Zülali maddələrin ammonyaklaşması – ammonifikasiya.Zülallar çox
mürəkkəb üzvi birləşmələr olub, daima bitki və heyvan qalıqlarında olurlar.Bu
69
qalıqlar torpağa düşərək müəyyən temperatura və rütubətdə mikroorqanizmlərin
köməyi
ilə
parçalanırlar.Zülalların
parçalanması
onların
hidrolizindən
başlanır.Zülallar proteolitik fermentlər ifraz edən mikroorqanizmlərin köməyi ilə
hidroliz
olunurlar.Parçalanma
nəticəsində
peptonlar,
polipeptidlər
və
aminturşularıəmələ gəlir (zülal+n
2
peptonlar+n
2
polipeptidlər+n
2
aminturşuları).Zülalların kimyəvi tərkibindən asılı olaraq onların parçalanmaları da
müxtəlif olur.Məsələn, süddə olan kazein və qanda olan hemoqlobin yumurta ağına
nisbətən çətin parçalanır.
Zülalların parçalanması həm aerob və həm də anaerob şəraitdə gedə
bilir.Aerob mühitdə O
2
köməyi ilə zülallar son məhsullarına qədər parçalandığı
halda, anaerob mühitdə tam oksidləşməəmələ gəlmir.Ona görə də, burada aralıq
məhsullar – üzvi turşular, spirtlər və b. maddələr əmələ gəlir.Bunların arasında
zəhərlər və pis qoxulu maddələr də olur.Tərkibində kükürd olan amin turşuları
(sistin, sistein, metionin) parçalandıqda
2
S, onun törəmələrindən – merkaptanlar
əmələ gəlir ki, bunlar da pis qoxulu olurlar.Diamin turşusunun (lizin,
hidroksilizin, arginin) zülalları hidroliz olunduqda diamin ayrılır və
C
2
çıxır.Lizin zülalı kadaverin və putresinə parçalanır ki, bunlar da çox qüvvətli
zəhər olub, meyit zəhəri adlanırlar.Aerob şəraitdəçürümə getdikdə isə bu
maddələr oksidləşir.
Mikroorqanizmlər zülali maddələrin parçalanmasından əmələ gələn sadə
zülallardan qida və enerji mənbəyi kimi istifadə edirlər.Üzvi maddələrin tərkibi
müxtəlif olduğu kimi, onların parçalanmasınıəmələ gətirən mikroorqanizmlər də
müxtəlifdir. Bu zaman zülalları daha dərin deqradasiyaedən, əsil çürüdücü
mikroorqanizmlərin xüsusi əhəmiyyəti vardır.Belə mikroorqanizmləri çürüdücü
adlandırmaq qəbul olunmuşdur.Çürüdücü bakteriyalar sporəmələgətirən, sporsuz,
aerob və anaerob ola bilirlər. Onların çoxu mezofildirlər, lakin soyuğa və istiyə
davamlıqları da vardır.Çoxu mühitin turşuluğuna həssasdırlar. Ən çox yayılmış
vəən fəal çürüdücü prosesi törədənlərə sporsuz bakteriyalardan Pseudomonas
cinsinə aid olan Ps.fluorescens, Ps.aeruginosa; Bacillus cinsinə aid olan
70
Bac.subtilis (otçöpü), Bac.mesentericus (kartof çöpləri), Clostridium cinsindən
Cl.putrificum, Cl.sporogenes; Proteus cinsindən isəP.vulgaris aiddir.
Çürüdücü bakteriyalar çox zaman zülalla zəngin olan qiymətli süd, yumurta,
ət vəət məhsullarını, balıq və balıq məhsullarını xarab etməklə böyük ziyan
vururlar. Lakin bu mikroorqanizmlər torpağa və suya daxil olan zülali maddələri
minerallaşdırmaqla təbiətdə maddələrin dövranında böyük müsbət rol oynayırlar.
Nitrifikasiya.Adətən üzvimaddələrin parçalanması nəticəsində torpaqvə suda
əmələ gələn ammonyak tez oksidləşib əvvəlcə nitrit, sonra isə nitrat turşusuna
çevrilir. Bu proses nitrifikasiya adlanır. Bunun törədiciləri isə nitrifikasiya
bakteriyalarıdır.Bu prosesin mahiyyəti 1889-cu ildə S.N.Vinoqradski tərəfindən
aşkar edilmiş vəöyrənilmişdir. S.N.Vinoqradskinin apardığı elmi işləri müəyyən
etmişdir ki, nitrifikasiya prosesi iki müxtəlif aerob bakteriyaların iştirakı ilə iki
fazada gedir. Birinci dövrdə ammonyak nitrit turşusuna qədər oksidləşir:
2NH
3
+3O
2
=2HNO
2
+2H
2
O+158 kkal
Oksidləşmə zamanı enerji alınır ki, bundan da nitrifikasiya bakteriyaları
istifadə edir. Bu prosesdə nitroz bakteriyalarından üç cins iştirak edir: Nitrosomonos,
Nitrosocystis və Nitrosospira. Bunlardan ən fəalı və yaxşı öyrəniləni Nitrosomonas
cinsidir.
Nitrifikasiyanın ikinci dövründə nitrit turşusu nitrat turşusuna oksidləşir:
2HNO
2
+O
2
=2HNO
3
+48 kkal
Bu prosesdə Nitrobacter cinsi iştirak edir.Bu çox kiçik ölçülü, oval, qram-
mənfi çöplərdir. Nitrifikasiyanın birinci dövründə mühüm rol oynayan
Nitrosomonas isə çöp formalı, qram-mənfi, hərəkətli, spor əmələ gətirməyən
bakteriyalardır. Hər iki dövrdə iştirak edən mikroorqanizmlər təmiz mineral
mühitdə
üzvi
maddələrin
sintezi
üçün
enerjini
nitritlərin
oksidləşmə
reaksiyalarından, karbohidratları isə CO
2
-dən alırlar. Hamısı obliqat aerobdurlar.
Denitrifikasiya.Nitratların
molekulyar
azota
kimi
reduksiyasına
denitrifikasiya deyilir.Bunu həyata keçirənlər isə denitriləşdirici bakteriyalar
adlanır.
NaNO
3
NaNO
2
NH
3
N
2
71
Denitrifikasiyanı törədənlər fakültativ anaerobdurlar. Onlar qidalanmaq üçün
hazır azotlu üzvi birləşməyə ehtiyacı hiss etmirlər. Nitratı nitritəçevirməklə
fakültativ anaeroblar bu birləşmədəki azotu udur və bədənlərində zülal sintez
edirlər.Qopardılmış oksigendən isə onlar azotsuz üzvi birləşmələri oksidləşdirərək
özlərinə lazım olan enercini alırlar.
Molekulyar azotun fiksə olunması.Bizi əhatə edən atmosferin həcmcə 4/5
hissəsini (78%-ni) molekulyar azot təşkil edir.Lakin bitkilər nə atmosfer
azotundan və nə də torpaqda olan mürəkkəb azotlu birləşmələrdən olduğu kimi
istifadə edə bilmirlər.Yalnız azot fiksə edən mikroorqanizmlər adi şəraitdə
atmosfer azotundan istifadə edib, onu üzvi azotlu birləşmələrəçevirə bilir ki, bu
prosesin də torpağın münbitliyinin artırılmasında böyük əhəmiyyəti vardır.
Atmosfer azotunu fiksə edən mikroorqanizmlər əsasən iki qrupa
bölünürlər.Birinci qrupa paxla fəsiləsi bitkiləri ilə simbioz münasibətdə yaşayan və
köklərində kök yumrularıəmələ gətirən bakteriyalar aid edilir. İkinciyə – torpaqda
sərbəst yaşayan aerob Azotobacter-lər vəyağ turşusuna qıcqırma əmələ gətirən
anaerob Clostridium pasteurianum aiddir.
Kök yumruları bakteriyaları.Rus alimi M.S.Voroninin (1866) tədqiqatları ilə
məlum olmuşdur ki, paxlalı bitkilərin kökündə olan yumrularda çöpvari bakteriyalar
vardır.M.S.Voronin həmin bakteriyaların morfologiyasını vəölçülərini təsvir etmiş
və bunların yumru əmələ gəlməyə səbəb olduqlarını göstərmişdir.Sonralar bu
bitkilərin havada olan azotu fiksə etməsi, alman alimləri H.Hezrigel və H.Vilfab
(1886) tərəfindən təcrübələrlə isbat edilmişdir.
1886-cı ildə, bu bakteriyalar M.Beyerinq tərəfindən təmiz kultura halında əldə
edilmiş və ətraflı öyrənilmişdir. O, sübut etmişdir ki kök yumrularında olan
bakteriyalar molekulyar azotu təmiz kulturada deyil, yalnız bitki ilə simbioz
münasibətdə fiksə edir.
Kök yumruları bakteriyaları qram-mənfi, hərəkətli, spor əmələ gətirməyən
xırda çöplərdir (1,2-3 mkm).
Torpaqda kök yumruları bakteriyalarının fəal, qeyri-fəal formalıştammlarına
təsadüf olunur.Fəal ştamlarıəsasən çəhrayı rəngli yumrular əmələ gətirib, atmosfer
72
azotunu fəal fiksə edir.Qeyri-fəal ştamları isə bitkinin bütün kök sistemindəçox xırda,
yaşıl rəngli yumrular əmələ gətirir. Kök yumruları bakteriyaları neytral mühitli (pH-
6,5-7,5), bitki əkilən torpaqlarda 24-26°C temperaturada daha sürətləçoxalırlar.
Kök yumruları bakteriyalarının aşağıdakı növləri torpaqda geniş yayılmışdır:
1) Rhiz.trifoli – üçyarpaq yonca bitkisinin kökündə yaşayır;
2) Rhiz.coponicum – soya bitkisinin kökündə yumrular əmələ gətirir;
3) Rhiz.phaseoli – lobya bitkisinin köklərində yaşayır;
4) Rhiz.meliloti – yonca və xəşənbül bitkisinin kökündə yumrular əmələ gətirir;
5) Rhiz.simplex – xana bitkisində yaşayır;
6) Rhiz.leguminosarum – noxudda yaşayır;
7) Rhiz.lupini – acı paxlada yaşayır;
8) Rhiz.ornithopi – saradel bitki kökündə yaşayır;
9) Rhiz.pschati – iydə bitkisinin kökündə yaşayır.
Bitki
köklərinə
daxil
olmuş
bakteriyalar
paxlalı
simbioz
münasibətdədir.Bitkilər bakteriyaları azotsuz üzvi maddələrlə (şəkərlərlə), su və
mineral duzlarla, bakteriyalar isə bitkiləri atmosferdən fiksə edib, üzvi azotlu
birləşmələrəçevirdiyi maddələrlə təmin edir.Hesablamalar göstərir ki, kök
yumruları bakteriyalarının fəaliyyəti nəticəsində torpağın hər hektar əkin qatı 100
kq-a qədər azotlu üzvi maddələr ala bilir.
Kənd təsərrüfatında torpaqların məhsuldarlığını artırmaq üçün kök yumruları
bakteriyalarından hazırlanmış bakterial gübrə – nitragindən geniş istifadə edilir.
Azotobakterlər torpaqda sərbəst yaşayırlar. Bunlar 1901-ci ildə, Hollandiya
alimi M.B.Beyerinq tərəfindən bağça torpaqlarından ayrılıb, təmiz kultura halında
əldə edilmişdir. Azotobakterin torpaqda yayılmış növləri, bir-birindən morfoloji,
kultural və fizioloji xüsusiyyətləri ilə fərqlənir. Bunların bütün növləri aerobdur.
İnkişaflarının ilk dövrlərində iri, yoğun çöpvari formada olub, hərəkətlidir.
Hüceyrə yaşlandıqdan sonra hərəkətini itirib, üzərləri kapsula iləəhatə olunur.
Bunlar karbon və enercini müxtəlif üzvi birləşmələrdən – şəkərlərdən, spirtlərdən,
üzvi turşulardan alırlar. Bunların inkişafıüçün 28-30°C temperatura, oksigenli
şərait, pH=7,2-8,0, mühitdə kalsium, fosfor duzları, mikroelementlər və normal
73
rütubət olmalıdır. Azotobakterlərin torpaqda aşağıdakı növləri yayılmışdır:
Azotobacter
chroococeum,
Azot.agile,
Azot.vinelandiv,
Azot.nigericans,
Azot.golophilum.
Clostridium pasterianum-un azot fiksə etməsi.Torpaqda sərbəst yaşayan və
atmosfer azotunu fiksə edən növlərdən biri də 1895-ci ildə S.N.Vinoqradski
tərəfindən təmiz kulturaya çıxarılıb, öyrənilmiş Clostridium pasterianum-dur.
Bunlar çöpvari formaya malikdirlər, uzunluqları 2,5-7,5 mkm-dir. Bu bakteriyalar
qram-müsbət, obliqat anaerobdurlar. Mühitdə pH=5,5-8,0 olduqda onlar 25°C
temperaturada yaxşı inkişaf edirlər.
74
MÜHAZIRE 4. PATOGEN MİKROORQANİZMLƏR, QİDA
XƏSTƏLİKLƏRİ VƏ ONLARIN MİKROBİOLOJİ ƏSASLARI
İnfeksiyaların mənbələri və yoluxma yolları
İnsan, heyvan və bitkilərdə müxtəlif xəstəlik əmələ gətirən mikroorqanizmlərə
patogen və ya xəstəlik törədənlər adı verilir. Patogen mikroorqanizmlər təbiətdə
geniş yayılmışdır ki, bu da onların təkamül prosesində bitki, heyvan və insan
orqanizminə uycunlaşaraq onların hesabına yaşamaq qabiliyyəti qazanması ilə
əlaqədardır.
Mikrobun patogenliyi onun növ əlamətidir. Bununla yanaşı, digər növlərin
ayrı-ayrı ştammları az və ya çox patogen olur. Patogen mikrobun xəstəlik törətmə
qabiliyyətinin dərəcəsinə virulentlik deyilir ki, bu da fərdi əlamətdir. Mikrobun
virulentliyi daimi deyildir. Mikrobun virulentliyi nə qədər yüksək olarsa,
mikroorqanizmi yolux-durmaca bir o qədər az miqdarda mikrob düşməsi kifayət
edir. Xəstə orqanizmdən yenicə ayrılmış patogen mikroblar çox virulent olur.
Mikroorqanizmlərin müxtəlif ştammlarının virulentliyi minimum ölüm dozası
ilə müəyyən edilir. Ən kiçik ölüm dozası məlum heyvanı müəyyən vaxt ərzində
öldürə bilən mikrobun ən az miqdarına deyilir. Yüksək virulentliyə malik
mikroblar və ya onların toksini cüzi miqdarda belə həssas heyvanı öldürür.
Məsələn, siçanlara qarayara çöplərinin virulent ştammlarını daxil etdikdə
(0,0001ml) onlar tezliklə tələf olur.
Virulentlik patogen mikrobların fərdi xüsusiyyəti olub, bir çox amillərlə
əlaqədardır. Onlardan biri kapsula əmələ gətirməkdir ki, bu da, məsələn, insanlarda
xəstəlik törədən patogenlərin leykositlər tərəfindən udulmasına və qanın
bakterisidlik xüsusiyyətinə mane olur və beləliklə bu mikroblar orqanizmlərdə
çoxalaraq müxtəlif xəstəlik törədirlər. Həmin amillərdən digəri mikrobun
orqanizmə daxil olması üçün xüsusi fermentlər əmələ gətirməsidir. Bu
fermentlərdən biri hialuronidaza adlanır. O, birləşdirici toxumaların tərkib hissəsi
olan Hialuron turşusunu parçalayaraq toxumanın keçiricilik qabiliyyətini artırır.
Bununla əlaqədar bu fermentə invaziya və yayılma amili adı da verilir.
75
Virulentlik amilinə patogen mikrobun əmələ gətirdiyi zülal təbiətli xüsusi
birləşmə olan aqressinlər də daxildir. Bunlar orqanizmin müdafiə qabiliyyətini
azaldırlar.
Patogen mikrobların ifraz etdikləri toksinlər də əsas virulentlik amillərinə
daxildir. Mikroblar ekzo və endotoksinlər əmələ gətirirlər. Ekzotoksinlər zülal
təbiətli yüksək zəhərli maddələrə aiddirlər. Onlar mikroorqanizmlər tərəfindən
ətraf mühitə yaşadıcı dövrdə ifraz olunurlar. Ekzotoksinlər yüksək temperatura
nisbətən az dözümlüdürlər. Onların çoxu maye mühitdə 60-70°C qaynadılan
zaman toksikliyini aşacı salır. Yüksək temperatura davamlı ekzotoksinlər də vardır
(məsələn, stafilokokklar, botulizm) ki, onlar qaynadılmaca bir neçə dəqiqə davam
gətirirlər. Ekzotoksinlər endotoksinlərə nisbətən çox zəhərli və qorxuludurlar.
Bunlarda seçicilik qabiliyyəti olub, müəyyən orqan və toxumalara təsir edirlər.
Belə toksinləri Clostr.tetani, Cl.botulinum, Cl.perfringens, Corynebacterium
diphteria kimi bakteriyalar ifraz edir.
Mikroorqanizmlər endotoksinləri ətraf mühitə yaşadıcı dövrdə ifraz etmirlər
və onlar yalnız orqanizm öldükdən və hüceyrə parçalandıqdan sonra xaricə çıxırlar.
Ekzotoksinlərə nisbətən onlar az zəhərlidirlər və zəif seçicilik qabiliyyətinə
malikdirlər. Eyni zamanda ekzotoksinlərə nisbətən temperaturaya dözümlüdürlər.
Onlar 80-100°C-ə, bəziləri isə daha çox qızdırılmaya dözürlər.
Endotoksinlər əsasən qram-mənfi mikroorqanizmlərdə olur. Onlar termostabil
olub, tez təsir etmələri və az zəhərliliyi ilə səciyyələnirlər. Bunlardan başqa
virulentlik mikrobun miqdarından, sürətlə artmasından, bir də orqanizmin həmin
mikroba qarşı həssaslıq dərəcəsindən asılıdır. Mikrobun virulentliyini gücləndirmək
məqsədi ilə onları həssas laboratoriya heyvanlarından bir neçə dəfə keçirirlər.
Nəticədə müvafiq mikrob ştammı virulentliyini o dərəcədə artırır ki, axırda tək bir
mikrob hüceyrəsi xəstəlik törədir.
Bütün patogen mikroblar orqanizmə daxil olducu yerdə ilk dəyişiklik olaraq
iltihab törədirlər, sonradan onlar orqanizmin müqavimət qüvvəsindən asılı olaraq,
bəzi üzvlərdə lokalizasiya edərək(yerləşərək) patogen dəyişiklikləri əmələ
gətirirlər.
76
Mikrob qan vasitəsi ilə üzvlərə yayılmaqla bərabər, qanda və müxtəlif
toxumalarda artarsa, buna sepsis və ya septisemiya deyilir (qarayara, pasterelloz).
Bəzi patogen mikroblar orqanizmdə öz təsirlərini əsas ekzotoksigenləri
vasitəsilə təsir edirlər, bu da toksemiya adlanır (dovşancıq, botulizm, infeksion
enterotoksemiya və s.).
Patogen mikroblardan başqa orqanizmin müxtəlif boşluqlarında (tənəffüs,
həzm sistemi üzvləri, dəri örtüyü və s.) bir qrup mikroorqanizmlər də yaşayır ki,
bunlara şərti patogen mikroblar deyilir. Orqanizmin normal fizioloji yaşayışı
zamanı şərti patogen mikroblar xəstəlik törətməyərək saprotrof kimi yaşayırlar.
Lakin müxtəlif təsirlərdən orqanizmin normal fizioloji funksiyaları pozulduqda,
onlar patogenlik xassəsi qazanaraq xəstəlik törədirlər.
İnfeksiya latın sözü olub (infectio), yoluxdurma deməkdir. Xəstəlik törədən
mikrobun orqanizmə daxil olması nəticəsində orqanizmdə əmələ gələn bioloji
dəyişikliklərin birliyinə infeksion proses deyilir. İnfeksion xəstəliklər xarici
mühitin müəyyən şəraitində mikroorqanizmlərin insan və ya heyvanlar arasında
qarşılıqlı əlaqə prosesidir. Yoluxucu xəstəliklər (cuzam, taun, çiçək, vərəm) hələ
qədim zamanlardan bəri bəşəriyyətin qəddar düşməni olmuş, lakin xəstəliyin
törədicisi, onun nə yolla yayılması, qarşısının alınması məsələsi uzun zaman
öyrənilə bilməmişdir.
əsrin ikinci yarısı və əsrin əvvəllərində yoluxucu xəstəliklərin
mikroorqanizmlərin iştirakı ilə keçdiyi müəyyən olundu. Belə ki, bu dövrdə
L.Paster, R.Kox tərəfindən yeni-yeni xəstəlik törədiciləri kəşf edilib ətraflı
öyrənilirdi. Məlum oldu ki, mikroorqanizmlərin xəstəlik törətməyən və patogen
növləri vardır. Lakin patogenlərin miqdarı saprotroflara nisbətən çox azdır.
Patogenlərin özləri də əsasən xəstə canlının bədənində çoxalır.
Mikrob orqanizmə düşəndən və müvafiq şərait yarandıqdan sonra xəstəlik
əmələ gələ bilər. İnfeksion xəstəliklər həmişə öz gedişi və klinik əlamətləri ilə
qeyri-infeksion xəstəliklərdən fərqlənir. Patogen mikrob orqanizmə düşən kimi
xəstəlik meydana çıxmır. Mikrob orqanizmdə müəyyən müddət gizli dövr keçirir,
çoxalır. Mikrobun orqanizmə daxil olub, xəstəliyin ilk əlaməti meydana çıxana
77
qədər keçən dövrə inkubasiya və ya gizli dövr adlanır. Bu dövr ərzində mikrob
orqanizmdə çoxalır, orqanizmin də mikrob və onun toksininə qarşı həssaslıcı artır
ki, bu da xəstəliyin əlamətlərinin meydana çıxmasında özünü göstərir. İnkubasiya
dövrünün davamı orqanizmə daxil olan mikrobun xüsusiyyətindən, miqdarından,
orqanizmin həmin mikroba necə müqavimət göstərməsindən asılıdır.
Bu dövr ayrı-ayrı xəstəliklərdə müxtəlifdir. Bunun davamı bir neçə saatdan
bir neçə ilə qədər ola bilər. Məsələn, vəba, difteriya və s. xəstəliklərdə bir neçə
günə kimi, qarın yatalacı, səpgili yatalaqda 2-3 həftə, siflisdə 3-4 həftə, quduzluqda
6 həftə, cuzamda isə bir ildən artıq ola bilər.
Yoluxma xəstəliklərinin klinik əlamətlərindən temperaturun tezliklə yüksəlib
müəyyən dövr eyni səviyyədə qalması, baş acrıları, ümumi zəiflik, ürək-damar
sistemi fəaliyyətinin pozulması, əzələlərdə və oynaqlarda acrılar, bacırsaqların
fəaliyyətinin pozulması və s. əlamətlər nəzərə çarpır. İnfeksion xəstəliklər gedişinə
görə kəsgin və xroniki olmaqla iki qrupa ayrılır. Kəskin infeksiya birdən-birə
başlanır. O, müəyyən müddət öz dövrünü keçirdikdən sonra, xəstə sağalır.
Məsələn, çiçək, qızılca, skarlatina, difteriya və s.
Vərəm, malta qızdırması (brüselloz), siflis və s. çox vaxt uzun müddət davam
edib xroniki xarakter daşıyır, yəni aylar və illərlə xəstəlik davam edir. Xəstəliyi bir
növ mikrob törədirsə sadə infeksiya, iki və ya bir neçə növ mikrob törədirsə qarışıq
infeksiya baş verir. İnsan keçirmiş olduğu yoluxucu xəstəliyə təkrar yoluxursa,
reinfeksiya adlanır. Birinci infeksiya ləğv edilənə qədər eyni törədici ilə
orqanizmin yoluxmasına superinfeksiya deyilir. Buna malyariya, sarı yara, süzənək
kimi xəstəlikləri misal göstərmək olar.
Yoluxmuş orqanizmin sağalma dövründə prosesin yenidən şiddətlənməsinə
residiv adı verilir. Klinik əlamətləri aşkar nəzərə çarpmayan infeksiya simptomsuz
infeksiya
adlanır. Yoluxucu
xəstəliklərə diaqnoz qoyulmasında klinik
əlamətlərdən, bakterioloji müayinələrdən və xüsusi immunitet reaksiyalarından
geniş istifadə olunur.
Ümumiyyətlə, xəstə və ya xəstəlikdən sacalıb, lakin uzun müddət həmin
xəstəliyin mikroblarını gəzdirən insan və ya heyvanlar basil daşıyanlar adlanır ki,
78
bunlar da yoluxma mənbəyi ola bilər. Yoluxmalar kontakt – məişət yolu ilə, hava, su,
yeyinti məhsulları, qan soran həşəratlarla, torpaqla, heyvanlarla (gəmiricilərlə) yayıla
bilər.
Yoluxmanın yayılma formaları müxtəlifdir. Xəstəlik tək-tək hallarda təsadüf
olunduqda buna sporadik hal deyilir. Eyni bir mənbədən yayılan çoxlu miqdarda
adamların xəstələnmə hallarına epidemiya, epidemiyanın yayılıb bütün ölkələri və
hətta qitələri əhatə etməsinə pandemiya adı verilir.
Hər hansı bir yoluxucu xəstəlik müəyyən bir ərazidə uzun müddət davam
edirsə, bu forma endemiyadır.
Qeyd etmək lazımdır ki, orqanizmə düşmüş hər bir xəstəlik törədicisi həmişə
xəstəlik törədə bilmir, belə hallar bədəndə immunitetin olması ilə izah edilir.
İmmunitet (immunitos - hər hansı şeydən azad olmaq). Orqanizmin xəstəliyə
tutulmamaq qabiliyyətinə və ya orqanizmin yoluxucu xəstəliyə davamlılıcına
immunitet deyilir.
İmmunitet mikrobun və ya onun həyat fəaliyyəti məhsullarına qarşı orqanizmin
verdiyi mürəkkəb kompleks fizioloji müdafiə reaksiyasıdır. Bu mürəkkəb prosesin
orqanizmdə inkişafında mərkəzi sinir sistemi başlıca rol oynayır. İmmunitetlə
əlaqədar olaraq orqanizmdə əkscisimlər (antitellər) əmələ gəlir. Mikrobun toksininə
qarşı qeyri-həssaslıqda immunitetdən başqa, onun qeyri-spesifik amilləri də, xüsusilə
reaktivliyi, iltihab, maddələr mübadiləsinin dəyişilməsi, dəri və selikli qişalar, limfa
düyünləri, fermentlər və s. böyük rol oynayır.
Orqanizmin davamlılığında iştirak edən qeyri-spesifik amillərin cəminə
rezistentlik deyilir.
L.Paster və onun əməkdaşları bir neçə xəstəliyin (pasterelloz, qarayara və
quduzluq) törədicilərinin zəifləşdirmə üsulunu müəyyən edərək, onlara qarşı
peyvənd vasitəsi (vaksin) hazırlamışlar. Sonralar mikrobdan hazırlanmış peyvənd
vasitəsi A.Pasterin təklifinə görə vaksin və onun işlədilməsi üsulu vaksinasiya
adlandırılmışdır.
Dostları ilə paylaş: |