Mühazirə mövzusu Plan



Yüklə 440,9 Kb.
səhifə3/8
tarix11.12.2022
ölçüsü440,9 Kb.
#73927
növüMühazirə
1   2   3   4   5   6   7   8
DİSSOSİASİYA SABİTİ

Dissosiasiya sabiti – zəif elektrolitlərin məhlulunda dissosiasiya prosesi zamanı əmələ gələn ionların qatılıqları hasilinin başlanğıc maddənin dissosiasiyaya uğramamış qatılığlna olan nisbətidir


CH3COOH CH3COO+ H+




Elektrolitik dissosiasiya prosesi üçün tarazlıq sabitindən də istifadə edirlər. Elektrolitin qatılığı, α və K arasında olan əlaqə Osvald tərəfindən müəyyən edilmişdir.



Bu tənlık Osvaldın durulaşdırma qanunu adlanır və belə ifadə olunur.
Məhlul durulaşdırılan zaman dissosiasiya dərəcəsi artır.
Zəif elektrolitlər üçün dissosiasiya dərəcəsi kiçik ədəd olduğunlan (α< <1) vahidə nisbətən α-nı nəzərə almamaq olar.

Göründüyü kimi dissosiasiya dərəcəsi elektrolit qatılığının kvadrat kökü ilə tərs mütənasibdir. Qatılıq 100 dəfə azalanda dissosiasiya dərəcəsi 10 dəfə artır.
Məlumdur ki, elektrolitik dissosiasiyanın səbəbi suyun yüksək dielektrik nüfuzluğuna (ε = 78) malik olması və ionların su molekulu ilə hidratlaşması zamanı çoxlu enerjinin ayrılmasıdır.
Dielektrik nüfuzluluğu - iki elektrik yükü arasında qarşılıqlı təsirin vakuuma nisbətən dielektrik mühitində az olduğunu göztərən nisbi fiziki kəmiyyətdir
Suda ionlara tamamilə dissosiasiya edən elektrolitlərin xassələrini izah etmək üçün Debay və Xyukkel 1923-cü ildə güclü elektrolitlər nəzəriyyəsini yaratdılar.
Elektrolitik dissosiasiya nəticəsində əmələ gələn ionlar məhlulda təcrid edilmiş şəkildə olmayıb bir - birilə qarşılıqlı təsirdə olurlar. Elektrolitin qatılığı çox olduqca, ionlar arasında məsafə kiçik, elektrostatik qarşılıqlı təsir qüvvəsi isə böyük olur.
B eləliklə hər bir ionun ətrafında əks yüklü ionlardan ibarət «ion atmosferi» yaranır. Belə məhlullarda real qatılıq duru məhlullar üçün hesablanan qatılıqdan fərqli olduğundan məhlulun fəallığı anlayışından istifadə olunur.
Fəallıq və qatılıq arasında belə bir əlaqə mövcuddur.

Yüklə 440,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin