Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə34/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Rentgenometrlər
–rentgen şüalarının və ya γ şüalanma dozalarının gücünü ölçmək üçündür. 
Belə cihazların ölçmə diapazonu rentgenin yüzdə bir qismindən bir neçə yüz rentgen saata (R/s) 
qədərdir. Bu cihazlarda verici olaraq ionlaşma kameraları və ya qaz boşalma sayğacları tətbiq edilir. 
Rentgenmetrlər DP-3, Dp-3B, DP-5A, V, B, İMD-21, İMD-1 və s. belə cihazlardır. 
Radiometrlər 
– müxtəlif səthlərin, avadanlığın texnikasının, paltarların, havanın əsasən α və 
β hissəciklərlə radioaktiv zəhərlənməsini aşkar etmək və bu zəhərlənmənin dərəcəsini təyin etmək 
üçündür. Radiometr vasitəsilə az səviyyəli γ şüalanmanı da ölçmək mümkündür. Radiometrlərdə verici 
olaraq qazboşalma və ventillyasiya sayğacları işlədilir. Bu cihazlar daha çox yayılmış və geniş tətbiq 
olunurlar. Universal bazalı QBR-3 cihazı, SRP-68-01, ―Luç –A‖, betta- qamma radiometri, ―Tiss‖ 
radiometri, DP-100M, DP-100 ADM radiometrik qurğuları və s. belə cihazlardır. 
Dozimetrlər 
– zəhərlənmiş rayonda fəaliyyət göstərən bütün müddət ərzində şəxsi heyətin 
aldığı cəmi şüalanma dozalarını (əsasən γ şüalanma dozalarını) təyin etmək mümkündür. Fərdi 
dozimetrlər kiçikölçülü ionlaşma kamerasından və plyonkalı fotokassetdən ibarətdir. Kameralar 
komplektindən (dəstindən) və doldurma – ölçmə tərtibatından ibarət cihaz dəstinə fərdi dozimetrik 
nəzarət komplekti deyilir. DK- 02, DP- 22V, İD-1, İP-11 və s. cihazlar fərdi dozimetrlər 
komplektləridir. 
Vericilərin tipinə görə cihazlar: ionlaşma kameraları, silindr formalı və kəllə qazboşalma 
sayğacları, ssintillyasiya sayğacları və fotomüqavimətli sayğaclar tətbiq olunan cihazlar növünə 
ayırmaq olar. Ölçülən şüalanmanın növünə görə cihazları – γ şüalanma ölçən, β və α hissəcikləri ölçən 
cihazlara ayırmaq mümkündür. Cihazın sxemində çevrilən siqnalların xarakterinə görə dozimetrik 
qurğular 2 qrupa ayrıla bilər. 
Birinci qrupa elə cihazlar aid edilir ki, burada nəzarət edilən şüalanmaların hissəcikləri və ya 
fotonları detektor vasitəsilə qısa, ardıcıl elektrik siqnallarına (impulslara) çevrilir. Bu qrup cihazların 
eletrik sxemi çevrici və impuls gücləndiricisi rolunu oynayır. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin