MÜhaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/22
tarix23.02.2017
ölçüsü5,01 Kb.
#9399
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

Nəm  çürümə.  Xəstəliyin  törədicisi  –  Bacillus  cartovorus  və  Bacillus 
phytophthorus-dur.  Bu  bakteriyalar  zədələnmiş  və  yaralanmış  yerlərdən  kartofun 
içərisinə  daxil  olur  və  onun  parenximasına  yayılırlar.  Zədələnmiş  kartoflar 
yumşalır, qatı və ya sulu kütləyə çevrilir, pis qoxu verirlər. 

155 
 
Fuzarioz(quru  çürümə).  Fusarium  cinsindən  olan  göbələklər  kartofda 
müxtəlif  zədələr  əmələ  gətirə  bilir.  Bu  cinsin  külli  miqdarda  növləri  (F.solani, 
F.discolor,  F.culmorum  və  b.)  quru  çürümə  adlanan  xəstəliyə  səbəb  olur.  Bu 
zaman  kartofun  zədələnmiş  sahələrinin  üzəri  ağ  rəngli  cecəni  xatırladır.  Daha 
sonra  (əgər  kartofun  saxlandığı  yerdə  artıq  nəmlik  yoxdursa)  kartof  bürüşməyə 
başlayır  və  nəhayət,  sarımtıl-ağ  rəngli  unşəkilli  kütləyə  çevrilir.  Əksinə,  binada 
artıq nəmlik varsa, proses «nəm çürümə» kimi gedir. 
 
Kartofda fitoftora xəstəliyi 
 
Zədələnmiş kartofdan xəstəlik sağlam kartoflara da keçir.  
Kartofda qara dəmgil. Xəstəliyin törədicisi Rhizoctonia solani–dir. Kartofun 
üzərində kif göbələyinin xırda və orta böyüklükdə çoxlu miqdarda sklerotisi yığılır. 
Səthi  sklerotisilər  kartofun  kimyəvi  tərkibinə  təsir  etmir,  onun  dad  və  yeyinti 
keyfiyyətini dəyişir. 
Kartofda  unlu  dəmgil.  Xəstəliyin  törədicisi  Spongospora  subterranea-dır. 
Bu  xəstəliyə  yoluxmuş  kartofda  əvvəl  şişlər  əmələ  gəlir,  sonra  bu  şişlər  həcmcə 
böyüyür, partlayır, şişlərin daxilindəki möhtəviyyat axır və quruyur. Əmələ gəlmiş 
yarıqlar öz ulduzşəkilli formasını saxlayırlar. Saxlanma, daşınma prosesləri zamanı 
kartoflar  həmişə  bir-birinə  sürtündüyündən,  əmələ  gəlmiş  yarıqlar  da  tədricən 
itməyə başlayır. 
Pomidorda zirvə çürüməsi. Xəstəlik Bact. lycopersicum tərəfindən törədilir. 
Bu  bakteriyalar  aerobdur,  spor  əmələ  gətirmir.  Ətli-  peptonlu  aqarda  əvvəl  ağ, 
sonra sarı koloniyalar verir. 

156 
 
Pomidorlar  hələ  sahədə  inkişaf  etməkdə  ikən  xəstəliyə  tutulurlar.  Xəstəlik 
zamanı pomidorda çox da böyük olmayan tünd ləkələr əmələ gəlir, sonra bu ləkələr 
böyüyür və qonurlaşır. Pomidorun zədələnmiş yerləri əzilmiş kimi olur, pomidorun 
quruluşunu  pozur.  Əvvəlcə  hüceyrələrarası  maddə,  sonra  isə  hüceyrələrin  qılafı 
həll olmağa başlayır. Bunun nəticəsində pomidor nəm çürüməyə uğrayır. 
Pomidorda  fitoftora.  Xəstəliyin  törədicisi  Phytophthora  infestans-dır. 
Pomidorlar yetişmə zamanı zədələnir və bu zədə məhsul yığıldıqdan sonra daha da 
genişlənir. Pomidorun üzərində boz, yaxud bozumtul-qonur rəngdə müxtəlif şəkilli 
ləkələr əmələ gəlir. 
Qara  çürümə.Diplodina  destructiva  tərəfindən  törədilir.  Bu  zaman  həm 
yetişməmiş,  həm  də  tam  yetişməmiş  pomidorlar  zədələnir.  Qara  çürümə  ləkələri 
pomidorun müxtəlif yerlərində baş verə bilir. Zədələnmiş sahələr əvvəl tünd-qonur 
rəngdə olur, sonra isə qaralır. 
Mozaika  xəstəliyiniMyzodes  virusu  törədir.  Xəstəlik  zamanı  həm  yarpaqlar, 
həm  də  pomidorlar  zədələnir.  Yarpaqların  kənarı  aşağıya  doğru  büzüşür  və 
kobudlaşır.  Pomidorun  üzərində  külli  miqdarda  dolaşıq  və  qeyri-müəyyən  şəkilli 
ləkələr əmələ gəlir. Zədələnmiş sahələrqonurlaşır. 
 
 
 
Bostan tərəvəzlərində stolbur xəstəliyi 
 
Stolbur xəstəliyinə Lycopersicum virus səbəbolur. Bu zaman həm yarpaqlar, 
həm  də  meyvələr  zədələnir.  Yarpaqlar  formasını  itirir  (Şəkil8.3).  Stolburun 
törədicisi kartof, badımcan və b. bitkiləri də zədələyir. 

157 
 
Pomidorun  bakterial  xər-çənginin  törədicisi  Corynebacterium  michiganense-
dir.Bak-teriya  hərəkətsiz  olmaqla,  qram-müsbət  boyanır,  aerobdur.  Əsasən 
pomidorun şitilləri, vegetativ üzvləri və meyvələri zədələnir. 
Bu  zaman  gövdə  və  budaqlar  da  solur  və  onlarda  sarımtıl-ağ,  daha  sonra  isə 
bozumtul-qəhvəyi  zolaqlar  və  yaralar  müşahidə  edilir.  Xarici  zədələnmələr  zamanı 
meyvələrdə  külli  miqdarda  xırda  ağ,  çox  zaman  isə  qabarşəkilli  ləkələr  əmələ 
gəlir.Pomidorun  belə  ləkəliliyi  «quş  gözü»  adı  ilə  məşhurdur.  Bəzən  pomidor 
daxildən  zədələnir  və  bu  zədələnmə  xaricdən  hiss  olunmur.  Bu  zaman  pomidorun 
içərisi  yumşalır  və  sarımtıl  rəng  alır.  Daxildən  erkən  zədələnmiş  pomidor  eybəcər 
olur.  Bakterial  xərçəngə  tutulmuş  pomidor  meyvələrində,  həm  də  ləkələr  olur, 
bununla  da  həmin  xəstəlik  bakterial  solma  və  zolaqsız  ləkəlilik  xəstəliklərindən 
fərqlənir. 
Mövcud  sanitariya  ekspertizası  qaydalarına  görə  başqa  tərəvəz  kimi  pomidor  da 
çürümüş,  kiflənmiş,  donmuş,  öz  şəklini  itirmiş,  xəstəliklər,  ziyanvericilər  və 
gəmiricilərlə  zədələnmiş,  o  cümlədən  zəhərli  olduqda  və  kimyəvi  maddələr  qoxusu 
verdikdə satışa buraxılmır. 
Kələmdə  boz  çürümə  kif  göbələyi  tərəfindən  törədilir.  Zədələnmə  məhsul 
yığımı zamanı və  məhsulun anbarda saxlandığı dövrdə baş verir. Zədələnmə xəstə 
kələmdən sağlam kələmə keçir. Boz çürümənin törədicisi aşağı temperaturada arta 
bilir. 
Bu xəstəliyə tutulmuş kələmin yarpaqları üzərində boz kül rəngində təbəqə ilə 
örtülmüş ləkələr əmələ gəlir. Əsasən kələmin üst yarpaqları zədələnir, sonra bunlar 
yumşalır və çürüyür. 
Qarpızın  toksiki  bakteriozu.  Xəstəliyin  etiologiyası  hələ  müəyyən 
edilməmişdir.  O.İ.Sirotina  və  L.İ.Popova  bu  xəstəlik  zamanı  Proteus  cinsindən 
olan  bakteriyaları  tapmışdır.  Zədələnmiş  qarpızı  yeyən  adamların  mədə-bağırsaq 
sistemində  zəhərlənmə,  ishal  və  ürək  bulanması  şəklində  pozğunluq,  habelə  baş 
gicəllənməsi və s. hallar müşahidə edilmişdir. 

158 
 
Zədələnmiş  qarpızın  qabığında  boz  rəngli  noxud  boyda  dikəlmiş  ləkələr  əmələ 
gəlir.  Zədələnmiş  sahədə  qabıqaltı  şişlər  də  ola  bilər.  Bu  zaman  qarpızın  daxilində 
çürümə prosesi gedir və qarpız saralır. 
Tərəvəz, meyvə və giləmeyvələrin gigiyenası 
Tərəvəz  və  meyvələr  insanın qidalanmasında  mühüm  rol  oynayırlar.  Belə ki, 
onlar  vitaminlərin  (xüsusilə  C  vitamini  və  karotinin),  karbohidratların,  üzvi 
turşuların  və  müxtəlif  mineral  maddələrin,  o  cümlədən  mikroelementlərin  əsas 
təmin edicisidirlər. 
Lakin  tərəvəz  və  meyvələrdə  çoxlu  miqdarda  suyun  olması,  onların 
saxlanmasını davamsız edir. Xüsusilə zədələnmiş və xəstəliklərə yoluxmuş meyvə 
və  tərəvəzlərə  mikroorqanizmlər  nisbətən  asan  daxil  olduğu  üçün,  onlar  xarab 
olmaya məruz qalırlar. 
Meyvə  və  tərəvəzlərin  xəstəlik  törədicilərinə  mikroskopik  göbələk 
cinslərindən  Fusarium,  Penicillium,  Aspergillus  aid  olub,  onların  müxtəlif  növ 
xarab  olmalarına  səbəb  olurlar  (quru  çürümə,  acı  çürümə).  Bu  törədicilərlə 
yoluxma  prosesi  zamanı  meyvələr  və  tərəvəzdə  onların  metabolitləri  – 
mikotoksinləri  toplanır.  Tədqiqatlar  göstərir  ki,  almanın  acı  çürüməsinə 
konserogen  xassələrə  malik  olan  patulin  səbəb  ola  bilər.  Ona  görə  də  qida 
məhsullarında  patulinin  miqdarının  sanitar  normalarla  yol  verilə  bilən  səviyyəsi 
gözlənilməlidir. 
Sanitar  tələblərinə  uyğun  olaraq,  çürümüş  meyvə  və  tərəvəzlərə,  xəstəlik  və 
ziyanvericilərlə  yoluxmuş,  gəmiricilərin,  həşərat  və  sürfə  ilə,  həmçinin  kəskin 
kənar iylərlə, zəhərli kimyəvi maddələrlə korlanmışlara satış üçün icazə verilmir. 
Meyvələrin  və  tərəvəzin  düzgün  yığılması,  saxlanması  üçün  yaxşı  şəraitin 
təmin  olunması,  xəstəliklərin  inkişaf  profilaktikasında  və  onların  olmasının 
qarşısının  alınmasında  təsirli  tədbir  hesab  edilir.  Saxlanma  zamanı  elə  şərait 
yaratmaq  lazımdır  ki,  tərəvəz  və  kartofun  göyərməsinə,  cücərməsinə  yol 
verilməsin.  Bu  məqsədlə,  kartofun  metil  efirinin  a-nafitilsirkə  turşusu  ilə  emal 
olunması  təklif  olunur  ki,  1kq  yumruya  50-100mq,  bu  da  yumrunun  bir  il 

159 
 
müddətində  göyərməsinin  –  çürüməsinin  qarşısını  alır  və  askorbin  turşusunun 
saxlanmasına köməklik edir. 
Tərəvəz  və  meyvələrin  saxlanması  üçün  optimal  temperatura  1-2°C,  nisbi 
nəmlik isə 80-85% hesab olunur. 
Tərəvəz  və  meyvələr  epidemioloji  cəhətdən  təhlükəli  ola  bilər.  Belə  ki, 
tərəvəz  mədə-bağırsaq  infeksiyasının  və  helmintozun  mənbəyi  hesab  oluna  bilər. 
Sanitar  normalarına  görə  çirkab  suları  ilə  bostan  bitkilərini  suvarmaq,  onları  çiy 
şəkildə  istifadə  etmək  (yerkökü,  xiyar,  pomidor,  qarpız,  yemiş,  çiyələk,  cəfəri, 
turp)  qəti  qadağandır.  Çirkli  sularla  suvarmaları  aparılan  meyvə-giləmeyvə 
bitkilərinin  vegetasiya  yığılması  iki  ay  qalmış,  tərəvəzdə  isə  20  gün  qalmış 
dayandırılır.  Belə  tarlada  becərilmiş  tərəvəzin  (kartof,  qabaq,  badımcan) 
istifadəsinə isti emal aparıldıqdan sonra icazə verilir. 
Bitkilərin  xəstəliklərdən  və  ziyanvericilərdən  mühafizəsində  kimyəvi 
vasitələrin, həmçinin mineral və digər gübrələrin istifadəsi, müasir kənd təsərrüfat 
məhsulları  istehsalının  intensivləşdirilməsinə  gətirib  çıxarır.  Bitkilərin  mühafizə 
vasitələri  sanitar-baytar  və  sanitar-epidemioloji  xidmət  orqanları  tərəfindən  ciddi 
nizama  salınır  və  onlara  nəzarət  edilir.  Bununla  bərabər  yemlərin  və  bir  sıra  bitki 
və  heyvan  mənşəli  məhsulların  hazırlanmasında  gigiyenik  normalara  riayət 
olunmadıqda  pestisidlərlə  çirklənmə  baş  verir.  Kənd  təsərrüfatı  heyvanları  üçün 
yemlərdə  pestisidlərin  yol  verilə  bilən  normaları  da  hazırlanmışdır.  Onların 
gözlənilməsi sağlam məhsullar əldə etməyə imkan verir. 
Hazırda  azot  gübrələrini  tətbiqi  ilə  əlaqədar  torpaqda,  süxur  sularında,  qida 
məhsullarında  və  yemlərdə  nitratların  səviyyəsinin  artması  məsələsi  də  xüsusi 
diqqət cəlb edir. 
 
 

160 
 
MÜHAZİRƏ 10. TAXIL VƏ UN MƏHSULLARININ 
MiKROBİOLOGiYASI, SANİTARİYA VƏ GİGİYENASI 
 
Taxıl kütləsinə mikroorqanizmlərin düşməsi yolları 
Bitkilər  özlərinin  inkişaf  dövrünə  torpaqda  toxumun  cücərməsi  vaxtından 
başlayır.  Deməli,  mikroorqanizmlərin  bitki  səthinə,  sonra  isə  taxıla  düşməsinin 
ilkin mənbəyi torpaq hesab olunur. 
Torpaqlarda,  xüsusilə  münbitliyi  yüksək  olanlarda  kifayət  qədər  üzvi  və 
mineral maddələr, nəmlik və hava olur ki, bu da müxtəlif qrup mikroorqanizmlərin 
– göbələk, bakteriya və aktinomisetlərin inkişafı üçün əlverişli mühit yaradır. Çox 
zaman 1q torpaqda bir neçə milyona qədər mikroorqanizm olur. 
Torpaqlarda  mikroorqanizmlərin  tərkibi  müxtəlif  və  dəyişkəndir.  O,  torpağın 
növündən,  onun  becərmə  üsulundan,  gübrələrdən,  iqlim  şəraitindən,  havadan  və  bir 
çox  amillərdən  asılıdır.  Mikroorqanizmlərlə  bitkinin  kök  kütləsinin  olduğu  torpaq 
qatı,  «rizosfer»  xüsusilə  zəngindir.  Tədqiqatlar  göstərir  ki,  buğdanın,  qarğıdalının, 
günəbaxanın,  soyanın  və  digər  kənd  təsərrüfatı  bitkilərinin  rizosferində  olan 
mikrooranizmlərin  sayı  başqa  torpaqlara  müqayisədə  5-10  dəfə  çoxdur.  Rizosferdə 
mikroorqanizmlərin  güclü  inkişafı,  bitki  kökünün  onların  istifadə  edə  biləcəyi  qida 
maddələrini  –  şəkərləri,  amin  turşularını  və  digər  məhsulları  ifraz  etməsi  ilə 
əlaqədardır. 
Bitkilərin  rizosferində  çoxlu  miqdarda  spor  əmələgətirməyən  çöp  şəkilli 
Pseudomonas cinsli bakteriyalara təsadüf edilir. Az  miqdarda  müxtəlif süd turşusu, yağ 
turşusu, çürüdücü bakteriyalara da rast gəlinir. 
Çürüdücü  bakteriyalar  arasında  ən  çox  spor  əmələgətirən  çöplərə:  Bacillus 
mycoides, Bacillus mesentericus, Bacillus subtilis, Bacillus megatherium və başqa 
növlər müşahidə olunur. 
Bakteriyalardan  başqa,  rizosferin  mikrobiotasında  Penicillium,  Fusarium, 
Botrytis, Trichoderma cinslərinə aid olan göbələk nümayəndələri də tapılır.  
Adları  sayılmış  mikroorqanizm  qruplarının  əksəriyyəti    saprotrof  həyat  tərzi 
keçirirlər. 

161 
 
Bitkilərin  rizosferində  saprotroflərlə  yanaşı  bitkilərdə  müxtəlif  xəstəlik 
törədənlərə – fitoparazitlərə də rast gəlinə bilər. 
Vegetasiya  prosesində  kök  zonasında  olan  mikroorqanizmlərin  bir  hissəsi 
tədricən  bitkilərin  yerüstü  orqanlarına  keçir  və  bu  orqanlarda  inkişaf  etməkdə 
davam edir. 
Mikroorqanizmlər  əvvəlcə  gövdədə,  yarpaqda,  çiçəkdə  məskunlaşır,  sonra 
bitkilər  inkişaf  etdikcə  mikroorqanizmlər  yumurtalığa  və  yetişən  sünbülə,  qıcaya 
və başqa yerlərə keçir. 
Mikroorqanizmlər  bitkilərin  səthinə  qismən  küləklə,  tozla,  yağışla, 
həşəratlarla da aparılır. 
Bitkilərin səthində qida  maddələrin azlığı  ilə əlaqədar çox  məhdud  miqdarda 
spesifik mikroorqanizm növləri, başlıca olaraq bakteriyalar inkişaf edə bilər. 
Bitkilərin  epifit  mikroorqanizmləri  bitkilərin  səthində  yaşayan,  təbii  bitki 
toxumasının  ifrazatı  və  onda  olan  az  miqdar  çirkli  üzvi  birləşmələr  hesabına 
qidalanan  mikroorqanizmlər  epifit  adlanır.  Bu  mikroorqanizmlər  qlafdan  bitki 
hüceyrəsinə  daxil  olmaq  qabiliyyətinə  malik  olmur  və  bir  qayda  olaraq  bitkilərin 
inkişafına zərərli təsir etmirlər. 
Tipik epifitlərə spor əmələ gətirməyən, çöp şəkilli Pseudomonas cinsi, başlıca 
olaraq  Pseudomonas  herbicola  (ot  çöpləri)  və  Pseudomonas  flöoresceus  kim 
bakteriyalar aiddir. Pseudomonas herbicola çox xırda ölçülü (13 x 0,60,7 mkm), 
hərəkətli  çöplərdir.  Onlar  qram-mənfidir,  spor  əmələ  gətirmir,  aerobdur.  Ətli 
peptonlu aqarda dənəvər koloniya əmələ gətirir, əvvəlcə boza çalar, sonra tədricən 
qızılı-sarı  rəngli  olur.  Pseudomonas  flöoresceus  daha  xırda  ölçülü,  hərəkətli 
çöplərdir,  qram-mənfidir,  qidalı  mühitdə  bozvari  yaxud  rəngsiz  koloniya  verir, 
yaşıla  çalar,  sarı  flüoressensiyaedici  piqment  əmələ  gətirir  və  substrata  daxil  olub 
onu müvafiq rənglə rəngləyir. 
Onlardan  başqa  bitkilərin  səthində  və  yetişən  taxılda  müxtəlif  kokklar,  spor 
əmələ  gətirən  bakteriyalar,  həmçinin  bəzi  kif  göbələyinin  növlərinə  də  rast  gəlinə 
bilər. 

162 
 
Mikroorqanizmlərin  bir  qismi  qida  maddələrin  və  nəmliyin  çatışmaması 
nəticəsində sükut vəziyyətində olur. 
Epifit  mikrobiotanın  miqdar  və  növ  tərkibi  əhəmiyyətli  dərəcədə  havanın 
vəziyyətindən, başlıca olaraq havanın temperaturundan və nəmliyindən asılıdır. 
İsti nəmli havada bitkinin səthində tipik epifit  mikroorqanizmlər – spor əmələ 
gətirməyən  çöplər  və  kokklar  üstünlük  təşkil  edir.  Quru,  isti  havada  spor  əmələ 
gətirməyən  bakteriyalar  tamamilə  yox  olur,  yaxud  onların  miqdarı  əhəmiyyətli 
azalır,  onların  yerinə  spor  əmələ  gətirən  bakteriyalar,  başlıca  olaraq  Bacillus 
mesentericus, Bacillus subtilis, Bacillus mycoides meydana çıxır.  
Rütubətli, sərin havada xeyli miqdarda kif göbələkləri aşkar edilir. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  mikroorqanizmlər  bitkilərin  səthindən  tədricən 
yumurtalığa, sonra isə yetişən dənə keçir. Yetişmə artdıqca dəndə şəkərin  miqdarı 
azalır,  lakin  nişasta  və  hemisellülozanın  ehtiyatı  çoxalır,  fermentativ  proseslərin 
fəallığı  azalır,  kəskin  su  itkisi  gedir  (25%-ə  qədər  və  aşağı).  Bu  göstərilən 
dəyişiklik  nəticəsində  dən  mikroorqanizmlərin  inkişafı  üçün  bir  qədər  az  əlverişli 
substrata  çevrilir  və  onlardan  çoxu  quru  dəndə  müvəqqəti  həyat  fəaliyyətini 
dayandırır (anabioz). 
Təzə yığılmış taxılın mikrobiotası. 
Taxılın  taxılın  yığılması  və  döyülməsi  prosesində  taxıla  mikroorqanizmlərin 
düşməsi kəskin artır.  
Yığım  və döyüm zamanı taxıl  kütləsinə  mikroorqanizmlərin düşməsinin əsas 
mənbəyi toz, qum və alaq qatışıqları hesab edilir. 
Bu zaman yığım  üsulunun, həmçinin hava şəraitinin  mühüm əhəmiyyəti vardır. 
Birbaşa  kombaynla  yığılan  dənin  nəmliyi  əksərən  yüksək  olur  və  bununla  əlaqədar 
mikroorqanizmlərin miqdarı da xeyli çox olur. Əgər ayrılıqda yığım quru isti havada 
aparılarsa,  mikroorqanizmlərin  miqdarı  azalır,  əksinə  rütubətli  hava  zamanı  dənin 
səthində  mikroorqanizmlərin  miqdarı  kəskin  artır.  Əgər  belə  dən  tez  döyülüb  və 
qurudulmasa, o xarab ola bilər.  
Birbaşa  kombayınla  alınan  dənin  orta  nəmliyi  25%  olursa,  ayrılıqda  yığılan 
dənin nəmliyi 14% olur. 

163 
 
Mikroorqanizmlərin  miqdarı  (başlıca  olaraq  bakteriyalar)  ayrı-ayrı  yığılan  dəndə, 
birbaşa kombayınla yığılan üsula görə 10 və 100 dəfə azdır. 
Dəndə  kif  göbələklərinin  miqdarı  birbaşa  yığım  vaxtından  və  üsulundan 
asılıdır. Yığımın daha axır vaxtlarında bakteriyaların miqdarı azalır və göbələklərin 
miqdarı çoxalır. 
Dənin daşınması üçün çirkli nəqliyyat və tara vasitələrindən istifadə etməyə yol 
vermək olmaz. Belə ki, onlar dən kütləsinə nəinki saprotrof mikrobların, həm də bəzi 
patogen  növlərin  –  insan  və  heyvanlarda  infeksion  xəstəlik  törədicilərinin  düşmə 
mənbəyi ola bilər. 
Dənin  mikroblarla  artmasında  onun  emalı  proseslərində  –  təmizləmə, 
sortlaşdırma,  qurutma  və  bu  zamanı  baş  verə  bilən  mexaniki  zədələnmələrin 
olmasının  mühüm  əhəmiyyəti  vardır.  Mikroorqanizmlər  örtük  təbəqəsi  pozulmuş 
dəndə,  bütöv  dənə  görə  mikroorqanizmlər  daha  fəal  inkişaf  edirlər.  Dəndə  alaq 
toxumlarının  qatışıqları  da  dən  kütləsinin  mikroorqanizmlərlə  zənginləşməsində 
mühüm mənbə hesab edilir. 
Dən  kütləsinə  mikroorqanizmlərin  düşməsinin  nisbətən  eyni  formalı  şəraiti  və 
mənbəyi olduğuna görə saxlanmaya daxil olan təzə taxılın mikrobiotasının növ tərkibi 
əsasən ümumi xarakter daşıyır. 
Tədqiqatlar  göstərir  ki,  əksər  dənli  bitkilərdən  təzə  yığılan  keyfiyyətli  dənin 
mikrobiotasını  başlıca  olaraq  spor  əmələ  gətirməyən  Pseudomonas  cinsi 
bakteriyalar  təşkil  edir.  Bunlar  çox  vaxt  mikroorqanizmlərin  ümumi  miqdarının 
90-99%-ni  təşkil  edir.  Xüsusilə  tez-tez  Pseudomonas  herbicola    aşkar  edilir. 
Bunun  dən  kütləsində  çoxlu  miqdarda  olması,  müəyyən  dərəcədə  dənin  təzəliyini 
və  yaxşı  keyfiyyətli  olmasını  göstərir.  Kif  göbələkləri  bir  qayda  olaraq  dən 
kütləsindəki  mikroorqanizmlərin  ümumi  miqdarın    yaxşı  halda  bir  neçə  faizə 
qədərini  təşkil  edir.  Göbələklər  arasında  Alternaria,  Cladosporium,  Fusarium, 
Trichoderma,  Ascochyta  cinsinin  nümayəndələri  təsadüf  edilir.  Son  zamanlar 
müəyyən  olunmuşdur  ki,  dənin  mikrobiotasının  miqdarı  və  növ  tərkibi  bitki 
növündən və hətta sortundan asılı olaraq fərqlənə bilər. 

164 
 
Dənin  səthində  mikroorqanizmlərin  miqdarı  onun  qlafının  quruluşundan, 
toxumun  aşağı  sallanma  dərəcəsindən,  çiçək  təbəqəsinin  olmasından,  paxlanın 
layından və b. asılıdır. 
Məsələn,  paxla  toxumlarında  –  noxud,  lobya,  mərcimək  və  başqaların  səthində 
buğda toxumuna nisbətən mikroorqanizmlərin miqdarı az olur. Bu onunla izah olunur 
ki,  paxla  toxumları  möhkəm  qabıqla  örtülü  olduğuna  görə  qabıqdan  çıxma  vaxtına 
qədər  mikroorqanizmlər ora düşə bilmir.  Bundan əlavə paxla toxumlarının qabığının 
hamar və düz olması da mikroorqanizmlərin az olmasına səbəb olur. Bu zaman buğda 
toxumunda  olan  şırımlar  (oyuq)  xeyli  mikroorqanizmlərin  dənin  səthində  oturması 
üçün  şərait  yaradır.  Digər  dənli  bitkilərdən  fərqli  olaraq  qarğıdalı  dənində 
mikroorqanizmlərin ümumi miqdarına görə kif göbələklərinin faizi yüksək olur. 
Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, təzə yığılmış yaxşı keyfiyyətli 
qarğıdalı  dənində  kif  göbələkləri  mikroorqanizmlərin  ümumi  miqdarının  2-dən 
50%-ə  qədərərini  təşkil  edə  bilir.  Məlum  olmuşdur  ki,  qarğıdalı  dəninin  yetişməsi 
artdıqca  kif  göbələklərinin  miqdarı  artır,  bakteriyaların  miqdarı  isə  azalır.  Əsasən 
Penisillium, Fusarium göbələk növlərinin nümayəndələri olur. 
Müxtəlif  dənli  bitkilərin  mikrobiotasının  növ  tərkibində  olan  fərq  başlıca 
olaraq kif göbələklərində müşahidə olunur. Əgər təzə yığılmış buğda dənində tez-
tez  Alternaria,  Cladosporium    kimi  göbələk  cinslərinə  təsadüf  edilirsə,  yulaf 
dənində  göstəriləndən  başqa,  daima  Trichoderma  cinsinin  nümayəndələri  də  olur, 
qarğıdalı  dənində  tez-tez  Fusarium  müəyyən  olunur,  qarabaşax  dənində  isə  daimi 
Ascochyta göbələk cinsinə rast gəlinir. 
Müəyyən  olunmuşdur  ki,  Alternaria,  Cladosporium  göbələk  cinsləri  yalnız 
təzə  yığılmış  buğda  dənində  və  digər  bitkilərdə  rast  gəlinir.  Bu  göbələklər  «tarla 
kifi»  adını  almışdır.  Saxlanılan  dəndə  göstərilən  növlər  tez  məhv  olur  və  onların 
yerinə  Penisillium,  Aspergillus,  Mucor  növləri  meydana  çıxır.  Bu  göbələklər  isə 
«saxlanma kifləri» adını almışdır. 
Saxlanmağa  daxil  olan  taxıl  kütləsində  üç  əsas  mikroorqanizm  qrupları 
müəyyən  oluna  bilər:  saprotrof,  fitopatogen,  insan  və  heyvanlar  üçün  patogenlər 
olanlar. 

165 
 
Saprotrof mikroorqanizmlər dən kütləsində həmişə bu və ya digər miqdarda olur. 
Bunlara  yuxarıda  təsvir  etdiyimiz  epifit  mikroorqanizmlər,  spor  əmələgətirən 
bakteriyalar,  kif  göbələkləri,  aktinomisetlər,  mayalar,  mayayabənzər  göbələklər  və  bir 
çox başqa növlər aiddir.  
Məlumdur ki, saprotrof mikroorqanizmlər özlərinin qidalanmaları üçün ölmüş 
heyvan  və  bitki  qalıqlarının  üzvi  maddələrindən  istifadə  edirlər.  Bu  növ 
mikroorqanizmlər  bir  çox  qida  maddələrini  saxlanma  zamanı,  o  cümlədən  də  dəni 
xarab  edə  bilər.  Dəndə  saprotrof  mikroorqanizmlərin  miqdar  və  keyfiyyət  tərkibi 
bəzən onun saxlanma prosesində həlledici təsirə malik ola bilər.  
Zərərsiz  epifitlərlə  bərabər,  bitkilərdə  və  dəndə  müxtəlif  xəstəliklər  törədə 
bilən  parazitlərə  də  rast  gəlinə  bilər.  Belə  mikroorqanizmlər  fitopatogen 
mikroorqanizmlər  adlanır.  Çox  zaman  bitkilərdə  xəstəlik  törədiciləri  fitopatogen 
göbələklər hesab olunur. 
Dənli  bitkilərin  göbələk  xəstəliyi  törədiciləri  –  mikozalar:  sürmə,  çovdar 
mahmızı,  fuzariozların  müxtəlif  növləri  və başqaları çox zaman saxlanmaya daxil 
olan dən kütləsində aşkar edilir. 
Bu  və  ya  digər  fitoparazitlərin  olduğu  taxıl  partiyasını  uzun  müddət 
saxlanmaya qoyulan zaman bunu ciddi nəzərə almaq lazımdır. 
Zədələnmiş  dən  əlavə  işlənilir  və  sağlam  partiyadan  ayrı  qoyulur.  Patogen 
mikroorqanizmlər – insanlarda və heyvanlarda infeksion xəstəlik törədiciləri – dən 
kütləsinə təsadüfən düşə bilər. 
Taxıla  xəstəlik  törədicilərinin  düşməsinin  ən  çox  ehtimal  olunanı,  xəstə 
heyvanlardan  insanlara  keçə-bilən:  qarayara,  manqo,  tulyaremiya,  bruselloz  və 
başqaları göstərmək olar. 
Bu  mikroorqanizmlərin  mənbəyi  və  infeksiyanın  keçiricisi  xəstə  heyvanlar, 
yaxud  basil  daşıyanlar,  kənd  təsərrüfatı  heyvanları,  gəmiricilər,  həmçinin  bəzi 
quşlar və həşəratlar olur. 
Taxıl  patogen  mikroorqanizmlər  üçün  əlverişli  mühit  olmadığına  görə 
onlardan  çoxu  dən  kütləsinin  saxlanması  zamanı  kifayət  qədər  tez  ölür.  Dən 
infeksiyanın  yalnız  ötrücü  rolunu  yerinə  yetirə  bilər.  Dən  kütləsinə  patogen 

166 
 
mikroorqanizmlərin  az  hallarda  düşməsinə  baxmayaraq,  bu  mümkünlüyü  daimi 
yazda saxlamaq və nəzərə almaq lazımdır.  
Taxılla  işləyərkən  elementar  sanitar  tədbirlərə  ehtiyatla  əməl  olunmalı  və 
dənin  saxlanması  və  emalı  üçün  nəzərdə  tutulan,  taxıl  anbarının,  dəyirmanın, 
anbarların təmizlənməsi  və  dezinfeksiyası üzrə olan  xüsusi qaydalara ciddi  riayət 
etmək lazımdır. 
Göstərilən  tədbirləri  xüsusilə,  yuxarıda  adları  sayılan  infeksion  xəstəliklərin 
qeyd olunduğu rayonlardan daxil olan taxıllara qarşı yerinə yetirmək lazımdır. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin