Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


İstismar zamanı komplektin mexaniki zədələnməsinin qarşısını almaq üçün aşağıdakıları



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə36/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

İstismar zamanı komplektin mexaniki zədələnməsinin qarşısını almaq üçün aşağıdakıları 
nəzərdə tutmaq lazımdır: 
1. Komplekti təkanlardan, zərbələrdən qorumaq, onu yerə salmamaq, apararkən cihazları 
futlyarında yerləşdirmək. 
2. Nəqliyyatda apararkən komplekti mümkün qədər kuzovun ön hissəsində yerləşdirmək. 
3. İş vaxtı komplekti çirklənmədən və iqlimin zərərli təsirindən (qar, yağış, bilavasitə günəş şüaları) 
qorumaq. 
İş qurtarandan sonra komplektə texiniki xidmət etmək lazımdır. Dozimetri iş vəziyyətinə 
gətirmək üçün onu doldurmaq lazımdır. 
Kimyəvi kəşfiyyat cihazları. Havada, ərazidə, texnikanın və başqa obyektlərin səthlərindəki 
ZM-i adətən, kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, yaxud nümunə götürüb onları 
kimya laboratoriyasında təhlildən (analizdən) keçirməklə aşkar edirlər. Müasir zəhərləyici maddələri 
hiss orqanları vasitəsilə (orqanolektik üsulla) aşkar etmək heç də həmişə mümkün deyil. Əvvəla 
onların bir çoxunun iyi, rəngi, qıcıqlandırıcı təsirinə görə aşkar edilməsi cəhdi ciddi zəhərlənmələrlə 
nəticələnə bilər. Müşahidə yolu ilə yəni, əşyanın səthindəki ZM damcılarına və ləkələrinə, ZM-in 
yaratdığı buludun və zəhərlənmiş bitki yarpaqlarının rəniginin dəyişməsinə görə bəzi zəhərləyici 
maddələri təxmini olaraq aşkar etmək mümkündür. 
Zəhərləyici maddələri çöl şəraitində aşkar və təyin etmək (indikasiya etmək) üçün ən çox 
kimyəvi metoddan istifadə edilir. Bu üsul zəhərləyici maddə ilə ona müvafiq seçilmiş digər bir xüsusi 
maddə ilə (reaktiv) qarşılıqlı təsiri sayəsində müəyyən bir rəngə malik birləşmə yaranması hadisəsinə 
əsaslanır. Belə rəngin meydana çıxması burada məhz həmin ZM-ın olduğuna dəlalət edir. Bu rəngin 
çalarını kağıza çəkilmiş rəng etalonları ilə müqayisə edərək ZM-in konsentrasiyası və ya havanın 
zəhərlənmə dərəcəsi barədə qənaətə gəlmək mümükündür. 
İstifadə etmək rahat olsun deyə, kimyəvi kəşfiyyat cihazlarında işlədilən reaktivləri məsaməli 
maddəyə (süzgəc kağızına, selikakel maddəsinə) yaxır, yaxud şüşə ampulaya yığırlar. Reaktiv yaxılmış 
məsaməli maddəni (buna doldurucu maddə deyilir) və müvafiq miqdarda ampulaları şüşə borucuğa 
yerləşdirirlər. Ətraf mühitin təsirindən qorumaq üçün borucuğun hər iki ucunu lehimləyirlər. Belə 
borucuqlar indikator borucuğu adlanır. İndikator borucuğu işlədərkən onun uclarını kəsir, daxilindəki 
ampulanı qırır və zəhərli havanı xüsusi nasosla sorub borucuqdan keçirir. Bu zaman havanın 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin