1 – konidiya daşıyıcı; 2 – budaqlar; 3 – steriqmalar;  
4 – konidiyalar;  
b – Botrytis: 1 – konidiya daşıyıcı; 2 – budaqları; 3 – konidiyalar;  
c – Alternaria: 1 – konidiya daşıyıcı; 2 – çoxhüceyrəli konidiya. 
 
Aspergillus, Penicillium (bax şəkil 1.3), Fusarium, Alternaria və s. cinslərə daxil 
olan  göbələklərin  arakəsməli  mitselləri  olur  və  onlar,  ali  göbələklərə  aiddirlər.  Bu 
göbələklərə  aid  olan  bir  çox  kif  göbələklərinin  cinsi  çoxalmaları  məlum  olmadığına 
görə  bunları  natamam  göbələklər  qrupuna  daxil  edirlər.  Onlar  askomitsetlər  sinfinin 
Plectascales  sırasına  daxil  edilirlər.  Bu  cinslərin  bir  çox  nümayəndələri  torpaqda, 
müxtəlif  üzvi  qalıqlar  üzərində  konidial  dövrdə  yayılmışlar.  Ona  görə  də  belələri 
natamam  göbələklər  qrupuna  daxil  edilirlər.  Penisillium  cinsinin  göbələklərində 
konididaşıyan çox hüceyrəli olub, üç hissəsində 2-3 dəfə budaqlanır.  

36 
 
Bunlardan  fərqli  olaraq,  Aspergillus  cinsinin  göbələklərinin  konididaşıyanı 
budaqlanmır, üç hissəsi başcıq və ya qovuq şəklində genişlənir. 
Göbələklərin bir çox növlərindən sənayedə müxtəlif antibiotik maddələr alınır 
ki,  bunlardan  da  penisillin,  notatin,  tardin,  aspergillin  və  s.  göstərmək  olar.  Bəzi 
penisillium növlərindən isə pendir və s. məhsullar istehsalında istifadə olunur. 
Maya  göbələklərinə  gəldikdə  isə,  onlar  bir  hüceyrəli  orqanizmlərdən  olub, 
hüceyrələrinin  forması  çox  vaxt  dairəvi,  oval-yumurta  formalı  və  ya  ellipsvarı, 
bəzən isə silindrik və ya limonşəkilli olurlar. Onlar bakteriyalara nisbətən iridirlər, 
hüceyrələrinin ölçüsü isə 5-8-10 mk diametrində olur. 
Mikroskop altında baxdıqda onların hüceyrəsinin qılaf və protoplastdan ibarət 
olduğu  müşahidə  edilir.  Maya  göbələklərinin  qılafının  elektron  mikroskopiyası 
göstərir ki, qılaf iki və bəzən daha artıq təbəqədən ibarət olub, tərkibində sellüloza 
vardır.Bakteriyalardan fərqli olaraq maya göbələklərində dairəvi və ya oval şəkilli, 
formalaşmış  nüvənin  olması  onları  bakteriyalardan  fərqləndirir.  Onlarda  hüceyrə 
yaşlaşdıqca onun sitoplazmasında çoxlu vakuollar əmələ gəlir. 
Onların çoxu tumurcuqlama, bəziləri isə hüceyrənin ikiyə bölünməsi yolu ilə 
çoxalırlar. Göbələklər sporlarla da çoxala bilirlər. 
Təsnifatına  görə  maya  göbələkləri  Ascomycetes  sinfinin  ibtidai  kisəlilər  – 
Protascales sırasına aiddirlər və onlar sadə bölünmə və ya tumurcuqlama yolu ilə, 
sporlarla çoxalan orqanizmlərdəndir. 
Maya göbələklərinin ibtidai kisəlilər sırasının yalnız bir fəsiləsi məlumdur ki, 
bunlar  da  Saccharomycetaceae  adlandırılırlar.  Onlar  12  cinsi  əhatə  edirlər  və 
aşağıdakılardan ibarətdirlər: 
 
Sporlar ilə çoxalan Schizosaccharomyceslər. 
 
İzo-  və  heteroqamiya  yolu  ilə  çoxalan  Zygosaccharomyceslər.  Onlar 
şəkər məhlulunda inkişaf edə bilirlər, qıcqırtma qabiliyyətinə malikdirlər. 
 
Üzəri çıxıntılı qılafla örtülü, dairəvi və bəzən oval formalı sporlar əmələ 
gətirən Debariomyceslər. 
 
Vegetativ  bədənləri  maya  hüceyrələrini  xatırladan  lakin  mitselləri 
olmayan Nadsoniyalar. 

37 
 
 
Kisəsində  bir  və  ya  iki  spor  olan,  oval  formalı  hüceyrələri  olan 
Schwanniomyceteslər. 
 
Kisə  sporları  dairəvi,  üzəri  hamar  olan  Torulasporalar.  Hüceyrələri 
Torula-nı xatırladır. 
 
Sporları mitsel əmələgətirən Saccharomycodeslər. 
 
Sporlarının üzərində ikiqatlı qılaf olan Saccharomycopsislər. 
 
Sporları  dairəvi  formada  olan,  üzərləri  bir  qatlı  qılafla  örtülü 
Saccharomyceslər. Onların növlərindən sənayedə geniş istifadə edilir. 
 
Sadə  bölünmə  və  tumurcuqlama  vasitəsilə  çoxalan  Hansenula 
göbələkləri. 
 
Yalançı mitseliləri olan, kisə sporları limon formalı Pichia göbələkləri. 
 
Spirt  qıcqırması  əmələ  gətirməyən  sporları  limona  oxşar,  genişlənmiş 
qılafı olan Willopsis göbələkləri. 
Bunlardan  əlavə  mayaya  oxşar  və  ya  sporsuz  göbələklər  də  təbiətdə  geniş 
yayılmişlar. 
Bu  göbələklər  iki  fəsilləyə  bölünürlər  ki,  I  fəsilə  rənqli,  piqment 
əmələgətirənChromotorulaceae
II 
fəsilə 
isə 
rəngsiz 
piqment 
əmələ 
gətirməyənTorulopsidaceae  adlanır.Chromotorulaceae  fəsiləsinin  hüceyrələri  maya 
göbələklərinə bənzəyir və bunlar müxtəlif rəngli piqment əmələ gətirən cinsləri əhatə 
edir. 
Bütövlükdə götürdükdə maya göbələklərinin yabanı və mədəni növlərinə daha 
çox  təsadüf  olunur.  Onlar  çörək  bişirmədə,  spirt  qıcqırmasında,  çaxırçılıqda,  pivə 
istehsalında,  yem  mayası  istehsalında  işlədilirlər. Südlü  məhsullardan kefir, qımız 
hazırlanmasında geniş istifadə olunurlar. 
Torulopsidaceae  fəsiləsi  isə  rəngsiz piqment əmələ  gətirməyən cinsləri əhatə 
edir.  Onların  hüceyrələri  uzunsov,  oval,  sapşəkilli,  tək-tək,  yaxud  da  zəncir 
formasında rast gəlinir. 
Qeyri-müəyyən  (natamam)  göbələklər  (Fungi  imperfecti)  isə  təbiətdə  geniş 
yayılmış orqanizmlərdən olub, 25 minə qədər növü əhatə edirlər. Bunlara arakəsməli 

38 
 
mitselləri  olan  göbələklər  daxildirlər.Onların  əksər  nümayəndələri  cinsi  prosesləri 
itmiş kisəli göbələklərdir.  
Bu göbələklərin təsnifatı ədəbiyyatda hələ tam dəqiqləşdirilməmişdir. Bununla 
belə, bir sıra müəlliflərə, o cümlədən A.A.Potebniyə görə qeyri müəyyən göbələklər 
5 sıraya bölünürlər. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin