Mühazirə mövzusu Plan



Yüklə 440,9 Kb.
səhifə5/8
tarix11.12.2022
ölçüsü440,9 Kb.
#73927
növüMühazirə
1   2   3   4   5   6   7   8
PROTOLİTİK NƏZƏRİYYƏ

Brensted - Louri protolitik nəzəriyyəsinə görə turşular - proton donorudur, əsaslar isə proton akseptorudur. Bu nəzəriyyəyə görə proton donoru olan birləşmələrə turşular, proton akseptoru olan maddələrə isə əsaslar deyilir.


Turşu özündən proton verərkən qoşulmuş əsasa , əsas isə özünə proton birləşdirərək qoşulmuş turşuya çevrilir:

HF ⇄ H⁺ + F⁻


C₆H₅NH₂ + H⁺ ⇄ C₆H₅NH⁺₃
Brenstedin fikrincə turşu ilə əsas qarşılıqlı təsirdə olanda protolitik tarazlıq yaranır.
Turşu I + Əsas II ⇄ Turşu II + Əsas I

Bu baxımdan turşu və əsasların suda dissosiasını aşağıdakı kimi yazmaq olar.


HF + H₂O ⇄ F⁻ + H⁺₃O


NH₃ + H₂O ⇄ NH⁺₄ + OH⁻

Brensted nəzəriyyəsinə görə həllediciləri 3 sinfə bölmək tövsiyyə olunur.


Protogen (özündən proton verən - H₂SO₄, CH₃COOH)
Protofil (özünə proton birləşdirən – NH₃)
Aproton (proton verməyən - CS₂, CCl₄ )
Bəzi birləşmələr özündən proton verməsələr də turşuluq xassəsi göstərirlər. Bunu izah etmək üçün Lyuis turşu və əsasların elektron nəzəriyyəsini işləyib hazırlamışdır. Lyuisə görə turşular elektron cütünün akseptoru, əsaslar isə elektron cütünün donoru olan birləşmələrə deyilir.
Turşu xarakterli maddələri Lyuis elektrofil (elektronu sevən) əsasi xassəli maddələri isə nukleofil (protonu sevən) birləşmələr adlandırmışdır. Ədəbiyyatda belə maddələrə Lyuis turşuları və Lyuis əsasları deyilir.
Canlı orqanizmdə elektrolit məhlullarının rolu olduqca böyükdür. Elektrolitlər fizioloji mayelərin osmotik təzyiqinə və zülalların həll olmasına güclü təsir göstərirlər.


ORQANİZMDƏ KATİON MÜBADİLƏSİNİN POZULMASI . HIPONATRİEMİYA

Orqanizmdə kation mübadiləsinin pozulması müxtəlif patoloji hallara səbəb olur. Natrium ionlarının qatılığı normadan az olanda osmotik təzyiq azalır (hipoosmiya), qan qatılaşır, arterial təzyiq aşağı düşür, taxikardiya başlayır.


Mərkəzi sinir sistemi pozulur. Natriumun miqdarı qanda 135 mq-ekv./l-dən aşağı düşəndə hiponatriemiya baş verir. Natrium ionlarının qatılığı normadan çox olanda isə hipertoniya baş verir, əsəb impulslarının verilməsi tormozlanır, orqanizm şişir.



Yüklə 440,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin