Fosfat bufer sistemlər – hüceyrədaxili mühitin (boyrək kanalları) əsas buferidir.
Zülal bufer sistemlər – hüceyrədaxili bufer sistemi rolunu oynayir. Turş mühitdə zülal bufer sistemlər özünü əsas kimi, qələvi mühitdə özünü turşu kimi aparır.
Hemoqlobin bufer sistemlər –qanda eritrositlərin əsas buferidir və bufer tutumunun təqribən 75%-ni təşkil edir. Hüceyrə daxili mayenin pH-ı əsasən 6,7-7,8 arasında dəişir. pH-ı təqribən 7,3 səviyyəsində saxlamaq üçün ən əlverişli bufer sistemlər HCO3‾/H2CO3 və HPO42‾/H2PO4‾sistemləridir. Bu sistemlərin komponentləri turşu (HA) və əsaslarla (B) aşağıda göstərilən kimi reaksiyaya girib, mühitin pH-nı dəyişməyə qoymurlar:
HA + HCO3‾ → H2CO3 + A‾
B + H2CO3 → BH+ + HCO3‾ HA + HPO42‾ → A + H2PO4‾ B + H2PO4‾ → BH + HPO42‾
Hidrokarbonat/karbonat turşusu buferi oksigenin və karbon qazının qan vasitəsilə yerdəyişməsində mühüm rol oynayır. Qanda bufer təsirinin təxminən yarısı hidrokarbonat buferinin payına düşür. Qalanını isə fosfat buferi ilə müxtəlif zülallar təşkil edir. İnsan orqanizmində sutkada 20 - 30 litr turşu əmələ gəlir ki, o da son nəticədə qana keçib bikarbonat buferi ilə neytrallaşır.
Duz və su isə sidik vasitəsilə orqanizmdən xaric olunur. Eritrositlərdə bufer rolunda HCO3‾/H2CO3 sistemi və hemoqlobin çıxış edir. Eritrositin membranı HCO3‾, OH‾, Cl‾ ionlarını asanlıqla, digər ionları isə nisbətən çətinliklə buraxır. Eritrositin daxilndə əsasən kalium ionları üstünlük təşkil edir, pH isə 7,25 səviyyəsində saxlanılır.