Mühazirə mövzusu Plan



Yüklə 440,9 Kb.
səhifə7/8
tarix11.12.2022
ölçüsü440,9 Kb.
#73927
növüMühazirə
1   2   3   4   5   6   7   8
Bufer sistem adətən zəif turşudan və həmin turşunun qüvvətli əsas ilə əmələ gətirdiyi duzdan (CH3COOH+ CH3COONa), yaxud, zəif əsasla həmin əsasın qüvvətli turşu ilə əmələ gətirdiyi duzdan (NH4OH + NH4Cl) ibarət olur. Belə məhlulların pH-ın qiymətini sabit saxlamaq qabiliyyətinə bufer təsiri deyilir.
Bufer sisteminin təsir mexanizmini aydınlaşdırmaq üçün asetat buferini nəzərdən keçirək. Asetat buferinə daxil olan asetat turşusu zəif olduğu üçün qismən, natrium asetat isə tamamilə dissosiasiya edir.
CH3COOH ↔ CH3COO + H+
CH3COONa → CH3COO + Na+
Asetat buferi – natrium - asetatdan və sirkə turşusundan ibarətdir. Bu buferdən biokimyada, xromatoqrafiyada geniş istifadə olunur. Bufer məhlullarda anionların qatılığı əsasən duzun qatılığından asılıdır, çünki turşudan fərqli olaraq duz tamamilə dissosiasiya edir və bunun nəticəsində turşunun dissosiasiyasını demək olar ki, dayandırır.
[CH3COO ] = [Na+] =[Duz]
[CH3COOH] = [Turşu]





CANLI ORQANIZMLƏRDƏ BUFER SISTEMLƏR.

Canlı orqanizmlərdə olan müxtəlif bioloji mayelərin-qanın, onurğa beyni mayesinin, qara ciyərin və s. pH-ı dəqiq və sabit qiymətə malik olub, azacıq dəyişəndə patoloji hallara gətirib çıxarır. Orqanizmin daxili mühitinin pH-nın sabitliyi müxtəlif bufer sistemlər hesabına tənzimlənir ki, onların da arasında ən mühümləri aşağıdakılardır.



  • Hidrokarbonat bufer sistemlər.

  • Fosfat bufer sistemlər.

  • Zülal bufer sistemlər.

  • Hemoqlobin bufer sistemlər.



Hidrokarbonat bufer sistemlər –Qanın plazmasının və bioloji (hüceyrə ətrafı) mayenin əsas buferidir və qanın bufer tutumunun təqribən 15%-ni təşkil edir.


Yüklə 440,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin